Tural Sahab - O qızın dodaqları

Bu yazıya counter dəfə baxılıb
Sevgidən yazıb, sevgini düşünmək bu cəmiyyətdə insana bir xeyir vermir. Qızların dodaqlarından, sinəsindən yazanlar bu cəmiyyətdə yazar adlanır, bu cəmiyyət sevgini yataqda axtaranlara alqış deyir. Saf, təmiz duyquların adı indi acı çəkməkdir.
O qızın dodaqlarından öpməyi heç düşünmədim, istədim adımı eşidim lalə yarpağı kimi incə olan o dodaqlardan, ancaq daha böyümək istəyirəm.
Sevginin olmadığı bir dünyada sevgili axtarmaq uşaqlıqdı və mən böyümək istəyirəm.
Darıxıram sevgi üçün. Yazışmaq istəyirəm bir sevgili ilə, və sabahlara qədər danışmaq və bir ömür yaşamaq.
Yalan söyləmək istəmirəm kimsəyə  və kimsənin qırmamaq ümidlərini və oynamamaq xəyalları ilə.
Kafkanı, Mopasanı düşünürəm ən gözəl hekayələri yazarkən ən böyük acıları yaşayanları və utanıram acılarımdan və yazdıqlarımdan.
Bir sərxoşun ölümünü düşünürəm, ya da bir əxlaqsız qadının qocalığını. Bir ürəyə, bir ailəyə sığmayanların öldüyü yalnızlığı düşünürəm.
Adımı söyləməyən o dodaqlar indi bilmirəm kimin boynunda gəzir, ancaq sevgi azad bir quş kimi Tanrıya doğru uçur. Mən sevirəm. Və çox sevirəm hər gedənlə bir az daha artırsa sevgim, bir az daha artırsa məni yandıran atəşlər demək sevgi bu dünyada, bu insanlarda deyil. Sevgi elə Tanrının özüdür.
Sevgi yaşamaqdır bir mehtab kimi gözəl, bir külək təki çılqın. Şərəfli və namuslu olmaqdır sevgi.
İnsanların ürəklərindən keçməkdir, lakin ayaqlamadan.
O qızın dodaqları söyləmədi adımı, çünki adım yaraşmaz hər dodağa.
Adımı söyləyəcək dodaqlar, sevgimi yaşayacaq qəlb dəliqanlı olmalıdır.
Bir şeir kimi kövrək, bir şair kimi usta və Tanrının özü qədər gözəl.

YA ALLAH,
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ