Ramiz Rövşənin ad günüdür

Bu yazıya counter dəfə baxılıb


Bu gün böyük şairimiz Ramiz Rövşənin ad günüdür, bu münasibətlə şairi təbrik edir, ona uzun ömür arzulayırıq.




Vətən

Səni sevmək çətindir, Vətən 

Nə gündəsən ki, 

Təpədən dırnağacan ... 

günah içindəsən ki. 



Bilirsən səni sevmək 

bu saat nəyə bənzər? 

Zorlanmış bir qızı sevməyə bənzər. 



O sevgidən için-için 

gizlicə yanar adam. 

Amma açıb deməyə 

qorxar, utanar adam. 



Bu nə haldır düşmüsən, 

bu necə gündür, Vətən? 

Adam səni sevməyə indi utanır, Vətən. 



Üstündə neft ləkəsi 

kim yuyacag bu ləkəni, 

Milyonçular ölkəsi, dilənçilər vətəni. 

Neftlə getdi bərəkətin, 

bərəkət qaçdı səndən. 



Neftlə getdi bəkarətin, 

borular keçdi səndən. 



Qarış-qarış qazılsan da 

sevin hələki sağsan, 

Hələ neftin qurtaranda 

ağ günə çıxacaqsan.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ