“Dünyanın
ən təmiz insanıyam, heç yalan danışmıram. Nə də ki, yalan danışanları sevirəm.
Dürüst, mərd və təmiz birisiyəm. 38 yaşım olsa da subayam” - deyirdi bu 58 yaşlı bəy əfəndi bir qızla telefonla danışarkən...
...o, kiprli tanışlarımdan biri idi. Marketlərin birində “pul qabınızı unutdunuz” dediyi an tanış olmuşdum, həyatından bəhs etmişdi, ürəyi yaman doluydu. Elə telefon danışığını bitirər-bitirməz ona,
“Bəs Siz evli deyildinizmi?
Yaşınızı da 68 söyləməşdiniz” - deyirəm və onunla olan dialoqumuz belə davam edir: - Ya yavrum burax, yetər ki, bir gecəlik bədəni mənimlə olsun danışdığım qızın. - Hm. Sizin ki, xanımınız var. Ondan şikayətiniz nə ki, gözünüz başqa yerlərdə? - Xanımım xəstədir.
- Nəyi var ki?
- Məni çox sinirləndirir, başı işləmir.
- Anlamadım, necə yəni?
- Başı işləmir də. Ağzına gələni danışır. Deyir ki, səni başqa birisi ilə görsəm ən önəmli yerini kəsib ağzına qoyacağam elə yatdığın yerdə.
- O ola-ola Siz niyə başqası ilə olasınız ki?
- Bəs, demirəm ki, başı işləmir?
- Neçə ildir birlikdəsiniz?
- Evlənməyimizin 30 illiyi olacaq bu yaxında. Üç qızımız var, biri evli.
- Əvəllər razı idiniz eləmi?
- Hə, ehtiyacımı qarşılayırdı, indi isə qocaldığından, sadəcə paltarlarımı yuyur, yemək bişirir.
- Anladım, amma özünü dünyanın ən təmiz və dürüst birisi sayan birisindən bunu eşitməyə o qədər üzülürəm ki.
- Boş ver, əsas sən onu de görüm, mənə qız ayarlaya bilərsənmi? Yenə təkrarlayır: “Mən dünyanın ən təmiz insanıyam, heç vaxt yalan danışmıram. Yalan danışanları da sevmirəm.”
Mən isə bu cümlələri deyərək onunla sağollaşıram və düşünürəm ki, kimin qapısını hansı məqsədlə döysən sənin də qapını o məqsədlə döyərlər. Həm də kimin gözü necədirsə başqasına da o gözlə baxar, oğru doğruya heç vaxt doğru deməz, elə həmişə onu oğru adlandırar, özü oğru olduğu üçün. Bundan başqa Qızıl gülə doğru qaçarkən, həyatının qızıl gülünü dərməyə çalışarkən ayağının altında qalan otları da unutma. Onu da unutmayaq ki, hər şey yaxşılığa doğru olur. Amma bu o demək deyil ki, kimsəylə eyni yolu bizə lazım olan yola qədər yürüməliyik, sonra isə ayrılmalıyıq. Təəssüf ki, indi belədir. Yəni, eyni yolu birgə yürüdüyümüz insanlar əslində onlara lazım olan yola qədər bizimlə gəlirlərmiş. O da bunları diqqətlə dinlədikdən sonra, başıma bir sığal çəkir və “Əgər sən mənə bir xanım tapsan, mən onunla evlənərəm, onu xoşbəxt edərəm” - deyir. Mən də ürəyimdə Mövlananın bir cümləsini xatırlayıraq, öz-özümə deyirəm: “ALLAH sənə rəhmət eləsin Mövlana, yaxşı demisən ki, nə söyləyirsən söylə, qarşındakının anladığı qədərdir”. Bundan dolayı səbr edir və “Sizcə əvvəl başqası ilə xoşbəxt olub, sonra isə onu dəli adlandıran birində problem azmı” sualını ona tuşlayıram. O isə cavabdan qaçır. Mən isə bir bəhanə edərək ondan ayrılıram. Elə bu yerdə haşiyəyə çıxıb söyləyim ki, ilk tanışlığımız andan o şikayət edirdi. Amma heç dəyişmək istəmirdi. Dəyişmək istəməyən birisini mən necə dəyişə bilərdim ki? Boş zaman və boş enerjidən başqa heç nə deyildi cəhdlərim. Buna baxmayaraq, “bəlkə dəyişdi, axı həyatda hər şey yaxşılığa doğru olur” deyərək bir ümid yeri də saxlamışdım. Bundan dolayı sonralar yenidən görüşdük. Hər görüşdüyümüzdə yeni tanış olduğu qızlardan bəs edər, sonunu da “Yenə də nəsə edə bilmədim. Sadəcə boş yerə pulum getdi” deyərək bitirərdi. Bu gün yenə görüşdük onunla. (C.M-2014.01.01). Yenə də tanış olduğu yeni bir xanımdan bəhs etdi mənə. Elə hekayəsinin sonluğu da yenə eyni idi. Sadəcə bu dəfəki görüşümüz keçən görüşlərdən fərqlənirdi, pulumun bitməsindən dolayı cibimdə bir qəpik belə yox idi. (Bu günə düşməyimin fərqli səbəbləri və tarixçəsi var, bu barədə sonrakı yazımdan oxuya biləcəksiniz) Bundan xəbərdar olan o, başına gələn əhvalatı yenə nəql edir: “Dünən birisiylə tanış oldum. 135 TL pul xərclədim. Birlikdə yemək yedik, sonra kontur yüklədim ona, istəklərini qarşıladım. O da sonra dedi ki, getməm lazımdır deyərək, ayrıldı məndən. Amma iki gündən sonra başqa bir restoranda yenidən görüşəcəyimizi vədələşdirdik, artıq gedəcəyimiz yerlə də öncədən danışmışam. Bu dəfə isə ikimizə 100 TL pul verəcəyəm”. Və mən də söhbətimizi “Bu barədə danışmışdıq axı. Əvvəl söylədiyim düşüncədəyəm yenə də. Elə mənim də çox böyük sıxıntım var. Bayram olması səbəbiylə Azərbaycanda 7 gün rəsmi tətildir, bundan da dolayı banklar işləmir. Evdəkilərə desəm belə edəcəkləri bir şey yoxdur. Yəni, pul göndərə bilməyəcəklər. Amma ayın 10-u pulum gələcək” - deyərək davam etdirirəm ki, bəlkə dərdimə dərman olar. O isə: “Ax, cocuğum, ALLAH köməyin olsun” - deməklə kifayətlənir. Və yenidən əvvəlki söhbətə dönür: “Bəlkə zəng edim indi də gəlsin? Amma yenə də bir sürü masraf edəcək”. Mən də ürəyim də “İştə ALLAH, sən yadım edəsən deyə bizi yenidən görüşdürdü. Amma sən pulu bitmiş bir tələbənin deyil, hansısa bir xanımın qarnını necə doyuracağın barədə düşünürsən. Necə də insanlar varmış İlahi?” Bunları deyərək, ona səslənirəm: “Ayın 10-u pulum gəldiyində Sizə milli yeməklərimizdən bişirəcəyəm, gələrsiniz bizə”. O isə cavabını özü verdiyi bir sual ünvanlayır mənə. “Yox e, bəlkə mən ona zəng edim? Bir şeylər ismarlayaram ona, keyf edərik. ALLAH isə sənin yardımçın olsun”. Artq bu cümlələrini eşitdikdən sonra mən də ona ürəyimdə dua etməyə başlayıram: “ALLAH elə sənin də yardımçın olsun, səni doğru yola çəksin və itaət etsin. Kaş ki, yeni ildə dəyişən sadəcə rəqəmlər deyil, özümüzdə olsaydıq...” Həm də hər şeyin yaxşılığa doğru olduğunu düşünüb öz günümə şükr etdim ALLAHa. Elə bu yer də bir zəng gəlir tələbə yoldaşlarımın birindən: “Cəfər, keçən ay sən mənim üçün layihə yazmışdın, tapşırıqdan yüksək xal aldım. Sənə pul verəcəyimi söyləmişdim, harada görüşək..? P.S: Kompüterimin batereya kablosu xarab olduğundan dolayı bu yazımı yazmaq üçün dostlarımdan birindən xahiş edirəm ki, bir neçə dəqiqəlik komüterini mənə versin. Dostum “kompüterinə nə olub ki?” sualını verdikdə cavabım, “xarab olub” olur. O isə “düzəltdir də” deyir. Mən də, “düzəldəcəyəm” deyərək onun kompüterində yazımı yazımağa başlayıram. Son nöqtəni qoyuram ki, birdən o boylanır. Və elə yazımla bağlı ilk şərh də ondan gəlir: “Yekə kişisən, bu nədir yazmısan? Utanmırsan? Lap şou-biznesdəkilərə oxşadın e. Başqasının özəl həyatını niyə yazmısan ki? …Ürəyimdə öz-özümə ya səbr deyib, Mövlananın sözlərini xatırlayaraq özümə təsəlli verirəm: “Nə söyləyirsən söylə, qarşındakının anladığı qədərdir. Böyüklərin deyib ki, yazın pis olsa belə, yaz. Və öz ürəyinin səsini eşit, cəsarətli ol”. Hə bir də yuxarıdakı bəy əfəndiyə pulumun bitməsi ilə birlikdə demişdim ki, yeni ilə bişirdiyim kartof qızartmasını yeyərəkdən keçdim. Həm də ki, dünyanın ən möhtəşəm səsini, anamın səsini eşidərək qarşılamışdım yeni ili. Doğrusu, fb-da paylaşılan yemək şəkillərini gördükdə çox sevinirdim ki, insanların süfrəsi doludur. Amma bir yandan da pis olurdum. ALLAHA dua etdim ki, kaş ki, hər kəs bayram sevincini yaşaya biləydi. Düzdü, mən yaşamışdım, anamın səsi ilə birlikdə yeni ili qarşıladığımdan dolayı. Amma, bu səsi eşidə bilməyənlər və ya bir çörək qırıntısını belə tapa bilməyənlər də var axı. Ona görə günümə şükür edərək, hər şeyin yaxşılığa doğru olduğunu düşündüm. Və bu düşüncəmi də "Bəlkə FB-da yemək şəkillərini paylaşmayaq? Bəlkə birinin canı çəkdi. Misal üçün, biz tələbəyik" - deyə yazmışdım. Bu statusuma "Bu daha çox reklama oxşadı"dan tutmuş, "Biz də tələbə olmuşuq, ayın yarısını ac, yarsını tox yaşamışıq. Amma süfrəmiz azərbaycanlıların süfrəsindən heç də fərqlənməyib. Sosial şəbəkədə kim nə istəyir yazır, paylaşır"a qədər şərhlər yazıldı. Nədənsə sonradan içimdən statusumu silmək keçdi və mən də sildim. Amma yenə də “Bəlkə sosial şəbəkələrdə yemək şəkillərini paylaşmayaq. Birinin canı çəksə necə. Misal üçün, biz tələbəyik” deyirəm.
Səndən gözləntilərim böyükdür, 2014! Xoş gəldin!
Cəfər Mənsimi (Kiprdəki azərbaycanlı tələbələrimizdən)
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ