.jpg)
Şeirlər, romantik sevgi sözləri
sevgi deyil əzilərim. Bir- birini çox sevən nə qədər insan tanıyıram bir dəfə
olsun gözəl sözlərdən istifadə etməyiblər və yenə də nə qədər insan tanıyıram
yalandan ən gözəl sevgi sözlərini söyləyirlər, ancaq ürəklərində sevginin nişanəsi
yoxdu. Sevgi güvənmək bir ömür yanında ola bilməkdir. İki qoca insanın yan-
yana getməsi qədər gözəl şeir oxumadım, duymadım mən.
Son zamanlarda şeirlər kimi
sevgilər də korlandı, saflığını itirdi. Divan şairləri şeirdə sevdikləri qadını
elə gizlədirdilər ki, kimsə onları tanıya bilməzdi. İndi şairlər sevdikləri
qadınlarla yataq əhvalatlarını yazırlar. Şeirin və sevginin bəkarətinə toxundu
günümüz insanı. Ailədə olan namus idi bir zamanlar, indi tvlərdə müzakirə
edilir “namus”umuz.
Evli birini sevənin cəzası cəmiyyət
tərəfindən qınanmaq, lənətlənməkdi bir zamanlar. İndi insanlara maraqlı gəlir
bunları dinləmək, onlar da bir az da irəli
gedib seksual macəralarını da danışırlar utanıb, çəkinmədən.
Güvən duyqusu yox olub, kimsə kimsəyə güvənmir indi. Çünki bu gün
sevirəm deyən sabah gedirəm deyir. Çünki vicdanlar susub, Allahdan qorxub, bəndədən
çəkinmir insanlar.
Bəs sonsuzluq nədir,
sonsuzluğa gedən yol hardan keçir. O da qəribədir. Ateistlər üçün son var,
sonsuzluq deyə bir qavram yoxdu, dindarlar üçünsə sonsuzluğa gedən yol baş kəsib,
qan tökməkdən keçir.
Uzun sözün qısası sonsuzluğa
gedən yolu da itirmişik. Hansı cəhənnəmə getdiyimizi özümüz də bilmədən.
Tural Sahab.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ