Yaşlı at
arpa yeməzmi?
Bu
misalı uyduran millətim, o arpa dediyin, həyatını söndürdüyün gənc qızlarındır.
Bu əsr ,
fikirimcə qadınların hüquqlarının ən çox pozulduğu əsrdir. Kişiyə hər şey olar,
kişi hər cürə əxlaqsızlığı edər, sonra da evlənməyə təmiz qız axtarar.
Kişi gedər
başqa bir ölkəyə işləməyə, yaşı çatar 45- ə bunun yadına düşər ki, evlənmək, nəsil
artırmaq, yaşlı ana – atasına baxmaq üçün bir qadın lazımdır. Qayıdıb gəlir vətənə.
Ata – anası bunun üçün bir qız tapır, toy edirlər. Bu da gərdəkdəki qan
qurumamış qayıdır gəldiyi yerə. İndi bu qadın, bu bəxtsiz gəlin ölənə qədər həyatını
məhv etməyə məhkumdur.
Sevib,
sevilməyi demirəm, bu qadının yaşamağa haqqı yoxdurmu?
Gələk
başqa bir məsələyə. Bu yaşlı kişilərin gənc qızlara olan “sevgisinə”. Adamın
yaşı çatıb yetmişə, Allah rəhmət eləsin həyat yoldaşı da gedib rəhmətə. Bu baba
da düşüb gənc qadın eşqinə. Ya gedib boşanmış, ya da daha betər, gənc qızla evlənmək
istəyir. Ömrünün sonlarında macəra yaşamaq istəyən bu qoca niyə kiminsə həyatını
məhv etmək istəyir görəsən?
Bu son
zamanlarda gördüklərim, eşitdiklərim məni çox incidir.
Adam yazardır,
ya da başqa bir peşənin sahibi. Yaşı da bir xeyli artıb, insan bir ağsaqqal
kimi ona hörmət edir. Ağaran saçlarına baxıb ölümü xatırlayır. Bir də nə görürsən,
bu hörmət etdiyin ağsaqqal, sayqı duyduğun insan dostluğunda olan qızların
birinə eşq elan edib. Gəl də sən bunun ağaran saqqallarına söymə.
Bax, belə
insanların yaşının artması onları insan etməyə bəs etmir. “Gənclər yaşlılardan
daha əxlaqlı, daha tərbiyəlidir”. Bunu mənə bir xanım dostum demişdi.
Demək
ki, hələ ümid etməyə, yaşamağa dəyər. Heç olmasa normal insani dəyərlərə malik
bir nəsil yetişir.
Şərq qadına hər zaman bir yarım insan, bir
vasitə kimi baxıb nə yazıq ki.
Qadın
bir əyləncə, kişilərin ehtirasını söndürən bir “ət parçası” - ndan başqa bir
şey olmamışdır heç vaxt. Bu keçmişdə də belə idi, indi də nə yazıq ki, belədir.
Ən çox
uşaq gəlinin olduğu yer Şərq, çox arvadlılığın olduğu yer Şərq. Qadının ağzının
qönçəyə, kişi cinsi orqanın qələmə bənzədiyi, özü də şeirlərdə yenə şərq.
Qadını
arpaya bənzədən, kişiləri at olan şərq.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ