
Bu
məqələni oxuyarkən və ya yerinizdə yatan zaman birdən-birə evinizin
dağıdıldığını, yandırıldığını və həmin anda ətrafdakı bütün evlərin də eyni
vəziyyətdə olduğunu düşünün. Uşaqlarınızı, valideynlərinizi götürərək
həyatınızı xilas etmək üçün bayıra çıxdığınızı, orda da sizi əli silahlı
insanların gözlədiyini xəyal edin. Sığınacaq bir yer olmadığını və sadəcə
qaçmağın lazım olduğunu.. Arakandakı qardaşlarımız hər an bu dəhşəti
yaşayırlar…
Küçədə
gedərkən yaxılaşan təyyarə səsinə və ardından gələn dəhşətli partlayışlarla
havadan bomba yağdığını və həyatınızı xilas etmək üçün hara sığınacağını
bilmədən qaçdığınızı xəyal edin. Son günlərdə artıq xəbərlərin ilk sıralarında
yer almasa da Suriyada 2 ildir davam edən vətəndaş müharibəsinə görə məzlum
uşaqların, qadın və kişilərin hər an hiss etdikləri, hər an yaşadığı budur..
Əsədin təyyarələri məzlum əhalinin evlərini, xəstəxanalarını, çörək sexlərini,
hətta məktəblərini bombardman edir.
Acından
mədənizin ağrımasına baxmayaraq, öz aclığınızı bir kənara qoyub, yanaqları
çökmüş, iri qara gözlərində sevinc yerinə acı olan uşağınıza yedirtməyə heç nə
tapa bilməməyin çarəsizliyi içində ot yığıb, onu suda qaynadaraq “yemək”
hazırladığınızı və bu otlu su ilə uşağınızı yaşatmağa çalışdığınızı düşünün. Acından
ölənlərin sayının 144-ə çıxdığı Yermükdə müsəlman qardaşlarımız uşaqlarını
yedizdirə bilməməyin çarəsizliyi içində bunları yaşayır.
İsti
evinizdə oturarkən birdən-birə qapının vurulub açıldını, bacınız, qardaşınız,
atanız, həyat yoldaşınız, oğlunuz və ya qızınızın yerdə süründürülərək zorla
evdən çıxarıldığını, kişilərin gözünün qabağında edam edildiyini, qızlarınızın,
həyat yoldaşınızın, bacınızın və ya ananızın isə təcavüzə məruz qaldığını
düşünün. Şərqi Türküstanda yaşayan uyğur qardaşlarımız 1965-ci ildən etibarən
bu cür böyük zülm altında yaşayır və bu zülm altında şəhid olanların sayı 35
milyondur… Bu say Kanadada yaşayan əhalinin sayına bərabərdir. Yəni biz isti
evimizdə oturan zaman, bir ölkənin əhalisinin sayı qədər müsəlman qardaşımız
şəhid olub…
Bura
qədər izah edilən bir neçə misal belə insanın qəlbinin ürpərməsi, vicdanında
böyük acı hiss etməsi üçün kifayətdir. Siz bu yazını oxuyan zaman dünyanın
fərqli yerlərindəki müsəlman qardaşlarımız bir gün bombalardan birinin öz
evinin damına düşəcəyinin narahatlığı, hər gün silah və bomba səsləri ilə
yaşamağa davam edir. Bəziləri hər an qapılarının döyüləcəyinin narahatlığı
içindədir. Qapılarını döyənlər hər an evin sakinlərindən birini götürüb apara
bilər. Həmin ailənin bir daha onu görməsi, ondan xəbər alması belə mümkün
olmaz. İşgəncəyə məruz qalan, təcavüz edilən, güllələnərək şəhid edilən,
ibadətlərini yerinə yetirməyə əsla icazə verilməyən qadınlar, kişilər, qocalar,
uşaqlar, qundaqdakı körpələr niyə öldüklərini belə bilmədən can verirlər. Uşaqlar
niyə hər kəs kimi məktəbə gedə bilmədiyini, niyə evlərinin yandırıldığını
anlaya bilmir… Qısacası, bu ölkələrdə həyat bizim bildiyimiz kimi, normal
şəkildə davam etmir.
Savaşın
düz ortasındaki məzlum insanların yaşadıqları bu çətinlikləri, nə düşündüklərini,
necə möhtac bir vəziyyətdə olduqlarını anlamaq hamımız üçün çox vacibdir.
Çünkü bir çox insan evində təhlükəsiz olub-olmadığını bir an belə
düşünmədən rahat şəkildə yaşayır. Bir çox insan istədiyi zaman marketə gedib
istədiyini rahat şəkildə alıb yeyə bilir, istədiyi zaman tətil planları qura
bilir. Dünyanın bir başqa ölkəsində adını bilmədiyi, tanımadığı analar,
uşaqlar, babalar və nənələrin başına gələnləri lazımi şəkildə önəmsəmədən,
onların həyatı üçün narahat olmadan, bütün bunlardan özü heç məsuliyyət
daşımadığını düşünərək həyatını davam etdirə bilir.
Ancaq
əgər hərkəs belə edərsə, istəmədən və bilməyərək dünyanın bir çox yerində
yaşanan bu insanlığa sığmayan hərəkətlərə ortaq olmuş olar. Müharibənin
dəhşətli görüntüləri yaxşı bir insanı narahat edə bilər, bunu dilə gətirə
bilər. Bu insan yeri gəldiyində müharibənin zərərlərindən də bəhs edə bilər.
Amma vicdanlı və imanlı bir insan bu problemi qəlbən hiss edər, özünü onların
yerinə qoyar. “Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi
zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər,
yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda
vuruşmursunuz? (Nisa surəsi 75) ayəsini düşünər və zülmə məruz qalan
insanların məsuliyyətini öz üzərində hiss edər. Dünyada hakim olan zalımlığı
tamamilə aradan qaldırmaq üçün var gücü ilə cəhd edər.
Unutmayaq
ki, Suriyada donaraq can verən hər körpədən, Türküstanda evindən çıxarılaraq
təcavüzə məruz qalan hər gənc qızdan, Misirdə snayperlərin gülləsinə tuş gələn
hər candan, Patanidə işgəncə görən hər qardaşımızdan, mağazaya gedərkən düşən
bomba ilə həyatını itirən hər gənc qızdan, əlində oyuncağı ilə yatarkən
dağıntıların altında qalan hər körpədən, yemək almaq istədiyi bazarda əlini,
ayağını itirən hər anadan Əfqanıstanda, Çadda, Kırımda, Kərkükdə zülm görən və
məzlumdan bütün müsəlmanlar məsuliyyət daşıyır.
Bu
zulmə “dur” deməyin yolu isə çok asandır. Allah’ın təqdim etdiyi həll yolunu
tətbiq etmək… Allah dünyanın hüzura qovuşması üçün inananların qardaş
olmalarını, bir-birlərinə kömək etmələrini və birlik olmalarını əmr etmişdir.
Müslümanlar da qardaş olduqlarını xatırlayıb məzhəb ayrı-seçkiliklərini,
anlaşmazlıqları bir kənara qoyub ortaq amalda birlik olub Türk İslam Birliyini
təcili olaraq qurmalıdırlar. Allah’ın Quranda göstərdiyi, Peyğəmbərimizin (sav)
hədislərində təfərrüatı ilə izah etdiyi tək həll yolu budur. Birlik olmaq
Qurana görə fərz, dağılıb ayrılmaq isə haramdır. Müsəlmanların Allah’ın
“Allah’ın ipindən möhkəm sarılın və dağılıp ayrılmayın…” (Ali-İmran surəsi,
103) hökmünün tələbi olaraq bir an öncə birləşib İslam Birliyini qurmaları,
çəkilən acıların bitməsi, dünyanın hüzura və rifaha qovuşması üçün vacibdir.
Müslümanların birlik olması, qan bağlılığı olan qardaşlar kimi, hətta daha da güclü
şəkildə bir-birinə bağlanması fərzdir.
Vəfa Kərimzadə
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ