
23 fevral,
saat 14:00-da İçərişəhər metrosunun yaxınlığında yerləşən “Coffee Book” Kitab
Evində www.bizimle.org saytının təqdimat mərasimi keçirildi. Mərasimdə AYB-nin Muğan
bölməsinin rəhbəri Namiq Hacıheydərli,
DGTYB-nin Maliyyə Nəzarət Təftiş Komisiyyasının sədri Habil Yaşar, “Gənc Ədiblər” məktəbinin koordinatoru Emin Piri, Eqoist.Net portalının rəhbəri,
publika.az-ın əməkdaşı Əziz Əlibəyli,
DGTYB başqan yardımçısı, xalq qəzetinin əməkdaşı Əfsanə Bayramqızı, gənc yazarlardan Gülnarə İsrafilqızı, İltimas Səmimi,
Ruslan Dostəli, Vasif Zöhraboğlu, Elxan Sultanlı, saytın redaksiya heyəti (Yeqzar Cəfərli, Emil Rasimoğlu, Nicat Zal,
Təbriz Xəlilsoy) və başqa qonaqlar
iştirak edirdi. Tədbirin aparıcısı gənc şair, DGTYB İdarə Heyətinin üzvü İntiqam Yaşar sayt haqqında ətraflı
bilgi verərək, gələcək planlardan, saytın həyata keçirəcəyi layihələrdən
danışdı. Sonra qonaqlar ürək sözlərini, arzu-istəklərini tədbir iştirakçıları
ilə paylaşdılar. Mərasim saytın baş redaktoru, gənc yazar, tənqidçi, AJB-nin
üzvü, DGTYB başqan yardımçısı Yeqzar Cəfərli
qonaqlara təşəkkürü ilə sona çatdı. Sonda xatirə şəkli çəkdirildi.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ