Sözə sığmayan həqiqətlər

Bu yazıya counter dəfə baxılıb
Sözə sığmaz bəzi həqiqətlər, əzizim məsələn, "Vətən nədir?" deyə sordum anama bir gün udqunub evimizin köhnə divarında asılan şəhid dayımın saralmış şəklini göstərdi gözləri ilə və yaş gilələndi yanaqları boyunca... "Bəs azadlıq?"- dedim. Göz yaşlarını sildi kəlağayısının ucu ilə; Sevgilim, mən azadlığın nə olduğunu anamın əlləri əsə-əsə saçlarını qulaqlarının ardına bənd etməsindən öyrəndim. Görünməz sancaq, qara, uzun hörüklərinin dən düşmüşünü gizlədən həna... bildim ki, bəzi şeylərin görünməsi ayıbdı bəyaz olsalar belə. Və gəl sənə iki sirr açım bu gecə: Birincisi budur ki, tavanı hündür otaqlarda daha böyük olur sənsizlik. İkincisi...

İlqar Kamil
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ