Beynimdə
bir fikir dolaşır inan
ürəyim
ağrıyır, gözlərim dolur
hər
dəfə şəhidlər gördüyüm zaman
içimdə
intiqam hissi oyanır.
Nə
qədər analar göz yaşı töksün
nə
qədər sürəcək, bu yas bu hüzün
qoy
düşmən üsdünə bir duman çöksün
çıxarıb
ovcuna gözlərin töksün..
Donur
damarlarda axan qan yenə
İllahi
bu fəryad bitsin nə olar
neçə
cavan ömrü sona yetənə
bu
torpaq uğrunda çox şəhid olar.
Haqqı
aramayan . vicdan arasın
şəhid
ruhlarına hörmət ehtiram
hər
düşmən qəlbində ocaq qalansın
bir
qaysaq bağlasın qanayan yaram..
Qəlbimin
sözünü töküb şerə
bu
şəhid ruhlara yazdım ürəkdən
sən
hələ yaşayıb neçə ürəkdə
ruhunla
həmişə ölməyəcəksən......
Nə
qədər oğullar itirdin, Vətən?!
Nə
qədər oğullar itirdin vətən?
sayını
artırır düşmən həmləsi
Başın
sağ olsun qoy sənin ey Vətən
dilimizdə
şüar bu söz kəlməsi...
Analar
qan tökür göz yaşı deyil
axı
bu qanların cavabı yoxmu?
şəhid
məzarına hamı baş əyir
o
dinclik , uzaqda çoxmu?
Mən
dözə bilmirəm bu haqsızlığa
gör
şəhid anası necə dözəcək
Onlar
qovuşacaq bir sonsuzluğa
yenidən
dünyaya övlad gələcək.
Bir
tale yazısı bir vətən dağı
hər
gün inlədəcək necə qəlbləri
içində
çox övlad şəhid harayı
soyudacaq
buz tək isti əlləri...
Fidan
ABBASOVA.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ