Həyat, nə çox imtahanın var sənin? Eşqlə
sınar, xəstəliklə sınar, övladla sınar, çarəsizlik və aclıqla sınar deyərkən acı
və iztirabı dadmaq imkansızdır.
Bir insan acıya, iztiraba
necə təslim ola bilər ki? Acı, iztirab təslim-olmamaqdır.Təslim-olunmayana necə
təslim olunar ki?
Bir an üçün
təslim olmaq anlayışını unudun. Dərin bir acı içindəykən təslimiyət haqqında
deyilən bütün sözlər onsuz da boş və anlamsız gəlir.İnsanın acısı dərin
olduğunda,çox güman ki, ona təslim olmaq yerinə ondan qaçmaq üçün güclü bir
hiss duyur.Hissetdiyi şeyi hissetmək istəmir.Bundan daha normal bir şey ola bilərmi?Amma,ondan
heç bir qaçış.,heç bir çıxış yolu yoxdur.İçki içmək,narkotikə qurşanmaq və s.
kimi bir çox uydurma qaçış yolu
vardır,amma onlar acıdan qurtara bilməz.Acını şüursuz hissetmək onun şiddətini
azaltmır.Duyğusal acını yansıdarkən,etdiyimiz və düşündüyümüz hər şey onun
tərəfindən kirlənir.Onu enerji olaraq yayar və ətrafdakılariın şüuraltı olaraq
qavramasına səbəb oluruq.Bəs necə?Acıdan necə qurtulmaq?
Heç bir
çıxış yolu olmadıqda belə,yenə də,daima onun içindən bir yol keçir.Bunun üçün də
acıdan qaçmayın.Onunla üzləşin.Onu
bütünlüklə hiss edin.Onu hiss edin,onun haqqında düşünməyin!Əgər lazım gələrsə
belə onu ifadə edin,amma zehninizdə onunla bağlı bir mətin yaratmayın.Bütün
diqqətinizi bu hissə verin,ona səbəb olmuş
insana,hadisəyə ya da vəziyyətə deyil.Hissdən qaçmaq imkansız olduğu
üçün,tək dəyişim imkanı onun içinə girməkdir;əks halda heç bir şey dəyişməyəcəkdir.Elə
isə bütün diqqətinizi hiss etdiyiniz şeyə verin.Hissin içinə girərkən son
dərəcə oyanıq olun. İlk basşda,o qorxuducu və qaranlıq bir yer kimi görünə bilər
və ondan qaçma hissi duyduğunuzda,o hissi izləyin,amma ona aldanmayın.Diqqətinizi
acıya verməyə davam edin;üzüntünü,qorxunu,dehşəti,yalnızliığı,o hər nəysə onu
hiss etməyə davam edin.Oyanıq qalın,mövcud qalın bütün varlığınızla.Belə edərək
,bu qaranlığa bir işıq gətirmiş olursuz.Bu sizin şüurunuzun işığıdır.
Butun
diqqətinizi verərək, İndinin gücündən istifadə edirsiniz ki, o sizin mövcudluğunuzun
gücüdür.Onun içində heç bir dirənc varlığını qoruyub saxlaya bilmir.Mövcudiyyət
zamanı uzaqlaşdırır.Zaman olmadan heç bir iztirab,heç bir acı varlığını qoruyub
saxlaya bilməz.
Həyatı
dolu-dolu yaşayın,dilinizi keşkələr sarmasın...
Aytən Musalı,Azərbaycan Dövlət Pedaqoji
Universitet,Psixologiya fakültəsi IV kurs tələbəsi...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ