Durmuşam
iki yol ayırıcında yalqız,
Bir
yolda şeirlərim birində sevdiyim qız.
Bir
könüldə dayanmış iki sevgi üzbəüz,
Hansı
daha qısqancdır–şeirlərim, yoxsa qız.
Şeirlərim
təkliyə, qız görüşə səsləyir,
Iki
hökmdar ilə ürəyim bacarmayır.
Bu
sevgilər köksümə heç cürə sığışmayır,
Sevdiklərim
sevgimi heç biri paylaşmayır.
Biri
ruhuma hakim, biri tam varlığıma,
Hər
ikisi yerləşmiş beynimə, ürəyimə.
Biri
məhkum eyləyir bir kağız və qələmə,
Biri
məni səsləyir çox sirli bir aləmə.
Görən
şeir axarın özünə çəkərmi qız,
Qısqanclığın
zəncirin qırıb atarmı bu qız,
Deyərmi
ki şeirləri sən mənə yaz yalnız,
Durmuşam
iki yol ayırıcında yalqız.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ