Daha işə yaramırsan,
Hər adamın köməyinə qaçmırsan.
Daha səni ora-bura,
Sağa-sola
Qaçırtmaq mümkün deyil.
Artıq sənin hislərinlə oynamaq asan deyil...
Nə tez dəyişdin, şair?
Niyə qorxudursan öz dostlarını?
Hər adamın köməyinə qaçmırsan.
Daha səni ora-bura,
Sağa-sola
Qaçırtmaq mümkün deyil.
Artıq sənin hislərinlə oynamaq asan deyil...
Nə tez dəyişdin, şair?
Niyə qorxudursan öz dostlarını?
Hədə-qorxu,
Ürək-dirək...
Hamısı da eyni tonda səslənir sənin üçün.
Özgələrin həyatı nə vecinə,
Dərdlərindən sənə nə...
Nə pis dəyişdin, şair?
Niyə üzürsən sənin
ətəyindən yapışan insanları?
Ürək-dirək...
Hamısı da eyni tonda səslənir sənin üçün.
Özgələrin həyatı nə vecinə,
Dərdlərindən sənə nə...
Nə pis dəyişdin, şair?
Niyə üzürsən sənin
ətəyindən yapışan insanları?
Bir az ağla ölkənə,
Matəm saxla xalqına...
Xalq isə növbəti bayram konsertini
Həvəslə gözləyir...
“Faydası yox” - deyirsən...
Qızlar da bir-bir gəlib,
Dövrə vurub gedirlər.
Daha səni nakam buraxan yoxdur,
Hamısını nakam yola salırsan...
Çox özgələşdin, şair!
Niyə yola verirsən,
Yol göstərməli qəmli ceyranları?
Matəm saxla xalqına...
Xalq isə növbəti bayram konsertini
Həvəslə gözləyir...
“Faydası yox” - deyirsən...
Qızlar da bir-bir gəlib,
Dövrə vurub gedirlər.
Daha səni nakam buraxan yoxdur,
Hamısını nakam yola salırsan...
Çox özgələşdin, şair!
Niyə yola verirsən,
Yol göstərməli qəmli ceyranları?
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ