Yeni şer gəlmir ağlıma!

Bu yazıya counter dəfə baxılıb





Yeni şer gəlmir ağlıma,
Girim yeniliklərin içinə.
Yeniliklər deyə- deyə,
Dəyərlərimiz alınıb, satılıb.
Şərəfli qızlar,boşanmış qadınlar,
tənha qalıb.
Bir sığala həsrət ümidləri...
Bəs edir qonşuların, qohumların
Tənələri...
Namussuz osaydılar tapardılar
Qeyrətli əri.
Əfsuz, əfsuz....
Namusa qeyrətə qul oldular,
Fəqir dilənçi kimi,
Sevginin qapısından qovuldular!!!
Yeni şer gəlmir ağlıma,
Sizcə yeni nə var?
Öpüşmələr, qucaqlaşmalar?
Küçənin ortasında...
Şəhvət, sevgi simasında.
Budur yetişən gənclik.
Müqəddəs sevgi iyrənclik....
Namusunu qoruyanda,
Quru qalır adın...
Hissiz duyğusuz qadın.
Sübhə ilə yanaşır varlığına,
Qadınlığına....
Namuslu qadın.
Budurmu yeniliklər inkişaf,
Keçmişimiz inkişafsizlıq!
Duyğusuzluq...
Sevgisizlik...
Mənasız evlilik....
Çox ad qoymaq olar keçmişə.
Ölüb aradan getmişə.
Ruhun şad olsun!
Heç olmasa dillərdə qalmısan.
Sən də namuslu olduğunçün,
Qadınlar kimi.
Qapıdan qovulmusan.
Ölməyinin səbəbi, 
Namuslu olmağın...
Keçmiş adı ilə doğulmağın!!!

04.06.2014.

Gülnarə israfilqızı.






























 





Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ