ELŞƏN ƏZİM- YADDAŞ QAYSAĞI

Bu yazıya counter dəfə baxılıb
Mənim qan yaddaşım qaysaqlamasın,
Mənim yaralarım sağalmasın qoy.

Qaldırmaq istədik o ağır daşı,
Qaldırdıq, altından ilanlar çıxdı.
Qırmızı çuxalı imperiyanın,
İçindən ağ donlu yalanlar çıxdı.

Bəzəkli-düzəkli sözlərə uyduq,
Türk oğlu sıyrılıb adından çıxdı.
Torpağın adını millətə qoyduq,
Millətin öz adı yadından çıxdı.

Birdən tanımaram, gülər üzümə,
Yanımdan yurdumun yağısı keçər.
Birdən dost görünər düşmən gözümə,
Sağalar, yaramın ağrısı keçər.
Mənim qan yaddaşım qaysaqlamasın,
Mənim yaralarım sağalmasın qoy.

20 yanvar 2003
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ