Bununla bağlı gənc yazarın özü bəyanat yayıb. Bəyanatda deyilir:

Mənim enerjim, planlarım, mövqeyim və hədəflərim var. Buna görə də bundan sonra fəaliyyətimi müstəqil yazarların toplaşdığı Azad Yazarlar Ocağında davam etdirməyə qərar verdim.
Bu qurumdan əsas gözləntilərim şəxsi fikirlərimin hörmətlə qarşılanması, ictimai mövqeyimin təşkilat üzvləri tərəfindən dəstəklənməsi və təşkilati məsələlərdə bərabərhüquqluluq prinsipinə əməl olunmasıdır.
AYO-nun güclənməsi və böyük bir təşkilata çevrilməsi üçün, ən əsas da plyuralizmin inkişafı üçün əlimdən gələni edəcəyəm. Digər azad ruhlu qələm dostlarımı da bu istiqamətdə səylərimizi birləşdirməyə dəvət edirəm".
Xatırladaq ki, Rüfət Əhmədzadə (Rüfət Səid) "Sən busan" adlı hekayələr və mənsur şeirlər toplusunun, "Adım anonim qalsın" adlı esse və hekayələr kitabının müəllifidir. 2014-cü ildə Kulis.az saytının keçirdiyi "Ən qısa hekayə" müsabiqəsində Rüfət Əhmədzadə üçüncü yerə layiq görülüb, Azadlıq Radiosunun keçirdiyi "Ədəbi Azadlıq-2014" müsabiqəsində isə şeir nominasiyası üzrə birinci yerə çıxıb. Hal-hazırda 28 yaşlı gənc yazar şeir və nəsr yazmaqla yanaşı, tərcüməçi və redaktor kimi də çalışır. Kult.az mədəniyyət və ədəbiyyat portalının redaktorudur.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ