Tarixi
şəxsiyyətlərdən danışmaq həm şərəf həm də, çox çətindir. Bu gün danışacağım və
həyat yoluna sizlərlə birlikdə şahid olacağım dahi şəxsiyyət, Azərbaycan
bayrağının ilk ideoloqlarından olan Əli bəy Huseynzadədir. O bayraq ideyasını
irəli sürdükdən sonra 1918-ci il noyabırın 9-da üç rəngli bayraq Azərbaycan
xalq Cumhuriyyəti tərəfindən qəbul edilib.1920-ci il Aprelin 28-də sovet hakimiyyəti qurulduqda, Azərbaycana aid olan dəyərlər aradan qaldırılaraq,
tarix unuturulmağa başladılıb. Lakin Azərbaycan müstəqillik qazandıqda,
dəyərlərimiz yenidən özümüzə qayıdıb. Üç rəngli bayraqdan öncə, paytaxt Gəncə
şəhəri olduğu dövürlər, Azərbaycan bayrağı Türk bayrağına oxşar qırmızı rəngdə
olub.
Əlibəy Hüseynzadə ədibi,
filosof və ədəbiyyat tənqidçisi , XX əsr Azərbaycan-türk ictimai fikrinin ən
görkəmli nümayəndələrindən biri. Uzun müddət alim, həkim, rəssam, şair,
tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyətlər göstərib, bu
sahələrin hər birində özünəməxsus iz qoyubdur. XX əsr Azərbaycan mətbuatı və
publisistikası sahəsində xüsusi xidmətləri vardır.
Gəlin birlikdə
bu dahinin necə irsi amillərə söykəndiyinin şahidi olaq. Əli bəyin nənəsi
Hüsniyyə şeyxülislam Axund Məhəmmədəlinin qızıdır. Əli bəyin çəkdiyi
"Azərbaycanlı ailəsi" tablosunda təsvir olunan yaşlı qadın Huseyn
bəyin xalası Nisədir. Əli bəyin babası
Allah sevər, haqq sevər və vətən sevər
bir şəxs olub. O üç arxa dönən babadan o cümlədən atasından irs aparıb.
Özünün qələmə aldığı yazısında. O 1864-cü ildə Qafqaz Azərbaycanında Kür çayı
sahilində yerləşən Səlyan şəhərində anadan oluduğu göstərilir. Tarixi mənbələrə
əsasən isə 1940-cı ildə istanbulda vəfat etdiyi bildirilir.
Onun anası “Xədicə”
xanım Dindar ailənin qızı olması ilə yanaşı, atası Hüseyn Hüseynzadə də, “Tiflis” Müsəlman
Məktəbində riyaziyyat müəllimi işləyib. O atasını itirəndə altı yaşı olub. Kiçik
qardaşı İsmayılın isə iki yaşı. Atasını itirdikdən sonra Qafqaz şeyxülislamı olan babası Axund Əhməd
Səlyaninin himayəsində
böyüyüb. Axund Əhməd Salyani Axund Muhəmmədin qardaşı Əlinin oğludur. Bir sözlə
Əli bəy yetim olaraq böyüyüb necəki Hz. Rəsulu Əkrəm s.a.s də yetim olaraq
böyüdü amma kamil böyüdü. Əli bəy Huseynzadə də, kamil tərbiyyə və kamil ruhda
böyüyübdür.
O,(1875-1885)Tiflis, gimnaziyasını bitirib. Türk, fars, ərəb, alman və rus dillərini çox gözəl bilib. 1885-ci ildə Peterburq universitetinin riyaziyyat fakültəsinə daxil olub, şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib. Dövrün məşhur elm xadimləri – Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə ictimai-siyasi proseslərlə də yaxından tanış olaraq, "xalqçılar" hərəkatına qoşulub. Sonra bir sıra
inqilabçı tələbələr kimi, oda Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalıb.
Sonra Rusiyadan Türkiyəyə, İstanbula gəlib, darülfünunda əsgəri-tibbiyyə fakültəsində
dərs alıb, dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanıb. 1897-ci ildə Qırmızı Aypara Cəmiyyəti heyyəti ilə İtaliyaya gedib. Üç ildən sonra geri qayıdaraq müsabiqə
yolu ilə həmin dərs aldığı,
İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə
təyin edilib. O
burada da inqilabçı gənc türklər hərəkatına qoşulub və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan
biri olduğundan təqib olunub. Türkiyədən də doğulduğu Azərbaycan torpağına qayıdıb.
Azərbaycana qayıtdıqdan sonra, Zeynəl Abibidin Tağıyevin maliyyə dəstəyi ilə, "Həyat" qəzetinin nəşrinə başlayıb. O cümlədən “kaspi qəzeti ilə
də əməkdaşlıq edib, publisistik yazılarını dərc etdirib və "Gənc türkçülük
nədir?" adlı məqaləsi ilə türk hərəkatının mahiyyətini açıqlayıb...həmin
məqalə ondan artıq jurnal və qəzetlərdə dərc olunub.
O gendən gələn irsə və aldığı tərbiyyəyə
söykənərək, bu ideyanı irəli sürmüş, bayrağın
rənglərində İslama xas olan cənnət rəngini o cümlədən islamda olan bərabərliyi,
sevgi və sayğını bayrağın yaşıl rəngində
, Cəmiyyətdə şahidi olduqları və aldığı təhsillər nəticəsində. Avropa ruhunu,
müasirlik və inkişafı, azadlığı, bayrağın qırmızı rəngində, çağdaşlıq və türk
mədəniyyətini, göy rəngdə, əks etdirmirmişdir. O öz məqalələrində də, onların
dəyərlərini açıqlayıbdır. Və bununlada onun ideyyası tamamlanmayıb. Səkkiz
guşəli ulduzla Azərbaycanın varlığını təsdiqləyib. Beləki Azərbaycan sözü əski
əlifba ilə səkkiz hərflə yazılıb. Buda Azərbaycanın çox qədim mədəniyyəti və
tarixinin olduğunu təsdiqləyir. Ay isə simvolik olaraq xoşbəxtlik , sülh, əmin
əmanlıq rəmzidir.
Əli bəy Huseynzadə 1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin
qızı Əthiyə xanımla evlənib üç övladları olub. Saida bəyim, Səlim Turan, Feyzavər.
Səlim Turan atasından rəssəmlağı irs apararaq Parisdə yaşayıb. Dahi
rəssamlardan biri olub. 1995-ci ildə dünyasını dəyişib. Fransada ali təhsil almış
Saida riyaziyyat müəllimi olub. İstanbulda məşhur
olan Feyza Sənət Qaleriyası açıb. Məlumatlara əsasən "Kabataş qız lisesində matematik
müəllimidir" çox təssüf ki,
bu cür dahi şəxsiyyətin, Əli bəy hüseynzadənin nəsil davamı bu üç övladla
tamamlanır. Onların heç birinin övladı olmayıb.Əli bəyin o qədər geniş
yaradıcılığı var ki, onu səhifə yarıma sığdırmaq mümkün deyil.
Sonda bu yazını Əli bəyin öz kəlamları ilə tamamlamaq
istəyirəm.
·
Həqiqətin də
dadı və ləzzəti var.
·
Hürriyyət!.. O
nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və
mənəviyyatını sövq ediyor!..
·
Qalib olmaq o
camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını
anlar, dərk edər...
·
Türklər ya
ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar.
·
Hər kəsə ki
uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı
hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək
mümkün olur...
Gülnarə İsrafilqızı
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ