İlk
olaraq şahidi olduğum və eşitdiyim iki məsələ haqqında yazım. Düzünü desək belə
məhrəm bir mövzü haqqında yazmaq mənim də xoşuma gəlmir, ancaq millət olaraq bu
məsləni çoxdan ictimailəşdirmişik.
Deməli kəndimizdə
əlli il bundan öncə bir kişi evlənib, ancaq üç gün ağır şəkildə çalışsa da gərdəkdən
uğurla çıxa bilməyib. İndi o, qoca kişidir, ancaq camaatın yadından heç nə
çıxmayıb, indi də onu lağa qoyub, gülürlər.
İkinci məsələ isə belədir: Mən uşaq olardım,
ikinci ya üçüncü sinifdə oxuyardım. Yenə kəndimizdə toy olmuşdu, sabah məktəbə
gedəndə uşaqlar danışırdılar ki, bəy toy gecəsi uğur əldə edə bilməyib. O hadisə
də digəri kimi hələ də danışılır. Mən belə bəzən o adamlar kişilikdən danışanda
onlara sataşıram, bunun doğru bir şey olduğunu bildiyim halda, ancaq bunun
günahkarı mən deyiləm, günahkar insanların özəlinə, ən məhrəm yerlərinə qarışan
cəmiyyətdir.
Bir evdə toy olanda, bütün nəsil- nəcabət
yığılır o evə. Toy gecəsi başlayırlar gözləməyə, görək nə olacaq?!- biri çıxıb
deyən də yoxdur ki, sənə nə, nə olacaq?
Millətin şeyindən sənə(Sizə) nə?, niyə
burnunuzu hər yerə soxursuz?
Yazıq bəylə gəlin ilk gecə həyacanınımı
boğsunlar, yoxsa qapının ağzında gözləyib, deşikdən baxan yengəninmi, yoxsa həyətdə
gözləyən əmi, dayılarınmı?
Ay başınıza dönüm, bəlkə bu insanlar heç bu
gecə sevişmək istəmir vəya tələsmədən qovuşmaq istəyirlər, bu yazıqları niyə tələsdirirsiz?
Çünki,
ailəmiz bizim evlənməmizi biz xoşbəxt olaq deyə deyil, özləri nəvə görsün, filankəsin
oğlu evləndi mənimki evlənmədi deyə istəyir, daha düşünmürlər bu uşaq xoşbəxt
olacaqmı, üzü güləcəkmi, aldığını peşman etməyəcək ki?
Biz bazara nəsə almağa gedirik, ailəmiz,
yaxınımız-uzağımız qarışır, biz inistuta iş veririk yenə qarışırlar, işə
giririk yenə. Bizə bunlara etiraz etmədiyimiz üçün sabah gərdəyə girəndə ona da
qarışırlar.
Tərbiyyədən, əxlaqdan danışan yaşlı nəsil elə
tərbiyyəsizliyin yekəsini edir, utanmasalar o gecə olanları çəkib xatirə olaraq
saxlasınlar.
Toy gecəsindən sonra olanlar da tam bir
biabırçılıqdır.
Mən bir
subay oğlan olaraq indidən düşünürəm görəsən necə olacaq, mən bu qədər qohum- əqrabanın
həyətdə məni gözlədiyini bilərəkdən necə girəcəm gərdəyə, yəqin ki, mən tək
deyiləm.
İnşallah
dövlət yas mərasimlərinə olduğu kimi, toylara da müdaxilə edər və bu müdaxilənin
içində gərdəyə girənləri “ narahat etməyin” maddəsi də olar.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ