Sən həyatıma girdin.Bir
yad idin mənim üçün,sadəcə vaxt tapanda söhbət edə biləcəyim bir yad.Bəlkə də sənin
gözündə ilk vaxtlardan doğru bir insan idim,amma mən özümü səndən yaxşı
tanıyırdım,sən mənim üçün boş vaxtlarımı əyləncəli etməkçün bir vasitə idin.Mən
insanları özümə inandırmağı yaxşı bacardığıma görə sən də tələmə düşənlərdən
biri oldun.Mənə güvəndin,qəlbindəki bütün ağrı-acıları mənə
danışdın,mesajlarında qəlbini xırdalıqlarına qədər mənə açırdın.Sənə əzab verən
xatirələri mənə danışaraq unutmağın yollarını məndən soruşurdun.Mən sənin
gözündə psixoloq,həm də dost idim.Düzdü,mənim psixoloji təhsilim vardı.Bəlkə də
sənə azca da olsa köməyim dəyib.Amma sənə bir sirr açım,sənin mənə təsirin daha
çox oldu.Elə gün gəldi ki,sən yazmayanda darıxdım,səhifəndə başqaları ilə
zarafatlaşanda əsəbləşdim öz-özümə.Səni qısqanmağa başladım,halbuki buna haqqım
yox idi.Biz deyə bir şey yox idi,ola da bilməzdi.Mən sənin üçün dost idim,dərdini
bölüşə biləcəyin bir dost.sən evli biri,mənsə subay.Səninlə danışmaq mənə xoş
idi,amma bir o qədər də əzab verirdi.Səni səndən xəbərsiz sevməyə
başlamışdım.Bunun bir günah olduğunu bilirdim,amma sən bir günah kimi gələndə yalnız gəldin,gedəndə
isə tək qalan mən olacağımı bilirdim.Hisslərimin bir gün sənə ziyan verəcəyimi
anlayırdım və bunu özümə bağışlaya bilməzdim.Həqiqəti sənə desəydim,həm
dostumu,həm də sevdiyim günahımı itirəcəkdim.Mən səni-dostumu itirməyi gözə ala
bilməzdim.Bəlkə də həyat səni mənim qarşıma çıxararaq mənə dərs verirdi.Neçə-neçə
qızın hissləri ilə oynamışdım,bitdi deyərək tərk etmişdim.İndi isə həyat məni
imkansız sevgiyə düçar etmişdi.Bu bəlkə də
keçmişdəki qırdığım qəlblərin ahı idi,məni tutmuşdu.Mən səni itirməmək
üçün səni tərk edirəm,sənin o həssas ürəyini incitməmək üçün gedirəm.Bağışla
dostum,sözümdə dura bilmədim.Səni tək qoymağa məcburam sənə görə.Əlvida
Azadə Abdinova
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ