Azərbaycanın “sol”u

Bu yazıya counter dəfə baxılıb

Sol kommunist, sosialist, marksist, ateist, materialist, darvinist dünyagörüşünü müdafiə edən və bu anlayışlar üçün mübarizə aparan qruplara deyilir.  Bu qeyd etdiklərim ümumi çərçivədədir. Əslində, solçuluğun praktikada daha geniş  dairəsi var. Bir az diqqətli araşdırsaq, solçuluğun izlərinin psixologiyaya, rəssamlığa, elmə, musiqiyə, ədəbiyyata, siyasətə və s. sahələrə necə sirayət etdiyini görə bilərik. Əksər ölkələrdə xalqlar təbii olaraq inanclı, dindar, vətənə və dövlətə bağlı, ailə və s. mənəvi dəyərlərə sahib olurlar. Bunun üçün də solçuluq xalq arasında yayılmaq üçün kamuflyaj olmaq məcburiyyətində qalıb. Müxtəlif sahələrdə məhdud çərçivədə,  insanların qəbul edə biləcəyi qədər aşkar olub,  elm, ədəbiyyat, incəsənət adı altında ateizmi, materializmi, darvinizmi, kommunizmi təbliğ edirlər. Lakin təbii ki, Sol dünyagörüşünə sahib olub sakit həyatlarını yaşayan və təxribat çıxarmayan və heç bir qrupa qarşı fəaliyyət aparmayan insanlar da var ki, mən şəxsən bütün insanlara sevgi duyduğum kimi, bu sol görüşlü insanlara da sevgi və hörmət bəsləyirəm. Bu məqalədə təxribat çıxarmaqla məşğul olan sol düşüncəli qruplardan bəhs edəcəyəm. Təbii ki, cəmiyyətdə sol dünyagörüşünə malik mədəni, incəsənətə dəyər verən, düşmənçilik hissləri bəsləməyən insanlar da var ki, bu insanlar bu məqalədə nəzərdə tutduğum qrupun içinə daxil deyillər.  Lakin bəzi sol dünyagörüşünə sahib qruplar da var ki, sağ düşüncəli insanlara qarşı daimi mübarizə aparırlar. Bu məqalədə həmin solçu qrupları nəzərdə tutub fikirlərimi yazacağam.
Hər ölkədə bu cür sol qruplar var və  bütün qurumlarda, əsasən də mediada gizli şəkildə yerləşiblər. Sol qruplar ideoloji olaraq hər zaman darvinist, ateist və kommunist olurlar. Bütün ölkələrdə hakimiyyətə qarşı çıxır, dinin qəti əleyhinə olur və materialist bir dünya qurmağa cəhd edirlər. Lakin cəmiyyət onları çox zaman köşə yazıçısı, şair, qəzet redaktoru, sayt redaktoru, jurnalist və ya işində-gücündə məmur kimi, yaxud da intellektual çevrələrlə oturub-duran biri  kimi tanıyır. Lakin  bütün solçular bir-birini yaxşı tanıyır və bir-birinə hər zaman dəstək verirlər. Olduqları ölkədə ölkə xeyrinə nə isə edilirsə, xüsusən də bunu sağ edirsə, həmçinin  imanlı, elmli, sağlam gənclik yetişirsə, bu cür irəliləyişlər solçular üçün həyəcan təbilidir. Dərhal əllərindəki bütün imkanlarla bu qüvvələrə qarşı mübarizəyə başlayırlar. Lakin açıq və dürüst şəkildə yox. Yəni bir solçunun sağa qarşı çıxmasının əsl səbəbi sağ düşüncədəki birinin  imanı və dünyagörüşüdür, lakin mübarizə apararkən sol, elmi dəlillərlə və sivil yollarla deyil,  saxtakarlıq, şər, böhtan, qaralama, iftira və hətta gücləri çatdığı yerlərdə şiddətə baş vuraraq mübarizə aparırlar.

Dünyanın hər yerində gözəl din əxlaqını doğru şəkildə yaşayan insanlarla yanaşı, dinlə əlaqəsi olmayan, lakin din adına çıxarılan radikallığı və xurafatı mənimsəyən insanlar da olur. Müəyyən dövrlərdə solçularla həmin dinlə əlaqəsi olmayan və xalqın dindar kimi tanıdığı xurafatçı və radikal qruplar ittifaq edirlər. Əslində, bu “dindar”ların  sağçı olub solçularla heç bir əlaqəsi olmamalıdır. Lakin təbii olaraq, həqiqi dini yaşayan savadlı, elmli, imanlı  insanlar ortaya çıxdıqda dərhal xurafatçı “dindar”lar və solçular ittifaq edir və haqq yolda olan insanlara qarşı hər cür qeyri-əxlaqi mübarizəyə başlayırlar. Normalda bu solçu qruplar, əslində,  sağ düşüncəyə yaxın olduğu üçün xurafatçı və radikal “dindar”lara  qarşı  olmalı idilər. Lakin bu “dindar”ların gerçək dinlə əlaqəsinin olmadığını və onların inancı ilə İslamın yayılmayacağını bildiklərindən solçular onlara qarşı mübarizə aparmır,  sadəcə lağ etməklə kifayətlənirlər. Xurafatçılar  və onların uydurma nağılları solçular üçün hər zaman əyləncə mövzusu olur. Lakin dinə xurafat qatmayan, Allah`ın varlığını elmi dəlillərlə açıqlayan, təkamül nəzəriyyəsinin yanlış olduğunu sübut edən və dini əsli ilə yaşayan həqiqi müsəlmanlar ortaya çıxdıqda, solçular onlara qarşı elmi mübarizə apara bilməyəcəyini bildiklərinə görə, bir yandan həqiqi müsəlmanlara iftira və böhtan atır, digər tərəfdən də hər zaman lağ etdikləri “dindar”ları nümayiş etdirib onları tərifləməyə başlayırlar. Halbuki, solçular dinə qəti qarşıdırlar. Dindar görünüşlü bir xurafatçını tərifləməyin əsl səbəbi, o insanları yenə də bir vasitə ilə doğru yoldan azdırmaqdır. Həmin solçular o qədər səmimiyyətsizdirlər ki, illərlə dinə qarşı məqalələr yazsalar da, həqiqi müsəlmanları gördükləri zaman “din əldən getdi” adı altında yazılar yazmağa və həqiqi möminləri  dinə qarşı kimi göstərməyə başlayırlar. Özlərinin qətiyyən riayət etmədiyi, hətta lağa qoyduğu və xurafatçıların din adına cəmiyyətə tanıtdığı uydurma dini hökmlərin əldən getdiyini bütün aləmə car çəkirlər. Bunlar sadəcə solçuların mübarizə zamanı istifadə etdiyi metodlardan bəziləridir.
Tarix boyu  bütün dünyada sağ və sol arasında mübarizə gedib. Tarix boyu solun mübarizə üsullarını açıqlamaq mümkündür. Bu gün  artıq solçuların və onların mübarizə üsulları bizə bəllidir. Bütün dünyada solçular eyni inancda olur və eyni məqsəd üçün mübarizə aparırlar. İnancları  ateizmdir. Ateizmə ciddi və radikal bir bağlılıqları var. Darvinist olurlar, çox vaxt irqi üstünlüyə dayanan bir milliyyətçilik anlayışına sahib olurlar ki, bu da təkamül fərziyyəsinə olan kor-koranə bağlılıqlarından irəli gəlir. Və sadəcə İslama deyil, bütün dinlərə qarşı olurlar. Eyni zamanda, hər ölkədə din əleyhinə nə qədər batil inanc sistemləri varsa, müxtəlif yollarla onları maliyyələşdirir və modernlik adı altında gəncləri bu qruplara toplamağa çalışırlar. Əsas nüans, solçular hər zaman hakimiyyəti ələ keçirmək niyyətində olurlar. Bunun üçün fərqli adlar altında bir dövlətdə güc toplamağa və zamanla mümkün qədər söz sahibi olmağa çalışırlar.
Nəhayət Azərbaycandakı solçular.
Azərbaycan 70 il solun arzu etdiyi bir dövrdə yaşadı. Lakin  artıq Azərbaycan müstəqil dövlətdir və hakimiyyətdə sağ dünya görüşünə sahib, inanclı, modern, savadlı bir lider durur. Azərbaycanda hər inancdan olan insanların inanclarını yaşaya biləcəyi şərait vardır. Ən idealı olan da budur. Bu şərait həqiqi din əxlaqının yayılması üçün ən ideal şəraitdir. Çünki insanlar həqiqətlərə inanır və həqiqəti kim deyirsə, insanlar ona inanacaq. Azadlıq şəraitində müdafiə edilən fikir elmə, ağıla və məntiqə zidd deyilsə, onun cəmiyyətdə yayılması çox asan və rahat olacaqdır. İndi Azərbaycandakı bu rahat şərait heç bir xurafatın, radikallığın olmadığı gerçək din əxlaqının insanlar arasında yayılmasını təmin edir ki, nəticədə, ortaya daha savadlı, elmli, vətənpərvər, imanlı, vətəninə və dövlətinə son dərəcə bağlı, modern və səmərəli bir gənclik ortaya çıxır, həmçinin Azərbaycanın və dünyanın gələcəyi üçün sağlam bir nəsil yetişir. Hansı ki, bu nəsil vasitəsilə Azərbaycan gələcəkdə daha böyük, daha güclü dövlət olacaq və dünya bu gəncliklə sülh və əmin-amanlığa qovuşacaq və Qızıl dövrün əsası qoyulacaq. Lakin Türkiyə və Rusiyaya bağlı solun Azərbaycandakı tərəfdaşları bu yüksək dəyərlərin marağında deyil. Həmin sol düşüncə tərəfdaşları indi Türkiyəni parçalayıb kommunist Kürdüstan qurmaq və əllərində olsa Azərbaycanı Rusiyaya qatmaq istəyirlər. Bu solun Azərbaycandakı tərəfdaşlarının adını çəkməyəcəyəm, lakin Azərbaycanda ciddi gücə malikdirlər və xüsusilə çoxlu sayda KİV-də istədikləri informasiyanı istədikləri formada yaya bilir və ictimai rəy formalaşdıra bilirlər. Eyni zamanda, bir çox sol dünya görüşlü köşə yazıçıları da bu qüvvələrin sifarişi və yaxud yönləndirməsi ilə yazılar yazırlar. Bu qüvvələr, eyni zamanda, Azərbaycanda imanlı, elmli, savadlı, əxlaqlı və modern gəncliyin yetişməsinin qəti əleyhinədir və bunun olmaması üçün əllərindən gələn hər şeyi edirlər. Eyni zamanda, bu qüvvələr Azərbaycan və Türkiyə dostluğundan böyük narahatçılıq keçirir və qardaş ölkə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətindəki hər addımı böyük təəssüflə qarşılayırlar. İki qardaş ölkə arasındakı mənəvi bağları gücləndirən bütün faktorlara qarşı iftira və qaralama kampaniyaları aparırlar.
Lakin radikal sol da, xurafatçılar da heç bir fəaliyyəti ilə Azərbaycan və Türkiyənin timsalında Türk-İslam aləminin yaxınlaşmasına mane ola bilməyəcəklər. Birləşdirici ortaq dəyər kimi İslam əxlaqı Türk-İslam toplumlarını birləşdirəcək və müstəqil dövlətlər şəklində, lakin mənəvi bir birlik içində daha güclü və möhtəşəm bir gələcək qurulacaq. Çünki bu Allah`ın nurudur və Allah`ın nurunun yayılmasına heç kim mane ola bilməz. 
“Onlar Allah`ın nurunu  öz ağızları  ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, öz nurunu  tamamlayacaqdır. (Saff surəsi, 8)


Savalan Məmmədli
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ