(esse)
Baxın! İradə göstərib, yalansız, tək bir yalansız həyat
yaşamaq bacarığına vaqif ola bilmək bir az çətin bir şey, deyilmi? Hər kəslik də deyil,
bilirsinizmi? Məsələn, bütün ömrünüz boyunca bir dəfə də olsa yalan danışdınızmı,
yalanınız oldumu? – desəm, görəsən neçə dənə ağızlar susacaq? Görəsən neçə dənə
dodaqlar quruyacaq? Bir də ki, maraqlıdır: quruyacaqmı? Mən indi saysız-hesabsız
yalanları qəsd etmirəm, hələ oralara gəlmirəm...
Özünü müsəlman bilib, özünü müsəlman görüb, lakin cahilliyini,
hətta cahilliyini (öncəki həyatını) belə unutduracaq davranışlar içində bu Dini
haqqı ilə yaşadığını düşünən insan, yanılırsan...
Zaman çox kimsələrin ikiüzlü olduğunu ortaya çıxaracaq,
bəli, zaman. Tamam, bütün bir ömrün içində işlənilmiş bir neçə yalan səbəbilə
ikiüzlü damğası vurmamağa çalışaq bu kimsələrə, amma... Amma sonda bilinməlidir
ki, mənim bu sözlərimdən, mənim bu düşüncələrimdən dəfələrlə üstün olanları
var. Peyğəmbərimin sözləri var, mənim Peyğəmbərimin hədisləri. Ya bu hədislərlə
diriləcəyik, ya bu hədislərlə məhv ediləcəyik:
“Münafiqin işarəti üçdür: Danışdığında yalan
söylər. Söz verdiyində sözündə durmaz. Əmanətə xəyanət edər.”
Tural Qul
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ