Tənha
qadın Məryəm ana ikonasına baxaraq düşünürdü:
Ey müqəddəs
hesab edilən qadın, dünya sənin və övladının göz yaşlarında boğulur. İsaya
inanmaq bədbəxtlik və tənha ölüm bəxş edir. İnsanlara din adlı uydurma gərək
deyil. Cəhalət əslində xoşbəxt edir, lakin axmaq xoşbəxtlik sevgisiz seks qədər
mənasızdır. Dünyadan bixəbər olmaq hüzur dolu həyat yaşamaqdır. Müdrik insanlar
daha çox əzab çəkir.
Eh Məryəm ana, dünyaya övlad gətirən qadın bakirə sayıla bilərmi? Müqəddəs
İsa, yəhudilər sənə peyğəmbərlik vəd edəndə heç düşündünmü bir yəhudi əsla
qarşılıqsız xeyirxahlıq etməz. Müqəddəs kitabda yazılana görə Yusif Məryəmlə
yatmadı, lakin İsa dünyaya gəldi. Bu dərəcədə hədsiz yalan olarmı? Tanrı
İbrahimdən oğlu İsakı qurban etməsini istədi, belə qəddar varlıq bizə
lazımdırmı? Hətta əgər İsanın Tanrı oğlu olduğuna inansaq, öz övladına qıyan
Tanrıya ehtiyacımız varmı? İnsanları sənin
zühurunla qorxudurlar, din sevgisi bəşəriyyəti məhv edir, dünyanı təşviş içində
saxlamaq, həyəcanlandırmaq kimlərin mənafeyinə xidmət edir. Başa düşürəm ki,
siz dünyanı idarə edən nəslin, Misir fironlarının nümayəndələrisiz.( bütün peyğəmbərlər
bu nəsildən olub )
Elə bu zaman, xaç şəklində
bıçaq ikonanın sinəsini yararaq tənha qadının qəlbinə saplandı. Qadın son nəfəsində
bir daha anladı ki, despotizm dinin təməl daşıdır və bəzi məsələlər əbədi sirr
qalacaq. Və bəşəriyyət heç zaman “ Sang Real”ı
( kutsal kase ) – ni tapmayacaq. İkonanın dodaqları aralandı, danışmağa
başladı :
- İsanı ölümsüz edən, işıqlı ailənin
əbədi sirrini gizli saxlayan müqəddəs simvolu tapmaq istəyən hər kəsin cəzası
ölümdür. Ata, oğul və Müqəddəs ruh naminə
Tanrı səni bağışlasın.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ