Matey Vişnekin dilindən Nərmin üçün...

Bu yazıya counter dəfə baxılıb
İnsan taleyi bütöv olur. Onun yarımçıq qalması qədər faciəvi bir şey yoxdur.Amma, bu qədər faciələr içində bir faciə oyananılan oda var . Onun faciəsi yarımçıq qalan ömrə ömür calamaq istəyi idi...


İlk dəfə 40 nəfərlik bir kiçik bir zalda "Oda" tearı tamaşa hazırlamışdı.

"Səncə, döyəcəklər?"

Amma, amma, səhnənin əsas sualını cavabını lirik - psixoloji, hətta yeri gəldikdə mazaxist- melanxolik olan cəmiyyətimiz vermişdi.

"Döyəcəklər nədir, artıq ölmünə də fərman veriblər".


"Oda" bir balaca odaya bütov bir tale sığışdırmışdı.Amma, bu Bu kiçik salonun pilləkanlarlndan başlayan bədbəxçiliyə etinasızlıq bütün "Tarqovi"boyunca sürünür, ordan da Azərbaycana yayılır.

"Oda" teatrı Nərmin Hüseynlini həyata qaytarmaq üçün xeyriyyə tamaşası verir.

Biletin cəmi dəyəri üç manat.

Amma, bizim cəmiyyət tamaşanı özü oynamağa başladığından insan faciəsini daha yaxşı tamamlaya bilir.

Lakin, biz vaqon-vaqon ziyalıya, yazra, məşhura sahib olan cəmiyyət cəmisi bir qızı həyata qaytarmağı bacara bilmirik.

Bəyənmədiyimiz Türkiyədə Seda Sayan İzmirdə xəstəxana açır. Hülya Avşar əlillər üçün mərkəz tikdirir.

Bizim olası Faiq Ağayevdən, Sevdadan, Günaydan, Nadirdən, bir kəlmə söz çıxmır.


O da teatrdırmı?

Allah eşqinə, böyük-böyük salonların gurultulu xalq artistləri ?

Nurəddin Mehdixanlı?
Fəxrəddin Manafov

Rasim Balayevmi xalqın artisti olmaq?

Yaxud, artis olub,xalqın olmayanları?

Bəs siz, "xanımların" əyri qıçlarından, dik döşlərindən tüklü dodaqlarından, xəngəl iyi vermiş kafelərdən yazan,yüzlərlə şair yazarı, minlərlə kitabı çap edilənlər,

Royaya,Samiraldoya yazı həsr edənlər,

Bir gün hamımızın ödəyəcəyimiz borcun zamanı var.



Kim haqqını verib, imdad diləyən bir insana əlini uzadırsa onun vicdanı qarşısında da rahatlığı daimi olacaq.



Kim isə bu qədər fəryada, ağrıya göz yumursa, onu bir gün ortda qalmış cansız bədəninə belə, lənələnmiş kimi yaxın gələn olmayacaq.



Böyüksünüzə, burdan başlayın, gəlin onu qoruyaq, gəlin Nərmini xilas edək.



Ocağınızın başında böyüyən körpələrinizin gözünün içinə dik baxın.
Sizin övladlarınızın gözündəki nur Nərminin yaşamaq həvəsidir, onun həyata üsyanıdır.

Sadiq Ali



Link burdahttp://publika.az/p/7027
Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ