Sən mənim yuxumun şirin payısan

Bu yazıya counter dəfə baxılıb

Susaq danışmayaq qoy gözlər dinsin,
anlatsın ən gözəl gördüyü hissi.
Üzümə bir gülüş təbəssüm qonsun,
aparsın sanki qoy dünyadan bizi….

Bir azda uzağıq qəmdən və dərddən,
onu tapmaq üçün yaşamırıq ki...
İnsanın ürəyi olmalı ətdən,
onu boş – boşuna daşımırıq ki...

Bizdə xoşbəxtliyin dadını bilək,
nə qədər sevinc var bax önümüzdə.
Olmasa da, belə hər gün diləyək,
bəlkə də yaxındır taleyimizdə……

Min dünya neməti sərsən, önümə,
əvəz edə bilmir ürək sevgisin.
Sən mənim yazıldın sanki ömrümə,
qoy ömrümü sənin sevgin bəzəsin…

Tutaq əllərimiz soyumasın qoy,
baxanlar heyrətlə desin bəxtəvər.
Hər günümüz sanki çılçıraqlı toy,
evimdə bir gözəl nəğmə gətirər…

Sən mənim yuxumun şirin payısan
Nə olar ayılsam gözümdən itmə.
Fidanın qəlbində sevgi payısan..
ağlaram daim uzağa getmə .......

Utanmayaq bir daha gələrkəndə üz- üzə

O qeder axdaracaq gülüşümü gözlərin
qulağın həsrət qalıb eşidəcək sözlərin
hər yanda axdardığın saxta olan üzlərin
aynasını özün tut əlin öyrəşsin düzə
utanmayaq bir daha gələrkəndə üz- üzə

Deki sən düz demişdin məni sevən olmadı
kimə inandımsa mən məni adam saymadı
zərrə qədər hörməti insanlığı qalmadı
etdiyin o səflərin , yalanların, üzlərin
aynasını özün tut əlin öyrəşsin düzə
utanmayaq bir daha gələrkəndə üz- üzə…..

Ümüd , arzu , xəyal var bir sən yoxsan sabahda
kim bilirki hər kəsi nə gözləyir qabaqda
o qədər təmiz gəldin gəlin kimi duvaqda
indi mənə dedyin acı acı sözlərin
aynasını özün tut əlin öyrəşsin düzə
utanmayaq bir daha gələrkəndə üz- üzə….

Məhəbbətə bu qədər dəyər vermə həyatada
qəlbin çürüyüb gedər sanki bir qazamatda
canın , ruhun bir yana qalsın sağ-salamatla
etdiyin əmələrin, incitdiyin qəlblərin
aynasını özün tut əlin öyrəşsin düzə
utanmayaq bir daha gələrkəndə üz- üzə…

Mən olmasamda bilki bir gün düşər yadına
Fidan deyə çox qızlar çıxacaqdır qarşına
atalar düz deyibdir nə tökərsən aşına
bir gün əlbətt çıxacaq oda sənin qarşına
məndən uzaqda olan arzuların , izlərin
aynasını özün tut əlin öyrəşsin düzə
utanmayaq bir daha gələrkəndə üz- üzə……

Mən əvvəlki mən deyiləm……

Gözlərimin həsrətini silə bilən yolum hanı?
zaman ötdü, il dəyişdi, səndə məni yaxşı tanı
ürəyimdən əllərimə axıb gəlmiş söz ümmanı
tükənməzdir bilmirəm heç harda kiməm
mən əvvəlki mən deyiləm……

Daha yorub üzüb məni yaralama bilə-bilə
çox qurmuşdun yollarıma mən düşmədim öz tələnə
başqasının göz yaşına baxıb ürəkdən gülənə
inanmıram daha birdə sabah gələn ümüdümə
tükənməzdir bilmirəm heç… harda kiməm…
mən əvvəlki mən deyiləm……

Bir gün həsrət, bir gün zillət, bir gün möhlət verib mənə
gecikmişəm , tələsmişəm, dönüb yenə gəlib sənə
indi baxıb için -için ağlayıram saçlarıma düşən dənə
bir bax sənsiz pərişanlıq necə cumub üzərimə
tükənməzdir bilmirəm heç.. harda kiməm …
mən əvvəlki mən deyiləm……

Nahaq yerə gözləmişəm yollarına baxıb durub
günlər keçib üzərindən o köhnəlib tez yorulub
dərd , qəm ilə bir kaman kimi sanki bir simə sarılıb
ağlayıram içimdə bir kövrək telim bax qırılıb
tükənməzdir bilmirəm heç harda kiməm
mən əvvəlki mən deyiləm……

Onsuz həyat vəfasızdır cəfa cəkib üzülmə heç
səndə onsuz alışmısan Fidan boşdur buyur və keç
həyatında elə tanı elə insan özünə seç
buraxmasın yarı yolda əbədiyən sən onu seç
tükənməzdir bilmirəm heç harda kiməm
mən əvvəlki mən deyiləm……

Fidan Agayev
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ