
Daima qan tökülməsinin, bəzi ölkələrdə daima
gündəmə gələn cinayət xəbərlərinin səbəbi dinsizlikdir. Bu xəbərlərdə hər gün
gözünü qırpmadan, çox adi səbəblərlə bir-birlərini öldürən insanların xəbərləri
verilir. Halbuki, axirətdə hesab
verəcəyini bilən insan başqa birinin üzünə silah tutub öldürə bilməz. Allah`dan
qorxar və pis haqq-hesabdan çəkinər. Allah Quranda insanları fitnə-fəsad
törətməkdən belə çəkindirir:
Yer üzü islah olunduqdan sonra, orada fəsad
törətməyin. Allah`a qorxu və ümidlə yalvarın. Həqiqətən, Allah`ın mərhəməti
yaxşılıq edənlərə yaxındır. (Əraf surəsi, 56)
İntiharların bu qədər yayılmasının kökündə də
dinsizlik durur. İntihar edən, əslində, cinayət törədir. Ancaq Qurana bağlı bir
insan bunu əsla etməz, belə bir fikri ağlından belə keçirməz. İnanan insan
ancaq Allah rizası üçün yaşayar və Allah`ın ona dünyada verdiyi hər cür çətinlik
və sıxıntıya səbr edər. Bu səbrin qarşılığını həm dünyada, həm də axirətdə
qat-qat alacağını unutmaz.
Dinsiz cəmiyyətdə insanlar bir-birlərinə insan kimi
dəyər vermirlər, çünki bir-birlərini meymundan təkamüllə əmələ gəlmiş varlıqlar
kimi görürlər. Bir insan meymundan təkamüllə törədiyini düşündüyü insana xidmət
etmək, ona qulluq etmək istəməz. Bu düşüncəyə malik insanlar bir-birlərinə
dəyər verməzlər. Bir-birlərinin sağlamlığını, rahatlığını düşünməzlər.
İnsanlara zərər toxunmasından narahat olmaz, buna mane olmağa çalışmazlar.
Quran əxlaqı yaşandıqda dövlətə və millətə böyük
zərər verən anarxiya bəlası tamamilə sona çatar. Mənəvi dəyərlərə malik şəxslər
dövlətə və millətə sahib çıxarlar və bu dəyərlər üçün hər cür fədakarlıq
etməkdən çəkinməzlər. Bu əxlaqa malik insanlar daima ölkənin rifahı və
təhlükəsizliyi üçün çalışarlar. Belə cəmiyyətdə hər kəs dövlətin və millətin
rifahı üçün çalışar, dövlətə qarşı çıxmaz, əksinə, maddi və mənəvi cəhətdən
dəstək olar. Allah`dan qorxan insanlardan ibarət cəmiyyətdə cinayət işləri,
demək olar ki, baş verməz. İndiki cəmiyyətdə baş verən cinayət hadisələrinin
mində biri belə baş verməz. Dövlətin idarə olunması çox asanlaşar. Dövlət
anarxiya, terror, fitnə-fəsad, cinayət kimi hadisələrlə məşğul olmayacağı üçün
bütün gücünü ölkənin daxili və xarici siyasətinə, rifahının yüksəlməsinə,
güclənməsinə, dirçəlməsinə sərf edər. Nəticədə də çox güclü dövlət formalaşar.
Cəmiyyətdə gənclər arasında geniş yayılmış laqeyd
xarakterə Quran əxlaqı ilə yaşayan gənclərdə rast gəlinməz. Gəncliyin
dinamikliyi, şövqü daima xeyirli işlərə istiqamətləndirilər. Belə bir mühitdə
şagird və tələbələr sadəcə sinifdə qalmamaq və ya cəzadan xilas olmaq üçün
deyil, şövqlə, istəyərək, dövlətə və millətə fayda vermək üçün təhsillərinə çox
əhəmiyyət verərlər. Məktəblərdə intizamsızlıq aradan qalxar. Çox rahat, faydalı
təhsil mühiti formalaşar. Müəllim və şagirdlər arasında itaətə, hörmətə və
tolerantlığa əsaslanan müştərək iş meydana gələr. Bundan əlavə, şagird və
tələbələr dövlətə, polisə qarşı da çox hörmətcil və itaətkar olar, dövrümüzdə
tez-tez rast gəlinən tələbə etirazları baş verməz. Çünki bu etirazları tələb
edən mühit olmaz.
Nərmin Kərimzadə
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ