
Yenəcox istiqanlı, şirin dillə qarşıladı məni. Həmişəki
kimi bir-bir atamın, yeni əməliyyatdan cıxmış anamın hal-əhvalını soruşub,
salam göndərdi. Mən də əvəzində ona can sağlığı arzulayıb, soruşdum:
-
Vidadi əmi, cörək təzədi?
-
Təzədi, balası, necə dənə verim?
-
İki dənə.
-
Xeyirdimi? Deyəsən qonağlarınız var yenə.
-
Hə, həmişəki kimi.
-
Maşallah, qoy həmişə elə olsun, balası, qonaq olan
evin ruzi-bərəkəti də bol olar.
Xırda pulum olmadığından Vidadi əmiyə on manatlıq
uzatdım. Məlum oldu ki, Vidadi əminin də
on manata geri qaytaracaq xırda pulu yoxdu.
-
Vidadi əmi, onda mən gedim evdən xırda pul götürüm,
gəlirəm indi...
-
Qızım, bir də cıxma evdən bu soyuğda, axşam evə gələndə
atan ödəyər pulu, qacmırıq ki.
Bir az narahat qaldığımı görüb, vitrinin üstündəki
dəftəri götürüb, mənə tərəf uzatdı:
-
Balası, burda bilirsən nə qədər adamın adı var?...
-
Bu nədi, Vidadi əmi?
-
Nisyə alınan ərzağların siyahısı... Camaat günlərlə
aldığları ərzağların pulun ödəyə bilmir.
Bəziləri cörəyi də nisyə alır.
Başını aşağı salıb, yavaş və kövrək səslə dedi:
-
Neyləsinlər
yazığlar? Söz də deyə bilmirəm.... Az qalıram cırıb, tullayım bu dəftəri.
Kövrəlmişdi Vidadi əmi, əslində özünün də min cür
problemi, dərdi-səri olmasına baxmayaraq insanlara qayğısını, köməyini əsirgəməyən
bu insana acıdım doğrusu. Deməyə söz tapmadım, nə deyib təsəlli verəydim ki?
Özü də bilirdi ki, o pulların cox geri qayıtmayacaq!
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ