Gülnarə İsrafilqızı - Həsrətini çək gözümdən.

Bu yazıya counter dəfə baxılıb


Yandırır alov  
Yanağımdan süzüldükcə
Göz yaşları.
Sənin əsərin.
Yağmur kimi isladır
Ürəyimi.
Sən ağlama.
Gözlərinin odu yaxar səni.
Yaxılmağa
Yıxılmağa tənhalığa
Öyrənmişəm.
Sənsizliyin içindəcə
Göyərmişəm.
Sən olanda sənsiliyə qaçıram.
Alovunda.
Bişirəm, acıyıram
Baxışıma həsrətin qonur
Uçururam
Uçub getmir,
Cırmaqlayır gözlərimi.
Didir ürəyimi,
Panbıq kimi.
Sənsizlikdən sənə qaçsam
Əllərini uzat
Tut əlimi buraxma.
Həsrətini çək gözümdən,
Rəhm et yaxma.
Yaxılmağa yıxılmağa
Öyrənsəm də,
Yox taqətim.
Gücüm sən olmusan.
Anla artıq...
Mənim hissəm olmaq üçün
Doğulmusan.














Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ