
Mərhum şairimiz Akif Səmədin 55 illik yubileyi münasibəti ilə Uluslararası Aktivist Sanatçılar Birliyinin “Aktivistplyus” kültür saytında şeir müsabiqəsi elan edilir. Müsabiqə 01 iyul-2014 cü ilə qədər davam edəcək.
Müsabiqədə yaşından asılı olmayaraq hər kəs iştirak edə bilər.
Müsabiqəmizin şərtləri aşağıdakılardır:
1. Yalnız bir şeir müsabiqəyə göndərilə bilər.
2. Ad, soyad (yaxud təxəllüs) aydın göstərilməlidir.
3. Şeir wörddə yazılaraq, müəllifin fotoşəkli ilə birgə saytın elektron ünvanına göndərilməlidir.
4. Hər bir şeir göndərilən zamandan sayta yüklənəcək.
Bir nəfər I, iki nəfər II və üç nəfər III yerin qalibi olacaq. Hər bir qalib UASB-nin tərkibində olan “Akif Səməd adına mükafat”la təltiflənəcək. Eyni zamanda, I yerin qalibinə 100 AZN, II yerin qaliblərinə 50 Azn pul mükafatı da veriləcək. İ, II, III yerin qalibləri və başqa beş nəfər iştirakçı (cəmi on nəfər) Uluslararası Aktivist Sanatçılar Birliyinə üzv qəbul ediləcək.
Qalibləri oxucular və münsiflər heyəti təyin edəcək (münsiflər heyətinin üzvlərinin adı məxfiidr).
Sizə uğurlar arzulayırıq!
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ