Bilirsiz, hekayəniz mənə
nəyi xatırlatdı? Bir dərvişin hekayəsini.
Xoşbəxtlik axtarışında olan dərviş onu tapmaq üçün yollara düşür. Az
gedir, çox gedir. Nəhayət, çarığı yırtılmış, əldən düşmüş halda kor-peşman evə
qayıdan dərviş qapını açıb evinə girəndə gözlərinə inanmır. Daxmanın ortasında
bir göyərçin. Xoşbəxtlik quşu. Sən demə, dərvişin tapmaq üçün dünyanı dolaşdığı
bu varlıq bu qədər zaman onu evində gözləyib. Həqiqətən, bəzi şeylər bilinməz.
Onlar sadəcə, sirr pərdəsinin arxasındadı.
Əgər belə olmasaydı, bunca
itirmələr, hüsranlar da olmazdı. Indi sizin söylədiyiniz o tikanı çıxarmaq,
məhv etmək üçün bəlkə də çox uzaqlara getməyə gərək yoxdu. Ümumiyyətlə, siz
mənə görə daha çox təxəyyül yazar;sız. Bu mənada mənə Nahid Hacızadəni
xatırlatdınız, tərzləriniz fərqli olsa da...
Çünki, bu usta yazarın təxəyyül
imkanları çox genişdi və bundan çox gözəl şəkildə istifadə edir. Bu da
istər-istəməz mövzu nə olursa-olsun yazılan əsərə poetik vüsət gətirir. Əsrlər
əvvəlindən gələn, əsl versiyası hələ də bilinməyən məşhur əfsanədən yola
cıxaraq eşqə dair baxışınızı ortaya qoyursuz. O efsane ki, yuzillərdir əli qələm tutan ondan bəhs
edir. Amma məna azalırmı? Əsla! Böyük sirlər belədir. Məncə, EŞQ- hər kəsin
qəlbində gizlənən gözəlliyi ortaya cıxaran bir gücdür...
Birini sevməniz qarşınızdakının deyil, sizin
gözəlliyiniz, sizin dəyərinizdir. Və düşünürəm ki, sizin eşq anlayışınız da bu
fəlsəfə üzerindədir, həmçinin doğru yanaşmadır. Ümumilikdə maneralarınız maraqlıdır. Ancaq bəzi
hissələrd kişik texniki deyişikliklərə ehtiyac var, sanki. Bir də bilmirəm,
esse deyim, yoxsa hekayə (burada müəllifin də fikri maraqlıdır)- nin adı ilə
bağlı demək istəyirəm; məncə, kifayət qədər böyük və dərin mövzunu, eləcə də,
son dərəcə romantik vüsətli bu yazıya başqa bir ad seçmək daha münasib olardı.
"Leylanın bir günü" daha çox gündəlik xarakteri daşıyır. Amma təbii
ki, burda sizin məntiqli arqumentləriniz ola bilər. Buna bir sözüm yoxdur.
Belə..
Bu qədər söyləyəcəklərim
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ