Minalanmış nifrət
Bu yazıya
dəfə baxılıb
Minalanmış nifrətim
Qoyulub Türküstana-
Ehtiyatsız bir addım,
Düşməni məhv eyləyər.
Odla oynamaq olmaz,
Ey dəniz dövlətləri,
Rəqib rəqib səhvini
Xeyrinə əhv eyləyər.
Minalanmış nifrətim,
Xalqımın sinəsinə
Çəkilən dağlar ki var-
Onlardan bəhrələnib.
Öz burnunun ucundan
Uzaqları görməyən,
O Zori Bala... Lala...
“Yan”lardan bəhrələnib.
Qeyri türklər içində
Türk dünyası yaratmaq,
Həqiqət görünsə də,
Uydurmaymış, yalanmış.
Türkün sevdiyi dünya
Onu sevmək istəmir.
Məhəbbətsiz cahanda
Nifrətim minalanmış.
Gülnar Səma
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ