Kəmaləddin Qədimin yeni kitabının imza günü keçirilib

Bu yazıya counter dəfə baxılıb

8 oktyabr 2014-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü,Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Kəmaləddin Qədimin "Daha sonumu yazıram" adlı kitabının imza günü keçirilib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza ilk növbədə tədbir iştirakçılarını salamlayaraq Kəmaləddin Qədimin həyat və yaradıcılığından bəhs edib.Tədbirdə AYB üzvü, Prezident təqaüdçüsü İbarhim İlyaslı, DGTYB Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı, AJB üzvü, şair, jurnalist Məhəmməd Nərimanoğlu, AYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc xanım yazar Sevinc Yunuslu və digər qonaqlar iştirak ediblər.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də qatıldığı tədbirdə iştirak edən qonaqlar yeni işıq üzü görmüş kitab haqqında öz fikirlərini bölüşdülər və yeni yaradıcılıq uğurları və fəaliyyəti dilədilər.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirildi.

Teymur HƏBİBİ,
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ