Gecə
telefonda,
başımı
başına söykəyib,
dərdlərindən
aldığın payımı
başımın
altına qoyub,
səsindəki
təbəssümə bürünüb,
ümidimi
qucaqlayıb yatdım.
Qoparib
ruhumu bədənimdən
sənə
sari gəldim.
Sevginlə məst idim bir az dumanlı...
Əllərim
uzalı qalmışdı saçlarına gecə gözlüm...
Ümidlərim
qucagı boş qayıtmişdı qoynuma.
Bu
gecə də telefondan
nefes
kimi asıldım.
Günəş yavaş yavaş əritdi gecəni.
Geriyə
bir nağıl qaldı gecədən...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ