Belə Davam edə Bilməz !...

Bu yazıya counter dəfə baxılıb
             
                   

Günbəgün gözümdən düşmə səbəblərin artır səni , hər gün bir az daha azalır sevgim ... Bilmirəm olanlar mənim bu qənaətə gəlməyimə əsas verirmi , etdiklərini axmaqlıq qəbul edib , qanmırsanmış kimi anlayıram . Sənə qarşı niyələrim çoxalar getdikcə , tələb kimi görsənə bilər qıraqdan borclusanmış kimi... Heç inanmıram da ki dediklərimə görə özün  də hamı kimi reaksiyya verəsən . bilirsən gözləntilərim başqadı tamam başqa tanıdırmısan özünü... incimə səbəbim də bu ola bilər axı, uman yerdən küsülər... Axı sən də bilirsən necə olduğumu, haqqında böyük düşünüb , arxalandığımı...
       Elədiklərinin fərqində olmazsan çox vaxt gözün bağlı olar , hərəkətlərinlə küsdürərsən sənə güvənəni  istəmədən çox vaxt ya da yox düşünmədən.... Düşünmədən dedim hə, bunu əsas götürər əldə bayraq edərlər sanki düşünməmək kimisə istəməməkdən daha xoş bir şeydi .Məni başa düş deyə bilərsən , anla, başqaları daha pisdi mən ki onu eləmirəm bəhanələri düzülər ard-ardıyca... mənsə nə anlayar nə də çəkdiyin misalları eşitmək niyyətində olaram ...
          Birini qəbul etmə dərəcəsindən aslıdı hər şey , yerini necə müəyyənləşdirmədən. “Qaldırıb Dağ Başına” qoyduqların vaxt gələr ən çox ziyanvericin olar sənin , gözləmədiyin adamdan doğma bildiyindən alarsan “ cavabı”... Elə cavab ki çönüb “ nə baş verdi”yini bilməyə cürət eləməzsən , hər şey elə ani və birdən olar ki təəccüblənməyə gecikər hətta çözməyə çalışssan boşa vaxt itkisi yaşayarsan...
         İstəmirəm... hər şeyim hesab elədiyim insanları başqa cür görüb , dəyişdikıərinin şahidi olmaq , azmış kimi qəbullənib , başa düşmək .... Haqq qazandırmaq , bunun belə olacağını rahatlıqla deyib  heç nə olmamış kimi həyata davam eləmək , İstəmirəm ....
            Deyirlər, əzizlərininin hər vəziyyətini anlayıb dözürsən adətən istər istəməz Çünki alınmaz başqa formada nə silib ata bilməzssən  nə də başqasıyla əvəzləmək .. Onları seçmək öz ixtiyarında olmadığı kimi..  Tək bir çarə qalır Onunla üzbəüz dayanmaq , qarşı keçirdiyin bütün hisslərini şəxsinə bilidirəsən , bildirəsən ki nə qədər gec deyil , nə qədər gec deyil “ özünü yığışdırsın” nə qədər ki anlaşılmaz qırğınlıq hələ də nifrətə çevrilməyib ...

                 Anlatmaq lazımdı sadəcə   belə davam etsən özünə cavabdeh ola bilməyəcəyini , vəziyyətin ikiniz üçün də xoş olmayan tərəfə çevriləcəyini  və bunun bir başa onunla əlaqəsi olmağını ... Qıraqdan  çarəsizcəsinə baxmadansa yaxından müdaxilə eləməli vaxtında gec olmadan iş –şdən keçmədən . Sonradan -mən bilmirdim onun sənə bu qədər təsir elədiyini- eşitməməkdən ötrü indidən hərəkətə keçmək lazımdı  əgər ki doğurdan da itirmək istəyi yoxdusa içində ....

Aynur Ələsgərova
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ