QONŞU QADININ XAHİŞİ (hekayə)

Bu yazıya counter dəfə baxılıb
Anar həyətdə uşaqlarla oynayırdı. Birdən qonşuları Rəfiqə xalanın onu çağırdığını eşidib ona yaxınlaşdı. Rəfiqə xala dedi: -Anar, oğlum, Azərin marketinə gedə bilərsən? Anar cəld: -Gedərəm, nə lazımdır? Rəfiqə xala əlində tutduğu iki manatı ona uzadıb: - Sevil üçün bir dənə vaflili tort alarsan. Tort bir manat səksən qəpiyədir. Qalanına da özünçün dondurma götür. Bildin? -Bildim. Anar pulu alıb qaçaraq getdi. Az sonra əlində tutduğu dondurmanı yeyə-yeyə gəldi. -Rəfiqə xala, dondurma aldım, torta pul çatmadı. Rəfiqə xala təəccüblə ona baxdı: -Tort neçiyə idi? Anar: -Bir manat səksən qəpik, - deyə dilləndi. -Bəs niyə çatmadı? Anar izah etməyə başladı: -Dondurmanı almışdım, bacım Nailə də mənimlə getmişdi. Əl çəkməyib dondurma istədi. Bir dənə də onunçun aldım. Qaldı bir manat 60 qəpik. Satıcı da dedi, bu pula tort düşmür.. Rəfiqəni gülmək tutdu: -A bala, mən səni tort dalınca göndərmişdim. Amma dondurmaları qabağa salmısan. Anar başını aşağı saldı. Rəfiqə xala sözünə davam etdi: - Dondurmanı bacına verərdin. Tortu alıb gətirər, sözünü mənə deyərdin. Onda sənə də dondurma pulu verərdim. Anar başını qaldırmadan: -Bağışlayın, Rəfiqə xala. Anar səhvini başa düşmüşdü. Rəfiqə xala əyilib onun üzündən öpdü: -Pərt olma, oğul, bilməmisən. İndi 20 qəpik də sənə versəm, gedib tort alarsan? Anar tez başını qaldırdı: -Alaram, Rəfiqə xala, alaram. O, 20 qəpiyi alıb mağazaya sarı qaçdı. Akif ABBASOV, pedaqogika üzrə elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Respublikanın Əməkdar müəllimi E-mail: prof.akif @mail.ru
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ