Adam içində
Oturmuşam köyümdə,
Şadam,adam içində..
Adam,adam cibində,
Adam,adam içində..
Ormanı gəzmək peşəm,
Qurda,quşa vərdişəm..
Mən meşədən gəlmişəm,
Yadam,adam içində..
Bu kəndə,dərd yeridi,
Diriləri,ölüdü..
Anam göydə pəridi,
Atam,adam içində..
Adamlar bir biçimdə,
Meyvəsi,sirr biçimdə...
Adam,badam içində,
Badam,adam içində..
***
Günəş peyğəmbər kimidi,
Zühuru var,qürubu var..
İsrafil işsiz mələkdi..
Tək axirətdə suru var..
Zilmət,sabahın əlində,
Savab,günahın əlində,
Qələm,Allahın əlində,
Qələmində məhşuru var..
Ruhum buludlara mindi,
Gözlərim yerə zilləndi,
Bu dünya əyri görsəndi,
Gözlərimin qüsuru var..
Qonaq etdim,hər zülümü,
Onlar soldurdu,gülümü..
Gəlsə,incitmə ölümü..
Ölümündə qüruru var
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ