Yalnız Allaha məxsussan,
Qoynunda bir izəm dünya.
Nə sən bakirə bir qızsan,
Nə də mən təmizəm dünya.
Həsrətim bitmir ki, bitmir,
Heç nə qəlbimi isitmir,
Hər söz ruhumu kiritmir,
Coşqun bir dənizəm dünya.
Heç nə qəlbimi isitmir,
Hər söz ruhumu kiritmir,
Coşqun bir dənizəm dünya.
Bir pay, bir qismət istərəm,
Bir daha fürsət istərəm,
Haqdan məhəbbət istərəm,
Mən eşqə hərisəm dünya
Bir daha fürsət istərəm,
Haqdan məhəbbət istərəm,
Mən eşqə hərisəm dünya
Araz Səməd
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ