Postmodernist şeir

Bu yazıya counter dəfə baxılıb

Metonimya: şəhər gülür
Metafora: şəhər boyda ümidlərimi
-          Kiçiltdin özün boyda- Litota
İki tərəfi, milyonlarca ucu var bu şəhərin
Bir tərəfi həyat, o biri ölüm
Bir ucunda : cırıldayır müdir otağında divanlar
 Otağın pəncərəsi önündə
    Miyıldayan
Bir- birini qovan
Pişiklər
Bir başqa ucunda şəhərin: böyük bir kafe
                                        Içində- düşüncəsi dar
                                                        Ümidi, arzusu dar
Şalvarı, koftası dar
17 yaşlı qadınlar
Elə o kafedə
 Yekə qarın kişilər
“ çalmaq”
“ifa etmək”
 Bethovena nifrət var.
Yenə bir ucu şəhərin:- əl ələ tutub gəzən sevgililər
əl açan dilənçi
cərimə yazan polis
Elə o küçədə
O tində
Bahalı bir otel
Oteldə
Hər cür təklif
Hər cür xidmət
 Çıxasan Aydan baxasan yerə
Sonra atasan özünü
Bütün şəhərlər
Bütün kəndlər eynidir
 Deyə- deyə


Tural SAHAB
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ