Şəfa Vəliyeva- Sənə bir ümid borcum var

Bu yazıya counter dəfə baxılıb











Sənə bir ümid borcum var
Elə sənin özün qədər...
Dərdə sükut əlacım var,
Söylənməyən sözün qədər...

Səni bağışlaya bildimmi?
Hələ küsüb-barışıram...
Sözüm qarğışa döndümü?
Öz-özümlə danışıram...

Güldüm, dərdimi deyincə,
Ağladı dərdə illərim...
Mənə bəs edər ölüncə,
Bağlasan dərdə illəri... 
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ