Dağların,
çayların, şəlalələrin bir axını var insan ömründə. Gəlimli gedimli dünyanın
sakinləri biri-birindən maraqlıdır. Insanların görünməyən tərəfləri isə əslində
yaşanan tərəfləridir. Carçı.az sayıtının rəhbərliyinin təşəbbüsü ilə İradə
xanımla görüşməli oldum. İlk baxışdan həm mülayim, həm də sərt görünən bu
xanım, çox maraqlı xanım olduğu diqqətimi çəkdi. Üç saat yarım söhbətimizdə.
Yeni bir insan kəşf etmiş oldum. Onun daxili dünyası, billur şəlalələri,
quşların nəğmələrini, buludları, yağan yağışları, günəşin isti hərarətini,
qışın sərtliyini, baharın yenicə açmış çiçəklərini, üzündə və dodaqlarının
təbəssümündə əks etdirirdi...
Körpə yaşlarından kiçik bir parça:
Xavər ananın
xəstəlyinə görə, iki yaşlı İradə xanım, 5 yaşına qədər Sumqayıtda
Ramiz dayısının himayəsində qalıb. Dünyaya yenicə göz açan bu körpə, ana
qayğısının nə olduğunu anlamadan dayısının yoldaşı Elmira xanımı
özünə ana hesab edib. Sonra beş yaşdan on yeddi yaşa qədər qayıdıb doğulduğu
Sabirabada anasının yanına. Anasından uzaq qaldığı müddət həsrətli günlər
yaşadığını dilə gətirdikdə sadəcə bir mənzərə açılır İradə xanımın
baxışlarında. O baxışlardan, bu mənzərəni seyr etdikdə isə bir keçmə- keçli yol
çıxır insanın qarşısına...
Anasının həyatı:
Xavər ananın
anası beşinci uşağı dünyaya gətirəndə dünyasını dəyişib. Adı Böyük xanım olub.
Xavər ananın nənəsinin adı isə Qönçəbəyim olub. Qönçəbəyim nənəgil içəri
şəhərdə tanınmış nəsil olublar. Onların evinin pəncərəsi, qız qalasına açılıb.
Böyükxanım dünyasını dəyişdikdən sonra Xavər ananın atası yenidən ailə həyatı
qurub.. Sonra isə uşaqlar Qönçəbəyim nənənin yanında qalıblar. Bunlar
Zadəgan (Yəni imkanlı) ailə olduqları üçün Xavər ananın atasını, Mircəfər
Bagirovun təşəbbüsü ilə 1938-ildə tanınmamış bir diyara sürgün ediblər.
Sonra isə Qönçəbəyim nənə ilə birlikdə dörd uşağı sürgün ediblər Şuşa şəhərinə,
ordan da, dörd saatlıq yol məsafəsi olan bir yerə . Hansıki o kəndə
4 - 5 ailə yaşayıb . Bu bəxtsiz ailənin uşaqlarını bu ailədən
birinin tövləsində məskunlaşdırıblar. Bu kəndə gələrkən yolda
Qönçəbəyim nənənin ayaqlarını don vurub. Çox keçmədən dünyasını dəyişib... O
zaman İradə xanımın anasının yəni Xavər ananın on üç, on dörd yaşları olub.
Yaşı digər uşaqlardan böyük olduğu üçün, Şuşa yetimxanası, Xavər ananı qəbul
etməyib. Lakin yaxşı insanlar tərəfindən, kalağay fabrikinə işə götürülüb.
İllər keçdikdən sonra məktub vasitəsi ilə yetimxanada olan uşaqlar və Xavər
ana, məktublaşaraq, bir- birlərini yenidən tapıblar. Ancaq beşinci qardaş hansı
ki, anaları dünyaya gətirəndə dünyasını dəyişmişdi!!! Kiçik qardaş Rahil
adında. O represiya zamanı Bakıda qaldığından onun taleyindən heç bir məlumat
yoxdur. Bəlkə də, hansısa uşaq evində böyüyüb, bəlkə də yox. Yada kiminsə
övladı adını daşıyıb. Xavər ana çox savadlı nəsildə böyüyüb boya-başa çatdığı
üçün elmə, təhsilə, kitab oxumağa çox önəm verən insan olub. İradə xanımın və
digər övladlarının oxumasına ali təhsil almasına, çox diqqət edib. Axı ana
məlum səbəblərdən özü təhsil almamışdı. Lakin orta məktəbdə də, özünün aldığı
savad, ailənin ziyalılığı, bu xanıma bəs edib. Hər zaman O, istəyibki, onun
həyata keçirə bilmədiklərini dünyaya gətirdiyi övladları həyata keçirsin.
Bununla yanaşı şeri, hekayəni, romanı da, çox sevib. İradə xanım kiçicik bir
şer yaxud yazı parçası qələmə alanda, sevincindən göz yaşlarını saxlaya
bilməyib. Digər yazılarını da, oxuyub, istiqamətləndirib. Özünün və ailəsinin
başına gələnləri öz övladlarına çatdırmaqla, yeni bir yol açıb, fərqli bir ruh
formalaşdırıb, öz ömründən qırılmayacaq bir körpü yaradıb övladı İradə xanımın
ömrünə. Elə bir körpü ki, geriyə qayıdanda həsrət, irəli gedəndə məhəbbət doğur
bu ömür. Xavər ana bu sözləri tez-tez dodaqlarının arasında
pıçıldayarmış. Qərib atam! bəlkə də, sağdır. Heç onu
güllələməyiblər?!!! Bakıya gələndə Qızqalasının yanında
maşını dayandırıb deyərmiş; dayanın qoyun bu yerlərə doyunca baxım... Bu
yerlərin hər küncündə mənim ayaq izlərim var. Bunların şahidi olan İradə xanım,
kiçik hekayələrin, şerlərin, elmi yazıların rəsmini çizib öz yaddaşında, o
həsrət alovunu anasının içində gördükdə düşünüb: mən nə vaxtsa o həsrəti qələmə
alacağam... Ana hal -hazırda özü bu dünyada olmasa da, onun bağının bəhrəsi
İradə Əlili. Cəmiyyətin günəşinə çevrilib. Ruhun şad olsun ana!!!
Cəmiyyət günəşinin on yeddi yaşdan sonrakı dövürləri:
İradə Əlili
böyüdükdən sonra, arzularını həyata keçirmək üçün Bakıya gəlib çox keçmədən
istəyinə nail olub. Demək olar ki, ömrünün çox hissəsini Sumqayıtda dayısı
Ramız gildə yaşayıb. Cəmiyyətdə, dünya görüşünün formalaşmasında dayısının
yoldaşına çox minnətdar olduğunu bildirir. O, 1980-ci ildə “Bakı Mədəni
texnikomuna” daxil olub. Və buranı qırmızı diplomla bitirib. Sonra kitabxanaçı
kimi fəaliyyətə başlayıb. Həm də, Mədəni marif texnikomuna müəllimə vəzifəsinə
təyin edilib. Ondan az sonra jurnalistlik fəaliyyətinə başlayıb. 1995-ci ildə
“Savalan” uşaq qəzetinə muxbir götürülüb. . Artıq iyirmi ilə yaxındır ki,
jurnalistlik fəaliyyətini davam etdirir. Günəş jurnalı ,Savalan qəzeti ,
Respublika qəzeti və digər mətbu orqanlarda yazıları dərc olunur .
Uşaqlardan yazmağı o daha çox sevir. “Uşaqlarla
işləmək çox maraqlıdır. Mənim zamanım az olur yoxsa daha çox uşaqlara zaman
ayırardım. Uşaqlara aid kiçik hekayələr, şerlər də, yazıram. Əgər zamanım
olsaydı şerə, yazılara daha çox vaxt ayırardım. Sadəcə tədqiq etdiyim
mövzu ilə bağlı işlərim və cəmiyyətdə ictimai işlərim çox
olduğuna görə zamanım az olur”... yenidən qayıdaq əsas
mətləbə. Görək bu dəyərli xanımın keçdiyi yollarda daha nələr var?. cəmiyyətdə
gərək insan bir şeylə kifayətlənməsin. Orta təhsil aldımı davam edərək ali
təhsil almağa da, can atasın və nail olasun. Həyat həm davam edir. həm də,
mübarizələri çox sevir. Mübarizələr isə zəngin ruha sahib edir insanı. Iradə
xanım da, daima bunun üçün çalışan mübariz xanımlardan biridir... O,1988-cu
ildə Bakı Dövlət Universitetinin kitabxana- informasiya fakultəsinə daxil olub,
1994-cü ildə bitirib. Hal-hazırda Milli Elmlər Akademiyasının Mərkəzi Elmi
kitabxanasının dissertantıdır. Elmi işi 2012-ci ilin əvvəlləri
təstiqlənib. Gələn il üçün müdafiə işini bitirməyi düşünür. Elmi müdafiyə
işində də, ona hər zaman dəstək olan elmi rəhbəri Filologiya elimləri
doktoru Aybəniz (Əliyeva) Kəngərliyə çox minnətdar olduğunu
bildirdi.
Düşüncələrin kamilliyindən, təcrübəyə gedən yol:
Onun cəmiyyətə
ilk çıxışı:“SİMRUQ” assosiasiyasından olub. Bu işdə SİMRUQ assosiasiyasının
prezidenti tanınmış kulturoloq , alim Fuad Məmmədovun çox böyük köməkliyi
dəyib. Cəmiyyətdə insanlara dəstək olacaq belə gözəl insanlara çox ehtiyac var.
Allah bu işlərinə görə Fuad müəllimi mütləq mükafatlandıracaq. İradə xanım bu
gün cəmiyyətdə tutduğu mövqeyinə görə bu alicənab insana minnətdardır .Indi isə
keçmiş faəaliyyətdən bu günə keçid alaq.
Cəmiyyətdə bu günkü faliyyəti:
Bu gün Azərbaycanın
bütövlüyü uğrunda keçirilən vətənpərvər tədbirlərə , çox fəal qatılır bu xanım.
Məsələn; Azərbaycan qadınlar cəmiyyətinin sədri Bahar Qasımovanın
keçirdiyi tədbirlərdə, Qadın jurnalistlər assosiasiyasının sədri Sevil
Yusifovanın keçirdiyi tədbirlərdə, Azərbaycanın müstəqilliyi ilə bağlı, Xocalı
günündə, səfirliklər səviyyəsində olan tədbirlərdə, yaxından iştirak edir. Həm
də, bu cəmiyyətlərin üzvüdür. Bu yaxınlarda İbad Huseynovun keçirdiyi
Milli Qəhrəmanlarla bağlı olan iki tədbirdə iştirak edərək mükəmməl çıxış edib.
İradə xanımın Qadınlar cəmiyyətləri ilə gələcək üçün böyük işər görəcəyinə
dair, geniş planları da, var. Bu təşkilatlar özləri də, cəmiyyətdə çox böyük
işlər görürlər. Onlar kimsəsiz uşalara, qocalar evinə, Qarabağ qaçqınlarına, Şəhid
ailələrinə, Əlillərə baş çəkərək bacardıqları qədər dəstək olurlar. İradə xanım
da bu cəmiyyətlərlə bərabər onlara qatılıb , birlikdə
çalışmağı planlaşdırıb . Bu il May ayının 11-13.2014-cü il tarixində “TÜRK
DÜNYASI SİVİL TOPLUM ZİRVƏSİ” adlı Proqrama qatılacaq. Orda
qadınlar cəmiyyətinin təmsilçisi kimi iştirak edəcək. Onun cəmiyyətdə olan
fəaliyytləri bunla da, bitmir.
70-ildən çox
yaşı olan Səhiyyə Nazirliyinin Dövlət Elmi Tibb Kitabxanasının
həmkarlar komitə sədri olmaqla yanaşı , həm də bu
kitabxananın baş kitabxanaçısıdır. Kitabxanaçıların İxtisas Artırma
kursunda da müəllimədır. Bununla yanaşı Bakı Dövlət Unveristetində
Kitabxana-informasiya fakültəsində müəllimədir. O kitabxanaçı
peşəsini sevir və bu işindən çox razıdır. Ümumiyyətlə onunla bir
kollektivlərdə işləyən insanlar İradə xanımı, öncə insani
keyfiyyətlərinə, elmi biliklərinə, vətənpəvər ruhuna, atdığı hər bir uğurlu
addımlarına görə çox sevirlər. Bu xanımın da, onu əhatə edən
insanlara boyük sevgisi var.
Demək olar ki,
ömrünü Azərbaycanın firavalığına, gənclərinin isə mükəmməl vətənpərvər
ruhda formalaşmasına həsr edir. Söhbət əsnasında, Gənclərin bu günkü durumu heç
ürək açıcı olmadığını vurğuladı. Səbəb isə az kitab oxuyaraq. Mütailəsiz
lazımsız şeylərə daha çox zaman ayırdıqlarını göstərdi.. Bunun kökünün isə ailə
tərbiyyəsinə qayıtdığını xususi təhlil etdi. “Bir uşaq dünyaya
gələndə altı yaşa qədər valideynlər, çox diqqətli olmalıdırlar. Daha çox zaman
ayıraraq fikir formalaşmasına yardım etməlidirlər. O dərəcədə ədəbli
olmalıdırlar ki, uşaq üçün yaxşı örnək ola bilsinlər. Ikinci baxça müəllimələri
ədəbli və savadlı olmalıdırlar. Üçüncü məktəb müəllimləri. Dördüncü isə
İnsititut həyatı mükəmməl olmalıdır ki, bir uşaq ədəbli olsun kamil ruhda
formalaşsın” Bu xanım öz tələbələrinə və gənclərə
vətənpərvər, cəmiyyətə yararlı olmalarını hər dəfə dərs yaxud tədbirlər zamanı
aşılamağa çalışır. Təkcə cəmiyyətdəki mövqelərindən qane olmayaraq,
Azərbaycanın dərdlərini getdiyi xarici ölkələrdə təbliğ edir. Bu kamil ruhda və
tərbiyyədə böyüyüb formalaşan xanımın düz nə az nədə, çox ondörd illik xarici
ölkələrə səyahət etdiyi ömür səhifəsi var. Hal- hazırda da, səfərlərdən qalmır.
Ana yoldan daha bir şaxə: xaricdə olan səyahət illəri:
Bu xoşbəxtlik
hər kəsə nəsib olmayan bir xoşbəxtlikdir ki, yaşanan şeylər hamısı, lazımlı
olsun. Onun mübarək ayaqları və nurlu gözləri çox insanların ayaqlarının
dəymədiyi torpaqlara dəyib, görmədiklərini isə öz gözləri ilə görüb. İradə
xanım, ömrünün üç ilini Almaniyada yaşayıb. Digər illərini isə, Avropa və Ərəb
ölkələrini səyahət edib. İndi sadəcə bir qismini sizə deyəcəm.
Avropa-Fransa, Bergia, Çexslovakiya, Hollandiya,
Moskva, Ukrayna, Piribaltika, Krım, Dağıstan, Misir, Türkiyə və Tükiyənin bir
çox şəhərləri İstanbul ,Ankara və.s
şəhərlərində olmuş, və Azərbaycana xidmətindən də, qalmamışdır.
Bu il Xocalı
faciəsinin il dönümündə, atasının maddi köməkliyi ilə Ankaraya gedib,
soyqırımın tanıtım tədbirlərində iştirak edib. İradə xanım ailədə də,
vətənpərvər ruhda böyüyüb. Çünki, onun atası da, böyük vətən müharibəsi
Əlilidir. Vətənpərvərlik ruhu atasından hopub ruhuna. Yola düşməzdən əvvəl,
Azərbaycandan Turkiyəyə də əli boş getməyib bu xanım.
70
dən çox Xocalı həqiqətlərinə aid olan kitablar, jurnallar,
braşuralar toplayaraq, İstanbul və Ankara hava limanında , qatıldığı
toplantılarda paylayıb. Bu kitabların da, toplanıb ərsəyə gəlməsində Axundov
adına Milli kitabxananın kitabxanaçı xanımlarının , Bakı Dövlət
Universitetinin kitabxana- informasiya fakultəsinin dekanı Azad
müəllimin böyük dəstəyi olub. İradə xanımı hava limanında tanınmiş tele-
jurnalist Sevda Mirzə özü şəxsən qarşılayaraq, Vətən
üçün yola çıxan İradə xanımı, elə olduğu kimi təqdim edib.
Sevda Mirzənin sözləri: “ Baxın bu xanım Bakı Dövlət
Universitetinin müəlliməsidir. Bu gün öz şəxsi vəsaiti ilə Dövləti, Milləti
üçün şərəfli bir yola çıxıb...və hər kəsə örnək olacaq bir yola.
İradə xanım isə qəhərlənmiş boğazında titrək səslə astadan bu
sözləri söylədi: “Mən Ankarada bu hissləri yaşadım. Içimdən çox
ağrıdım. Inşallah ki, gələn il Ankaraya Xocalının azad olmasını qeyd etmək üçün
gedərəm”
Tez-tez dəvət aldığı efirlər:
Bu gün
Cəmiyyətin dəyərli fikirlərə daha çox ehtiyacı var. Ekspert kimi də, çox
yerlərə dəvət alaraq öz tövhələrindən qalmır İradə xanım. Bu yaxınlarda
06.04.2014-cü ildə Az.tv-də Səadət proqramının qonağı oldu.
Aktual söhbətlərə qatıldı. Zeynəb xanım Aslanovanın dəvəti ilə“Inter.az” kanalına
dəfələrlə dəvət alıb. Azərbaycan Dövlət Televiziyasının Təmas
nöqtəsi verlişində çıxışları olub. Tez-tez Yevlaxda yerləşən El
tv kanalının qonağı olur.və.s
İradə xanımın Yaradıcılığı və yaradıcılıq faliyyəti:
Alimlərin
fikrinə əsasən evin kiçik övladı hər zaman istedadlı olur. İradə xanımgil
ailədə iki bacı, iki qardaşdırlar. Evin kiçik övladı isə İradə xanımdır.
Istedad bütün insanlara verilir. Lakin, şairlik insanla bərabər doğulur. İradə
xanımın qələmindən kağız üzərinə hopan duyğuları günümüzün yazarlarından çox
fərqlənir. Bu gün yazarların əksəriyyəti sevgidən, qadından yazdıqları halda,
İradə xanım bütün mövzulara toxunur. Həm sevgidən sayğıdan, həm də
vətənpərvər yazılara daha çox üstünlük verir. Yazıların qaynağı isə ananın
həsrətindən, ananın ailəsinin başına gələn müsibətlərdən, özünün qürbətdə
yaşamasından, elmi təhsil və cəmiyyətdə gördüyü mənfi yaxud müsbət
hadisələrdən, ziyalı ailədə böyüyüb boya-başa çatmasından, ən önəmlisi atanın
vətənpərvərliyindən, vətəni övladına zamanında doğru-düzgün tanıtmasından
süzülür. Biz onunla çox səmimi söhbət etdik. Üz-üzə əyləşdiyim bu ziyalı xanım
sanki mənim bir parçam idi. Ona baxdığca özümü görürdüm amma daha da güclü,
mətin və yenilməz bir surətdə.
İradə xanım
beşinci sinifdə oxuyanda kiçik şer, və hekayələr yazmağa başlayıb. Həmin
yazılar hal hazırda itib-batıb heyif ki... Lakin onuncu sinifdən yazdıqları
ondan sonra yazdıqları yazıları yaşayır. Tələbəlik illərində də, bir sıra
yazıların müəllifi olub. Həmin yazılardan iki kitab halında toplanmış şer
kitabı ərsəyə gəlib. Iyirmidən çox elmi məqalələri var. 2013-cü il dekabr
ayında “MƏNİM SEVGI DÜNYAM” adlı ilk kitabı işıq
üzü görüb. Kitaba Beynəlxalq mətbuat mərkəzində təntənəli surətdə təqdimat
mərasimi keçirilib. Bir kitablıq şerini isə, yaşı az dövründə yazdığı üçün daha
da, mükəmməlləşdirməyi düşünür. Hazırda roman üzərində çalışır.
Publisist yazılarda
və şerlərdə hər zaman ona dəstək olan tənqidçi publisisit,şairə xanım
Həlimə Vəliqızına çox minnətdar olduğunu bildirir. Onun oxucular
tərəfində bəyənilən və sevilən çox şerləri var. O şerlər həm sosial şəbəkələrdə
həmdə qəzet və jurnallarda öz sevgisini tapıb. Həmin şerlər Ulduz
jurnalında, Azərbaycan uğrunda, Əsrin ziyalıları, Kaspi və
başqa qəzetlərdə, çap olunub. Pressaz.com, AYB.az, Reportyor.com, Dost-Xəbər
Agentliyi, Fakt xəbər reportiyorunda,və.s. sayıtlarda yayımlanıb.
İradə
xanım daha çox Ramiz Rövşənin o cümlədən, Musa Yaqubun, Məmməd Arazın,
Əkbər Qoşalının, İlyas Taptığın , Maya Bədəlbəylinin , Divanənin şerlərini
oxuyub onlardan bəhrələnir. Onu da deyim ki, xəmirin mayası özündən olmayanın
tabağı dolmaz deyir atalarımız. Axı, İradə xanım özü gözəl şairə və yazardır?!
Buna baxmayaraq çox təvözəkar bir xanımdır. Bu qədər istedadlarla hələ də,
özünə yazar demir. Öz dilindən kiçik bir parça:” Mən 1988-ci ildən yazıram
amma özümə yazar demirəm. İnanın Bakı Dövlət Universitetində mənə müəllimə
deyəndə elə bilirəm ki, bütün dünyaları mənə verirlər. Müəllimə sözü mənim üçün
ən böyük nemətdir. BDU –nun kitabxana-informasiya fakültəsinin alim,
müəllim heyətini çox sevirəm və onlardanda özümə qarşı hörmət
və qayğını hiss edirəm”.
Kitaba verilən yüksək qiymətlər:
Yaxın
zamanlarda İradə xanımın “MƏNİM SEVGİ DÜNYAM” adlı
kitabının Türkiyənin Ankara şəhərində imza günü olacaq. Kitabın
içindən bəzi sözlər Azərbaycancadan Türkcəyə tərcümə olunacaq . Onun şerləri
qəlbə yatımlı və boşluqları dolduran, insanların duyğularını açıqlayan, göz
yaşlarını dindirən bir səpgidədir.
Bu xanım gözəl
yazar və şairə, cəmiyyətin dərtlərinin ümman yeri, gənclər üçün əsil ana,
xanımlar üçün bacı simasındadır. Onun ən böyük arzusu gənclərimizi daha
savadlı, daha ədəbli, vətənimiz millətimiz üçün yararlı, xanımları isə öz
ailələrində xanım, cəmiyyətdə yer alan dəyərli insan kimi görməkdir. Zülfəli
ata var olsun ki , özü kimi vətənpərvər övlad yetişdirib, Xavər anamızın
isə ruhu şad olsun ki, belə mükəmməl övlad, cəmiyyət üçün yararlı insan
tərbiyyə edib. Bu maraqlı ömür yolun haraya şaxələnməsindən asılı olmayaraq
çıxış və gediş yalnız bir yola birləşir. Sevgi yoluna... o yolun axınında isə
insanlar və digər canlılar, bir də, ən son yetişəcəyin mənzil, bütün mənzillərin
Sahibi dayanır . Hər addımında özün bilərəkdən yaxud da, bilməyərəkdən Ona
doğru addımlayırsan... Gözlərin içində də, yalnız o duyğular şəlalələnir.
Dahilərin dahiliyi bunlarla sübüt olub. Daha çox kitab mütailə ediblər. Savad
baxımından çox savadlı, öz üzərlərində daima çalışan, Sadə və zəngin fikrlərə
malik olublar. İradə xanım haqda yazını, hər hansı bir səhifəyə yerləşdirmək
mümkün deyil. Belə insanlar vərəqlərə sığmaz bir külliyyatdır...
İradə xanımın şerindən:
Gördüm
səmasının maviliyini
Gəzdim həm
çölünü, həm çəmənini,
Dərdim
çəmənindən gül çələngini,
Şehləndi
çiçəklər göz yaşlrımdan,
Qürbətdə
qürbəti yaşadım, ana!
Saralmış
yarpaqlar budaqda durmaz,
Bunda
küləklərin nə günahı var?
Fikrim
uzaqlarda dolaşan zaman
Sözün də
bitdiyi dayanacaq var!
Qürbətdə qərib
tək yaşadım, ana!
Gülnarə İsrafilqızı. (Məqalə).
08.04.2014.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ