Azadə Abdinova - Səndən bir xahişim var

Bu yazıya counter dəfə baxılıb
Səndən bir xahişim var 
canım , gözüm.
Şəklimi çək , saxla,
sevməsəm də şəkilləri.
Həyat fani, ömür qısa ,
sabaha yoxdur inam.
Olmadı bəlkə sabahım
şəkillər olsun yadigarım.
Necə düşməyimin  yoxdu fərqi,
Yetər ki görünsün gözümdəki  sevgi. 
Çək , həyatım , çək
unudulmaqdan qorxanın şəklini çək .
Tozlu rəfdə qalsa belə, yenə çək.
Olmadığım zamanlarda
şəklimə  bax,  gülümsə,
məni yad et.
Şəkillərdə olum
yarın, sirdaşın.
Bir gün yorsa səni
şəkildəki  susqunluğum ,
at şəkili bir kənara.
Yaşa həyatını , həyatım,
qınanmaqdan qorxma , canım,
 Ölənlə ölünməz ki  
yaşamaq sənin də haqqın.


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ