Akif ABBASOVUN
TƏRCÜMƏSİNDƏ
Y. Ziskind
Uğurlu oturacaq
(bir pərdəli komediya)
İştirak edən şəxslər
Kostya
Alloçka
Ana
Ata
Xanım
Milis starşinası
(bir pərdəli komediya)
İştirak edən şəxslər
Kostya
Alloçka
Ana
Ata
Xanım
Milis starşinası
Hadisələrin baş vermə vaxtı – bizim günlər
Ön səhnənin sol tərəfində oturacaq görünür. Belə oturacaqlar, adətən bulvarlarda olur. Sağ tərəfdə - səhnənin dərinliyində Sinitsinlərin mənzilində yemək otağı: stol, stullar, kursu, televizor. İyirmi yaşlarında əynində alabəzək köynək və cins şalvar olan gənc oğlan – Kostya Sinitsin ön səhnəyə çıxır. O, oturacağa sarı gedir və tamaşaçılara müraciət edir.
KOSTYA. Salam! Bu oturacağı görürsünüz? O, uğurludur. Yox, necə deyərlər, hamı üçün yox, mənim üçün uğurludur. Çoxdan belədir. Bəs nə üçün uğurludur? Danışaram. Lakin, hər şeydən əvvəl icazə verin, özünü təqdim edim: Konstantin Sinitsin, üçüncü kurs tələbəsi. Çox xoşdur (baş əyir). Baxın, o evdə yaşayıram, buradan yüz əlli metr aralıda. Yaz ayları idi! Mən uğursuz axırıncı məqlulları verirdim. Evdə oturub nələri isə beynimə yeridir və hiss edirdim ki, başım partlayır. Bunu görüb konspektlərimi götürdüm və bulvara qaçdım. Tez öz oturacağımda əyləşdim. Bu oturacaqda yer alıb məqlullara hazırlaşmağım özü bir aləmdir. Doğru sözümdür. Neçə dəfə oturacaqda əyləşib hazırlaşmışamsa həmişə də “əla” qiymət almışam. Hə - ə, yaxınlarda yenə uğurlu oturacağa əyləşib riyaziyyatdan məqlullara hazırlaşırdım, birdən... hə-hə, birdən! Bizim həyatımızdakı ən mühüm hadisələr “birdən” sözü ilə başlanır. Səhnəyə südəmər uşaqla haradasa iyirmi yaşlarında, böyük təsərrüfat çantası ağzına kimi dolu Alloçka daxil olur. O, oturacağa yaxınlaşır, uşağı və çanatnı oturacağın üstünə qoyub əyləşir. Kostya hissedilmədən Alloçkanı müşahidə edir. O isə cibindən kağız çıxarıb uşağa müraciətlə deyir:
ALLOÇKA. Hə, Veroçka, gəl yoxlayaq görək, hər
şeyi aldıq. Kələm aldıq, balıq aldıq, kartof və çuğundur aldıq (əllərini yellədir). Dədə vay! Bəs çörək,
çörək yadımızdan çıxıb (Kostyaya).
Mane olduğuma görə üzr istəyirəm... Ən yaxın çörəkçixana haradadır?
KOSTYA. Buradan yüz metr aralıda, bax orada,
solda.
ALLOÇKA. Qulaq as, bir xahişim var. Siz burada
onsuz da dərslərinizi hazırlayırsınız... Veroçkaya baxın, mənim də bir ayağım
burada, bir ayağım orada olacaq. Beş dəqiqəyə gəlirəm!
KOSTYA. A?
ALLOÇKA. Siz narahat olmayın! Veroçka siçan
kimi sakitdir! O heç qımıldanmayacaq da. Siz sadəcə göz qoyun ki, o, yerə
yıxılmasın (bazar zənbilini qamarlayıb
qaçır).
KOSTYA. Hə, salam, Veroçka, salam! Mənim adım
Kostikdir. Bəs sənin adın nədir? Nə -nə? Qığıldayırsan? Yaxşı, aydındır. Çox
təəssüf ki, səninlə bir dost kimi danışa bilmirəm (öz söhbətini davam etdirərək
tamaşaçılara). Birdən yağış yağmağa başladı. Yağış nədir, leysan idi, tut
ucundan, çıx göyə. Mənim vəziyyətimi təsəvvür edirsiniz? Yarım dəqiqə belə
keçməmişdi, Veroçka islandı, mənim konspektlərim islandı, mən su içində oldum.
Nə etməli, bilmirəm. Belə leysanın altında oturmaq da olmazdı... Bir sözlə, qoy
nə olur olsun, Veroçkam qolların arasına aldım. O, səsini güc verdi. Özümü ən
yaxın giriş qapısına sarı atdım (özünü gölməçələrdən tullanaraq keçən göstərir,
iki dəfə bu minvalla səhnəni dolaşır, nəhayət, dərindən nəfəs alıb səhnənin bir
tərəfində dayanır). Fu-fu, bax buna deyərəm leysan! Amma yaman surət götürdüm.
Veroçka ağlayır.
Sakit
ol, Veroçka, sakit ol! Niyə belə ağlyırsan? Nə edim? (sıradan çıxmış zəngli saatı silkələyəm kimi Veroçkanı yelləyir) Di
sakit ol!
Sakit! Ətrafda adamlar var, sən isə... Di, xahiş edirəm, sus...
Piştavda gözlərində çeşmək zabitəli bir qadın görünür.
XANIM. Uşağı bəri ver.
KOSTYA. Nə üçün?
XANIM
(uşağı götürür). Uşağın ağlamağında
qeyri-adi heç nə yoxdur: o, büsbütün suyun içindədir.
KOSTYA.
Yağışdandır.
XANIM.
Məsələ təkcə bunda deyil. Yəqin ki, sizdə quru bələk var.
KOSTYA. Nə?
XANIM. Quru əski.
KOSTYA. Yox, yoxdur.
XANIM. Bax budur. Belə adamların uşaqları olur!
Anası hardadır?
KOSTYA. Çörək dükanına getdi.
XANIM. Əlbəttə! Hər işi yazıq qadınlar
görməlidirlər! Çörək dükanına siz gedə bilməzdiniz?! Sənə ayıb deyil?
KOSTYA. Bilirsiniz mən...
XANIM. Budur, öz günahımızı yumaq üçün indi
axmaq bir səbəb tapacaqsınız! Vəhşi heyvanlar da öz balalarına sizdən yaxşı
baxır. Belə gözəl oğlan uşağına da bu cür yanaşarlar?
KOSTYA. O – qızdır.
XANIM. Kim?
KOSTYA. Bu oğlan. Yəni uşaq.
XANIM. Heç başa düşürsünüz ki, uşaq soyuqlaya
bilər? Onu təcili evə aparmaq, əynini dəyişmək lazımdır.
KOSTYA (sevincək).
Bax, bu, düzgün qərardır. Sağ olun! Bu saat onu evə apararam.
Kostya Veroçkanı sinəsinə sıxıb, təxəyyülündə
canlandırdığı
gölməçələri aşaraq, səhnə
boyu qaçır.
XANIM
(onun ardınca baxaraq). Görəsən niyə
belə insanlar dünyaya uşaq gətirirlər?
Səhnə qaranlıqlaşır.
Kostya qucağında Veroçka piştağın qarşı tərəfində dayanır, təxəyyülündə canlandırdığı zəngin düyməsini basır. Ev xalatında təxminən 45 yaşlarında bir qadın – Kotyanın anası zəngin səsini eşidib qapını açmağa tələsir.
ANA. Kimdir?
KOSTYA. Mənəm – Kostya.
ANA (qapını
açaraq). Mən artıq narahat olurdum. Belə bir leysanda... (qorxu
içərisində). Aman Allah, bu kimdir?
KOSTYA. Veroçka?
ANA.
Hansı Veroçka?
KOSTYA
(şən). Bilirsən, mən bulvarda oturub
konspektlərə baxırdım...
ANA. Onun neçə yaşı var?
ANA. Onun neçə yaşı var?
KOSTYA. Bilmirəm. Mən bulvarda oturub konspektlərimi
oxuyurdum.
ANA. Bir buna bax! Uşağın neçə yaşda olduğundan da xəbərsizdir!
KOSTYA. Mən haradan bilim? Bax izah edirəm: mən bulvarda oturub konspektimə baxırdım...
ANA. Bir buna bax! Uşağın neçə yaşda olduğundan da xəbərsizdir!
KOSTYA. Mən haradan bilim? Bax izah edirəm: mən bulvarda oturub konspektimə baxırdım...
Ana və Kostya yemək otağına keçirlər. Veroçkanın qışqırıq səsini
eşidib ata gəlir. O, təxminən əlli
yaşlarındadır. Ata pijamadadır
.
ATA. Nə olub? Bu nə qışqırıqdır?
ANA.
Əzizim, səni təbrik edirəm! Mən başa düşəni, sən baba olmusan. Onun adı Veroçkadır.
Təəssüf ki, bildiyim elə budur...
KOSTYA. Sən nə danışırsan, ana? Ana, axı sənə
deyirəm ki...
ANA. Mənə nə deyirsən? Krılovun təmsilini...
ANA. Mənə nə deyirsən? Krılovun təmsilini...
KOSTYA. Təmsil niyə? Mən həqiqətən bulvarda
oturub konspektə baxırdım...
ANA (sərt). Uşağı bura ver! Əskisi dəyişilməyəncə o, sakitləşməyəcək. Yeri gəlmişkən, sən özün də belə idin.
ANA (sərt). Uşağı bura ver! Əskisi dəyişilməyəncə o, sakitləşməyəcək. Yeri gəlmişkən, sən özün də belə idin.
Ana stola yaxınlaşır və uşağın bələyini dəyişir.
KOSTYA. Bilirsən, ata, mən bulvarda oturub konspektimə baxırdım ki...
ATA. Başa düşürəm... Nə etmək olar? Olur! Əlbəttə, bizim dövrümüzdə belə şeylər nadir hadisə idi, indi başqa zaman, başqa havadır! Eybi yox, Kostya, kişi ol! Çıxılmaz vəziyyət olmur, bir şey fikirləşərik...
KOSTYA (səsini
başına atır). Yoldaşlar! Sizə nə olub, dəli olmusunuz? Niyə mənə
inanmırsınız? Hansı əsasla siz... Lənətə gələsiniz...
ANA. Bu dəqiqə mumla! Sən uşağı qorxudursan!
Heç olmasa, bu Veroçkanın anası ilə tanışıq?
KOSTYA. Yox.
ANA.
Mən elə belə də fikirləşirdim.
KOSTYA. Mən artıq yüzüncü dəfədir deyirəm: bu,
mənim uşağım deyil! Mənim uşağım deyil! Mən də onun anası ilə tanış deyiləm.
ANA. Sakit ol! Xahiş edirəm, sakitliyi gözlə!
KOSTYA (pıçıltı
ilə). Lənətə gələsiniz! Siz nə üçün mənə inanmırsınız? Mən bulvarda
oturub...
ATA. ..Konspekt oxuyurdun...
KOSTYA. Riyaziyyat konspektini... Bu vaxt bir
qadın mənə yaxınlaşıb xahiş etdi ki, o, çörək alıb-gəlincə uşağa baxım.
ANA. Di?
KOSTYA. O, çörək dükanına getdi, bu vaxt leysan
başladı. Nə etməli?
ANA. Bu, doğrudur?
ANA. Bu, doğrudur?
KOSTYA.
And içirəm.
ANA
(inamla). Hər şey aydındır! O, uşağı
atıb!
KOSTYA
VƏ ATA (xorla). Heçə atıb?
ANA.
Cavan oğılansan. Nəcib ailədən oldugünü görüb, uşağı atıb. Bilib ki, uşaq yaxşı
əllərə düşəcək.
KOSTYA.
Bəs nəcib ailədən olduğumu haradan bilib?
ANA.
Bu, məhəlləmizdən bəllidir. Abırlıdır. Özün də geyimli-keçimli, yaxşı
bəslənmiş. Saçlarını da qaydaya salmısan.
ATA.
Belə zənn edirsən?
ANA.
Əminəm! İndiki cavanlar öz uşaqlarını nənələrinin öhdəsinə buraxırlar!
KOSTYA. Bir dayan. Niyə sən inanmaq istəmirsən ki, o, çörək dükanına getdiyi üçün uşağı mənim yanımda qoyub?
KOSTYA. Bir dayan. Niyə sən inanmaq istəmirsən ki, o, çörək dükanına getdiyi üçün uşağı mənim yanımda qoyub?
ANA.
Belə uşağı başqasına tapşırmırlar!
KOSTYA.
Yox, ana. Bu, ola bilməz. Sən bir onu görəydin...
ATA.
Kimi?
KOSTYA.
Veroçkanın anasını. Elə xoşbəxt... elə gəşəng idi ki...
ANA.
Kostya, oğul, xarici görünüş aldadıcı olur. Yaramazların əksəriyyətinin gözəl
sir-sifəti var.
KOSTYA.
Yox-yox, ömründə inanmaram!
ATA
(qeyri-müəyyən). Hə, sözün düzü, mən
də bir elə inanmaram, amma...
ANA.
Hm! Şübhə edirsiniz? Xahiş edirəm özünüz əmin olun: leysan kəsəndə o uğursuz
oturacağa yaxınlaşın və onu gözləyin. Amma buterburod və içərisində çay olan
termos götürün.
KOSTYA.
Bu nə üçündür?
ANA.
Çünki onu gözləməkdən gözünüzün kökü saralacaq.
KOSTYA.Veroçkanı
mənə ver.
ANA.
Neyləyirsən? Qoy uşaq bizimlə qalsın. O, küçədə soyuqlayar. Gedin, gedin.
KOSTYA.
Atam nə üçün? Mən özüm gedərəm.
ATA.
Kostya, burada nə var ki? Əynimi dəyişim...
KOSTYA.
Lazım deyil. Mən özüm...
Kostya qaçır. Fasilə
ATA. Demək istəyirəm ki, çox gözəl uşaqdır!
ANA.
Bu, həqiqətdir. Qulaq as, bəlkə bu Veroçka heç atılmış uşaq deyil, elə Kostyanın öz qızıdır.
ATA.
Kostyanın qızı?
ANA.
Çox cadəcə. Heç fikir vermisən ki, o, Qazaxıstana getmək üçün əldən-ayaqdan
gedir?
ATA.
Nə olsun?
ANA.
Keçən il Kostya orada olub. Tələbə inşaat dəstəsi ilə.
ATA.
Nə olsun?
ANA.
Yəni ağlına bir şey gəlmir? Ötən il o, Veroçkanın anası ilə rastlaşıb. Onlar
valideynlərdən gizlicə evləniblər.
ATA.
Ola bilməz.
ANA.
Amma mən əminəm.
ATA.
Yaxşı, bəs Veroçka necə Kostyaya rast gəlib? Axı onu poçtla göndərməyiblər.
ANA. Necə də sadəlövhsən! Kostikin gəlişini gözləməyə qadının səbri çatmayıb. Odur ki, özü Qazaxıstandan Moskvaya gəlib.
ANA. Necə də sadəlövhsən! Kostikin gəlişini gözləməyə qadının səbri çatmayıb. Odur ki, özü Qazaxıstandan Moskvaya gəlib.
ATA.
Bəs nə üçün Kostik onu evə gətirməyib?
ANA.
Qorxub. Ya da qadın gəlmək istəməyib.
ATA.
Bilmirəm. Məncə, bu variant son dərəcə fantastikdir
ANA.
Sən müasir gəncləri tanımırsan.
ATA.
Mən başa düşmürəm ki, sən nə üçün bizim gənclik barədə belə bədbin danışırsan.
Sənin oğlun Kostik də gəncdir. Onun nəyi pisdir? Əlaçıdır, işləməkdən qorxmur.
Kartof yığımına da gedir, tikintidə işləməyə də. Özü də mahnı oxuya-oxuya!
ANA.
Hər cavan oğlan Kostyanın tayı deyil.
ATA.
Hamısı da olmasa, əksəriyyəti onun kimidir. Bax bu uşaqla bağlı xəyalından
keçənləri həqiqət kimi qələmə verirsən...
ANA.
Xəyalımdan keçənləri? Fikirləşirsən ki, mən istəyirəm ki...
ATA.
Öz aramızdır, niyə də yox? Kostik iki ildən sonra mühəndis olacaq. İndi erkən
nikahlar dəbdədir...
ANA.
Yox, elə deyil. Erkən nikah daha tez boşanma deməkdir!
ATA.
Sənə nə deyilsə, cavabı hazırdır. Mən belə hesab edirəm ki, əgər o, yaxşı qıza
rast gəlibsə...
ANA.
Yaxşı! Ha-ha-ha!
ATA.
Niyə ha-ha-ha? Veroçka sadəcə gözəllik mücəssəməsidir! Görünür anasına oxşayıb.
Əgər bu hadisə baş veribsə, nə etməli, necə lazımdırsa – qəbul edək. Taleyin
qisməti kimi!\
ANA.
Yox, Leonid, mən bilməliyəm ki, o qadın kimdir və məqsədi nədir. Mən anayam,
oğlunun taleyi öz şəxsi həyatımdan daha qiymətlidir!
ATA.
Ah, Lüdmila, gəl mühafizəkar olmayaq. Həyat həyat olaraq qalır! O, diqqət tələb
edir... Əgər yaddaşım korlanmayıbsa, sənin valideynlərin bizim nikaha qarşı
idilər...
ANA
(etiraz edərək). Lenya!
ATA.
Hə, hə, etiraz edirdilər! Onlar da mənə inanmırdılar. Mən onların xoşua
gəlmirdim. Mən kasıb bir tələbə idim. Amma onlara qulaq asmadığım üçün, afərin
sənə, Lüsya! Zənnimcə, indi buna görə peşman deyilsən.
ANA
(asta). Yaxşı, nə təklif edirsən?
ATA.Özünüzü
sənin valideynlərin kimi aparmayaq.
ANA.
Mənim valideynlərimin mətləbə nə dəxli var? Onlar gözəl inanlardır!
ATA. Mübahisə etmirəm: gözəl insanlardırlar! Amma bizim həyatımızı məhv edə bilərdilər. Yaxşı ki, mən belə təkidli və cəsarətliyəm!
ATA. Mübahisə etmirəm: gözəl insanlardırlar! Amma bizim həyatımızı məhv edə bilərdilər. Yaxşı ki, mən belə təkidli və cəsarətliyəm!
Səhnənin bu hissəsi qaranlıqlaşır və kürən Alloçkanın əyləşdiyi oturacaq işiqlanır. Milis starşinası və eynəkli qadın onun qarşısında dayanıblar.
XANIM. Mən dərhal başa düşdüm ki, bu tip – yaramazdır. Bir görəydiniz ki, o, sizin uşağı necə yırğalayırdı. Baxanda adamın ürəyi ağrıyırdı.
STARŞİNA.
Sizcə, o, uşağı oğurlayıb?
XANIM.
Heç sübhə eləmirəm.
STARŞİNA.
Nəyə görə?
XANIM.
Yaqin gözləyir ki, ondan mərhəmət diləyəsiniz. Yaxud da sadəcə uşağı qaytarmaq
üçün valideynlərindən pul tələb edəcək. Hə - hə, tələb edəcək... Özü də uşağı
oynaya-oynaya verəcək.
STARŞİNA.
Cəfənqiyyatdır, vətəndaş. Bizdə belə şeylər olmur.
Kostya görünür.
KOSTYA (Alloçkaya). Ay qız! Bu da mən! Həyəcanlanmayın, mən buradayam.
ALLOÇKA. Oh, doğurdan da bu, sizsiniz. Bəs Veroçka hanı?
KOSTYA.
Bizim evdə. İsti bir yerdə. Mən üzbəüz binada yaşayıram. Birdən leysan
başladı...Nə edəydim?
ALLOÇKA.
Veroçka sizdədir?
KOSTYA.
Bəli, bizdə.
ALLOÇKA.
Ağlamır ki?
KOSTYA.
Narahat olmayın. Anamın yanındadır. Anam onun bələyini dəyişib, yedizdirib...
STARŞİNA
(xanıma). Başa düşdün? Uşaq isti bir
yerdədir, bələyi dəyişilib, yedizdirilib. Amma siz elə qorxunc şəkildə təsbir
edirdiniz ki...
XANIM.
Hə, mən... Mən, sadəcə, təsəvvür edirdim ... (tələsik gedir).
STARŞİNA.
“Təsəvvür edirdin”? Deyirdi, o, tələbə deyil, yaramazdır, valideynlərindən pul
tələb edəcək. Bəzi adamlar lap qəribədir! (Alloçkaya).
Hə, görürəm ki, işləriniz qaydasındadır. Mən gedim. Cansağlığı arzulayırdım (əsgəri salam verib, gülümsəyir və gedir).
KOSTYA. Bağışlayın ki, belə alındı. Amma hər şeyə görə günahkar
leysandır.
ALLOÇKA.
Bunu başa düşürəm. Elə həyəcanlanmışdım ki...
KOSTYA.
Gedək bizə, Veroçka orada sizi gözləyir. Gedək (Alloçkanın bazarlıq çantasını götürür). Sizin Veroçka isə bir
aləmdir. Həqiqətən də o,siçan kimi sakitdir.
ALLOÇKA.
Doğrudan? (Kostyaya baxır). Axı nə
üçün biz insanlar barədə pis fikirləşirik. Vicdan haqqı, onların əksəriyyəti
belə pis rəyə layiq deyil.
Kostya və Alloçka gedirlər, Sinitsinlərin yemək otağı işıqlandırır. Ana Veroçkanı yığalayır və layla çalır. Ata pijamasını
dəyişib
qırmızı köynək və şalvar geyinib. İndi qalstkunu bağlayır.
ANA (nəğməsini kəsir). Sən nahaq yerə sevincək oldun. Kostya evə heç kimi gətirməyəcək.
Qapının zəngi çalınır, ata qapını açır, Alloçka və Kostik daxil
olurlar.
KOSTİK (qürurla). Xahiş edirəm, tanış olun. Mənim valideyinlərim. Bu isə...
ALLOÇKA.
Zemlyanikina. Çox xoşdur. Belə alındığına görə min dəfə üzr istəyirəm... Fikri
dalğın olduğum üçün çörək almağı unutmuşdum (Veroçkanı qucağına götürür).
ANA.
Nə danışırsınız?! Boş şeylərdir. Veroçka aləm qızdır!
ALLOÇKA.
Qorxudan bağrın yarılmışdı! (Veroçkaya).
Sən isə gülümsəyir, qüssə nədir, bilmirsən!
ATA.
Xahiş edirəm, əyləşin. Çox xahiş edirik. Bəlkə çay içəsiniz. Belə leysandan
sonra yerinə düşər.
ANA.
Çay niyə? Nahar a yeməyimiz də hazırdır.
ALLOÇKA.
Zəhmət çəkməyin. Biz artıq çoxdan evdə olmalıyıq. İndi evdə aləm bir-birinə
qarışıb.
ATA.
Bəlkə zəng edəsiniz.
ALLOÇKA.
Təəssüf ki, mümkün deyil. Təzə evə yaxınlarda köçmüşük. Telefonu da üçüncü
rübdə çəkəcəklər.
ANA.
Məgər siz Qazaxıstandan deyilsiniz?
ALLOÇKA.
Yox, mən moskvalıyam.
ANA
(məyus). Deməli, belə... Bağışlayın.
Bəlkə də mənim sualım sizə qəribə gələcək: siz ərdəsiniz?
ALLOÇKA.
Xeyr.
ANA.
Yox? Hə, əlbəttə.
ALLOÇKA
(tələsik). Hətta sizə necə təşəkkür
edəcəyimi bilmirəm. Siz...
ATA
(kömək edir). O – Kostikdir.
ALLOÇKA.
...sizə, əziz Kostik. Hamınıza minnətdaram.
ATA
(bir qədər fasilədən sonra). Veroçka
– qəşəng, qanışirin. Gələcəyin gözəllər gözəlidir.
ALLOÇKA.
Hə, biz hamımız onu çox sevirik.
ATA.
Qibtə edirəm. Ona çox qibtə edirəm. İyirmi birinci əsrin ortalarında yaşayan
şəxsə qibtə etməmək olar?!
ALLOÇKA.
Yaratdığım narahatçılığa görə bir daha üzr istəyirəm, çox sağ olun, getmək
vaxtıdır.
ATA.
Kostik sizi ötürər.
KOSTYA.
Əlbəttə. Məmnuniyyətlə (Alloçkanın
bazarlıq zənbilini götürür).
ATA. Təəəsüf, çox təəsüf ki, tələsirsiniz. Sizinlə, Veroçka ilə tanış olmaq bizə son dərəcə xoşdur.
ATA. Təəəsüf, çox təəsüf ki, tələsirsiniz. Sizinlə, Veroçka ilə tanış olmaq bizə son dərəcə xoşdur.
ALLOÇKA.
Bu, qarşılıqlıdır.
ANA.
Bizim tərəflərə yolumuz düşsə, xahiş edirəm, bizə baş çəkin. Veroçka ilə.
ATA.Allahımıza
da minnətdar olacağıq ki, bizi tanış edib.
Alloçka və Kostya gedirlər.
Çox yaxşı, valehedici qadındır. İstiqanlı, məlahətli. Hələ gözlərini demirəm! Necə gözəl gözləri var!
ANA.
Əlbəttə, hər şey diqqətimizi cəlb etdi, əsas məsələdən başqa.
ATA.
Nədir o əsas məsələ?
ANA.
O, ərdə deyil. Sən də Kostyanı göndərirsən ki, onu yola salsın.
ATA.
Nə olsun.
ANA.
Birdən Kostya ona vuruldu? Yani uşaqlı gəlin sənə çox lazımdır?
ATA.
Bu uşaq sənin öz xoşuna daha çox gəldi.
ANA.
İndi də o uşaqdan ötrü ürəyim gedir. Ümumiyyətlə. Özgə uşağı isə, bizə lazım
deyil.
ATA.
Bir dayan, Lüdmila. Hardan ağlına gəldi ki, Kostya ona aşiq ola bilər?
ANA.
Mən onun üzünün ifadəsini gördüm. Yeri gəlmişkən, elə sənin özünün də.
ATA.
Nə çərənləyirsən?!
ANA.
Mən qadınam, qadın gözləri isə, kişilərin bütün daxili aləmini görə bilir.
ATA.
Yaxşı, tutaq ki, Kostya o qıza aşıq aldu. Sənin dediyindən belə çıxır ki,
uşaqlı qadının xoşbəxtlik hüququ yoxdur.
ANA.
Leonid, boş-boş danışma! Birincisi, Kostik üçün evlənmək hələ tezdir. O, uşağı
olmayan qadınla ailə qurmalıdır! Başa düşdün? Yani balalı olmayan birisi ilə.
Sinitsinlərin yemək otağı qaranlıqlaşır. Alloçka və Kostya çıxırlar. Elə dayanırlar ki, Veroçkanı yatızdırmaq Alloşka üçün rahat olsun. Kostya ağır bazar zənbilini yerə qoyub nəfəs alır.
ALLOÇKA.
Məndən ötrü bu qədər vaxt itirdiyinizə görə xəcalət çəkirəm.
KOSTYA.
Cəfəngiyyatdır. Veroçkanın sizə nə qədər çox oxşadığını heç bilirsiniz?
ALLOÇKA.
Bunu hamı deyir. Axı bacımla biz bir-birimizə çox oxşayırıq.
KOSTYA.
Hansı bacınızla?
ALLOÇKA.
Böyük bacım Anyuta ilə...
KOSTYA.
Bir dayan, sən Veroçkanın...
ALLOÇKA.
Xalasıyam.
KOSTYA.
Xalası?
ALLOÇKA.
Əlbəttə. Veroçkanın atası bir il Kubada işləyib, bu gün Moskvaya qayıdır.
Anyuta onu qarşılamağa gedib. Bu gün mən ikinci növbədə işləyirəm. O, Veroçkanı
da, təsərrüfat işlərini də mənə tapşırıb...
KOSTYA.
Bir gör ha! Sirr deyilsə, siz harada işləyirsiniz?
ALLOÇKA.
Tikiş fabrikində. Mən toxucuyam. Axşam şöbəsində oxuyuram. Tikiş üzrə rəssam
olacağam. Bəs sən, Kostya? Tələbəsən?
KOSTYA.
Bəli. Dördüncü kursa keçirəm. Axırıncı məqlulum qalıb. Qulaq as, heç adını da
bilmirəm.
ALLOÇKA.
Alla.
KOSTYA.
Mən isə - Kostya
ALLOÇKA.
Bilirəm.
KOSTYA.
Sizin evə telefon yalnız üçüncü rübdə çəkiləcək.
ALLOÇKA.
Söz veriblər.
KOSTYA.
Elə isə, gəl belə şərtləşək. Sən sabah da ikinci növbədədsən?
ALLOÇKA.
Bəli.
KOSTYA.
Gəl səhər saat onda görüşək. Yaxşı?
ALLOÇKA.
On tezdir. Saat 12-də.
KOSTYA.
Harada?
ALLOÇKA.
Bu oturacaqda.
KOSTYA.
Doğrudur! Bu oturacaqda. O, uğurludur.
Tərcümə etdi:
Akif ABBASOV
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ