Ey Adəm oğulları! Məscidlərə
(gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz
ki, (Allah) israf edənləri sevmir.(Əraf,31)
Allah müsəlmanların Allahın zikr
ediləcəyi hər məkanda xoş, təmiz, baxımlı, qadınların makyajlı,
keyfiyyətli, qadın və kişilərin süs, bəzək əşyalarından istifadə etməyini,
gözəl və zövqlü geyimlər geyinmələrini, gözəl ətirlərdən istifadə etmələrini
istəyir və təşviq edir.
Həmçinin təmiz qidalardan,
ruzilərdən istifadə etmələrini, lakin israf etməmələrini bildirir. Ayənin
ardında isə - De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz
ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında (hamıya), Qiyamət
günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə
izah edirik. (Əraf 32)- deyə bildirir. Xurafatçılara baxırıq, onlar nə deyirlər
bu haramdır, hər məzhəbin özünün ayrıca haram qida siyahısı var və birinin
halalı digərinin haramıdır və ya əksinə. Eyni zamanda gözəl ətirli, təmiz,
baxımlı olmağı, zövqlə geyinməyi, zinətlərdən istifadə etməyi haram edirlər.
İslam dini bunu qadağan etmir. Qadağan edənlər Kimdir, Xurafatçılar.
Əslində isə ayədə deyildiyi kimi dünya və axirət həyatında bu gözəlliklər
yalnız möminlərə məxsusdur. Diqqət etsək, Allah elə xurafatçıların öz əlləri
ilə onları bütün bu gözəlliklərdən məhrum etmişdir, maşaAllah. Əlamətlərini
haradan bilirik, hələ dünyada ikən bu nemətlərdən məhrumiyyətlərindən. Belə ki,
Xurafatçılar pis qoxulu, səliqəsiz, pəjmürdə, qara geyimlərə üstünlük verən,
sac-saqqala qarışmış, qeyri -estetik bir görünüşə sahib olurlar. Bu
xoşagəlməyən, insana cəhənnəmi xatırladan görünüş onların dünyadaykən
cəhənnəmlərini yaşamağa başladıqlarını göstərir. Bütün bunlar isə onların
Allaha qarşı qeyri-səmimi olmalarından, Allahın və Elçisinin gətirdiyi
qanunları bəyənməyərək, özlərindən yeni uydurma din yaratmağa çalışmalarından
dolayıdır.
Ülviyyə Əlizadə
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ