Tural Sahab- O, hansı millətdir ki, taleyi sirdir

Bu yazıya counter dəfə baxılıb

Hə, dostum!
Sənə bir millətdən danışım, yaşı beş min il olan.
Atilla ilə Romaya diz çökdürüb, min il Çinlilərə daş daşıdan.
Zaman – zaman yorulub ,dövlətini itirən
əsarət altına düşən
Ancaq,min illər öncə Kürşadla,min illər sonra Mübarizlə özünə dönən
Azadlığı qanı ilə udumlayan bir millətdən.
Allahın və peyğənbərin övdüyü bir millətdən.
Tarix boyu hür yaşamış, tarix boyu tək tanrıya inanan bir millətdən.
Kaşkarlı Mahmudun rəvayət etdiyi bir hədisdə “Tanrı deyir:Mənim Şərqdə adı Türk olan bir ordum var, hansı milləti cəzalandırmaq istəsəm, onların üzərinə göndərib, onların əli ilə cəzalandıracam”

Və zaman keçdi
Və qara buludlar toplandı başımızın üstünə.
Axırıncı dəfə Nadir Şahla güldü üzümüz.
Sonra başladıq bölünməyə.
Öncə xanlıqlara bölündük
Daha sonra,iki yerə
Bölünən bizdik, bölən özgələri
Ölən bizdik, öldürən atalarımızın kölələri.
Böyük bir millətdik dosdum,yenə eləyik
Sadəcə bir azca yuxulu,azca da özümüzə yadıq.
Ancaq dostum,yenə elə biz bizik.
Yenə Mübarizik- təkbir gətirib bir orduyla savaşan.
Yenə söz verib şəhid qardaşına, sözündə duran
Və dostum, bir söz deyim sənə
Sadəcə cəsarət bəs etmir, qəhramanlığa
Gərək, adamda inam, sevgi olsun.
Ölmək üçün yaşasın ki, yaşamaq üçün ölə bilsin.

Bu millət böyük bir millətdi, dostum
Tankların üzərinə ürəyi ilə gedən
Dövlətlər qurub, dövlətlər devirən
Ümidsizliyə düşmə dostum
Məsələn, Çin səddini düşün
Tac mahalı düşün
Və ölümü düşün.
Və ölümü ilə ölümsüz olan atalarını.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ