Yenə mənəm...Başınızı ağrıtmağa gəldim. Bəzilərinin
bəyəndiyi, bəzilərinin yalandan bəyənirəm dediyi, bəzilərinin paxıllıq çəkib
çürümüş söz adlandırdığı yazıların müəllifi mən....
Uzun
müddət idi ki, susurdum. Müşahidə edirdim. Deyirdim qoy mən susum o mənəm-mənəm
deyənlər danışsın. Avropanın qalığını
Azərbaycana müasirlik kimi sırıyanlar, azad seksi həyat prinsipi kimi qəbul edənlər
və nəhayət yazısının başı ilə ayağı məlum olmayan Yazar lar..... (ünvanlı)
Onlar da maşallah danışır, nə danışırdı. İndi deyəcəkləeim çoxunuzun atasına od
vuracaq. Qoy vursun, bəlkə o zaman bir az başınızı aşağı əyib ətrafınız göz gəzdirərsiniz...Və
ya heç olmasa bir dəfə güzgüdə özünüzə baxıb “axı mən kiməm” sualına cavab verəndən
sonra ona –buna ağıl dərsi keçməyə, onda bunda səhv axtarmağa balayarsınız. Axı insan birinci özündən
başlamalıdır.
Özünün heç nəyi olmayan (hələ savadı,
davranışı, əxlaqı nəzərdə tutmuram, söz
danışıq qabiliyyətinən gedir) özünü ortaya atıb “mən də varam” deyən də tüstü
adamın təpəsindən çıxır.
Bu yaxınlarda
facebook statuslarına nəzər yetirirdim.
Biri o birinə “əxlaqsız” deyib, atasını, özünü təhqir edib, sonra da
özünün süddən çıxmış ağ qaşıq kimi təmiz
olduğunu iddia edir, digəri özündə
olmayan “əxlaq”dan başqasına dərs keçir, bir başqası isə milli dəyərlərin nə olduğunu bilmədən özünü ortaya
atıb, ağız dolusu dəyərlərdən, adət-ənələrdən saflıq, dürüstlükdən danışırdı. Təbii
ki, danışdıqlarının ölçüsü geyindiyi ətəyin uzunluğu vurub keçmişdi.
Xüslasə, nə başınızı ağrıdım, aləm dəyib bir-birinə. Sanki media, mətbuat
yiyəsizdi, sahibsizdi.
Bir dostum deyir ki, kim ərindən boşandı, ya
jurnalist olur, ya müğənni. Adam haqqlıdır əslində. Son zamanlar jurnalistikada
göbələk kimi artan xanımcıqları görəndə əsəbləşməyə bilmirsən. Əvvəlcə adlarını jurnalist qoyurlar, sonra
nəyinsə hesabına saxta bir vəsiqə alırlar əllərinə..Düşürlər bu qəsəbələrin,rayonların
canına... Kimə nə qiymət gəldi
oxuyurlar. Bu icra nümayəndəsidir -100
dollar, bu adi məmurdur- 50 manat. Bu
üzüqaralar xidmətlərini göstərib
yığdıqlarını da götürüb getdikdən sonra, yaddaşlarda bir fikir qalır jurnalist
demək-fahişə deməkdir. Bu reallığı biləndən
sonra adam utanır ki, kiminsə yanına gedib desin ki, mən jurnalistəm. Özün utanmasan da olar, qarşındakı sənə elə
davranır ki, deyirsən ta ölüm yerə girim.
Sözüm facebook profilinə “yazar”, “jurnalist”
yazıb yapışdıran (“qələm əhli” deməyəcəyəm, çünki qələmin bura aidiyyatı
yoxdur) bədən əhlinə deyil. Çünk onlar rahat yaşamağın yolunu tapıblar. Nəylərinə lazımdır saatlarla komputer
qarşısında oturub göz nurunu qurban vermək. Belələrinə kişi də lazım deyil.
Fikir vermişəm doğru dürüst münasibətləri də yoxdur. Kimlə gəldi, harda gəldi.
Təki pul olsun. Kişiləri əlcək kimi dəyişən
bu “yazarcıq”lara o əl boyda vəsiqəni verənlər,
axmaq yazılarını yayınlayıb ortaya
çıxaranlardır günahkar ki, onlar
da bu yazarcıqların hesabına dolanırlar. Onlara da sözüm yoxdur, çünki balalarını
belə çörəklə dolandırırlar.
Sözüm bizədir, özümüzə, gəli aramızdan çıxaraq
bu “gözəl quşları”, ya da qanadlarını elə qıraq ki, bir daha havalana bilməsinlər...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ