Qızmar
bir yay günü idi.Bakı kəndlərində bu saat adam şəhərdəkindən daha çox idi.Şəhərdə
kim var idisə bağlarına köçmüşdü.Yollar tıxac, isti və dözülməz idi.Nə badə
axşam vaxtı dənizdən evə qayıdasan.Qalarsan yollarda.Hamı gecə qayıtdığı üçün səhər
olan tıxac bunun yanında yalan idi.Səhər və ya günorta getmək bundan daha
şükürlüdü.Ona görə də Müşfiq günorta vaxtı avtobusla evlərinə qayıdırdı.Yox ,
yox o bağda qalırdı.Amma evdə işləyən ustalara görə evə gedib gəlirdi.Həmişəki
kimi yenə avtobusun boş vaxtında minmişdi və öz yerini alıb oturmuşdu.İsti onu
lap təngə gətirmişdi.
Əlindəki su dolu şüşəni açıb tez-tez içirdi.Dibindəkiylə də cibindən çıxartdığı dəsmalı isladıb üzünü , boynunu silməyə başladı.Sonra yaş və tərli dəsmalı köynəyinin yaxasına içəri tərəfdən dayaq verərək səridi.Müşfiqin özü gənc olmasına baxmayaraq artıq diabet xəstəliyinə tutulmuşdu.Səbəb isə anasının vəfatı olmuşdu.Aftobusda elə təzəcə oturmuşdu ki, yanındakı kişi ona üzünü çevirib:
Əlindəki su dolu şüşəni açıb tez-tez içirdi.Dibindəkiylə də cibindən çıxartdığı dəsmalı isladıb üzünü , boynunu silməyə başladı.Sonra yaş və tərli dəsmalı köynəyinin yaxasına içəri tərəfdən dayaq verərək səridi.Müşfiqin özü gənc olmasına baxmayaraq artıq diabet xəstəliyinə tutulmuşdu.Səbəb isə anasının vəfatı olmuşdu.Aftobusda elə təzəcə oturmuşdu ki, yanındakı kişi ona üzünü çevirib:
-Müşfiq?
-Hə.Siz
kümsüz?
-Mən sənin
dərdinə əlac tapmağa gəlmişəm.
-Axı nə
bilürsən mənüm dərdüm nədü?Sən canı de ?
Gülümsəyən
Müşfiqə kişi:
-Sən
diabet xəstəsisən.
-Səhvdi.
-Necə yəni
səhvdi? Sən bu xəstəliyə anan öləndə tutulmusan.
Bir
anlıq duruxan Müşfiq :
-Şəkər xəstəliyini
deyirsən?
-Hə.El
arasında elə deyirlər.
-Axı sən
mənə de görüm sən kimsən ,əmi?
-Mən sizə
görə onun dərgahından qovulan şeytanam.
-Şeytansan
nəsən.Amma o yox Allah.Əstəğfirullah.Allah şeytana lənət eləsün.
-Demə elə
demə.Sizə lənət eləsin.Sizə görə mən bu gündəyəm.
-Bizə görə,əmi?eee
çaşdım şeytan.
-Bura
bax mən sənin nazınla çox oynuyan deyiləm.Mən səninlə sadə bir oyun oynamağa gəlmişəm.
-Əmi
oyunu get öz yaşıdunnan oyna.Eee çaşdım şeytan.
-Gör mən
kimlərə görə bu gündəyəm.Heç mi insafın olmadı mənə eybi yox.
-Yenə
öz-özüvə nə danışursan? Nə oyun?
-Oyun
çox sadədi sən mənim dediyimi elə mən də səni sağaldım.
-Yaxşı
di görüm nə oyundi?
-Deməli
belə.Mən indi bir azdan düşəcəm və bütün oturacaqlar dolacaq.Sən də avtobusa
minən adama yer verməyəcəksən.Ümumiyyətlə yerindən tərpənməyəcəksən.
-Elə
bu?Birdən avtobusdakılardan biri durub yer versə necə olucey?
-Onlar
durmayacaq.Sən də çalış durma .30 dəqiqə vaxtın var.Vaxt tamam olanda
avtobusdakı bütün yerlər boşalacaq.Aydındı?
-Hə amma
sənə bir sualım var?
-De
eşidirəm.
-Mənə həmişə
maraqlı gəlüb ki, bu dəli şeytannan sən eyni adamsan?Yoxsa arada dəlülüyün
tutur?
Müşfiq
lap it oynadanın biri idi.Şeytanın başına oyun açırdı.
-Diyan
gör sənin başına o biri dünyada nə oyun açıram.
Şeytan
bu sözləri deyib avtobusdan düşdü və yoxa çıxdı.Bir dəqiqə keçməmiş bütün
avtobus adamla doldu.Budur avtobusa yaşlı bir qadın mindi.Artıq bütün yerlər
dolu idi.Qadın gəlib onun başının üstündə
dayandı.Müşfiq qorxmuş və həyəcanlı halda:
-Nənə, sənsən?
-Hə,
oğlum.
-Sən axı
illər əvvəl ölmüşdün.
-Müşfiq,
oğlum məni Allah göndərib ki, get nəvönnən görüş.
-Ay nənə,
bilirsən səniyçün necə darıxmışam.
-Oğul,
dur qucaqlada məni, nənövə yer ver.
Müşfiqin
bir anda hər şey yadına düşdü.Şeytanın dedikləri yadına düşdü.Müşfiq bir qədər
susub cavab verdi:
-Nənə,
dura bilmərəm.
-Nöşün
balam?
-Sən səbəbini
soruşma,nənə.Bağuşda amma dura bilmərəm.
-Tfu sənün
süfətüvə.Nənön o dünyadan nəvüsünü görmeyə gəlüb.Bu da nəvə.Qara yerə soxum səni.Mən
sənə haqqımı halal eləmürəm.
-Nənə,
ay nənə , nolar elə danuşma.
-Kül sənün
başuva .Bütün avtobus arvadnan dolub bir dənə kişi sənsən sən də yer vermürsən.
Müşfiq
şeytanın dəli şeytan olduğunu indi başa düşdü.Müşfiq ürəyində deyirdi:”Kaş
öleydim.Amma bu səhnənü görmüyeydim.”
Birdən gördükləri onu heyrətə gətirdi avtobusdakı qadınlardan biri durub
nənəsinə yer verdi.Müşfiq şeytanın çox əsəbləşdiyini anladı.Həmin ayağa qalxmış
qadın avtobusdan düşdü.Avtobusa bir cavan oğlan mindi.Oğlan ayağını çəkərək
yeriməyindən əlil olduğu başa düşülürdü.Üzünü Müşfiqə tərəf çevirən gənc ona tərəf
gəldi.Müşfiqin dil-dodağı qurumuşdu.Bu gənc Müşfiqin dənizdə boğulan qardaşı
Cavad idi.Cavad boğulanda qardaşı Müşfiqdə onun yanında olmuşdu.Amma Müşfiq onu
xilas edə bilməmişdi.Müşfiq günahı özündə görürdü.Küləkli havada dənizə getməyi
israrlı şəkildə özü istəmişdi.Cavadın ölümü onun pəltəy olmasına gətirib çıxarmışdı.Müşfiq
isə müalicə alıb bu qüsuru aradan qaldırmışdı.Amma Cavadı görən kimi yenidən
dili topuğ vurmağa başladı.
Müşfiq
susurdu.Cavad ona yaxınlaşıb dedi:
-Müşfiq,
mənəm Cavad.
Bu sözləri
eşidən Müşfiqin alnından soyuq tər gəldi.Cavad bir daha dedi:
-Müşfiq,
mənəm Cavad.Tanımadun?
Müşfiq
dili topuq vura-vura dilləndi:
-Caaaaavaad?
-Hə,
Cavad.Qardaşın Cavad
-Sən
bububurda nəə gəziiiirsən?
-Gəlmişəm
sənnən danışmağa.
-Nə
haqqdddda?
-Gəlmişəm
ki, soruşam niyə məni boğulmağa qoydun, neyçün məni qurtarmadun?mən öydəkilərə
, sənə yük idim? Niyə, Müşfiq, niyə?
-Çünki mən
üzmə bibilmiiirdim axxı.Sən niyə bizə yük olllasan ki.Allah hərərənni
bibbibibir cür yayayaradddıb.
-Səni
bir şərtlə bağışlayaram.
-Nə şəşərtdiidi?
-Dur öz
yerini mənə ver.Mən oturum uzaq yoldan gəlmişəm.
-Dura bilmərəm.
-Niyə?
-Bilmərəəəəm
dəəə.
Müşfiq
bu sözləri deyəndə gözləri dolmuşdu.Şeytanın dəliliyinə şahid oldu.Cavad isə
son sözlərini dedi:
-Heç
eybi yox , o biri dünyada görüşərik.Haqqımı sənə halal eləmirəm.O biri dünyada
iki əlli sənin yaxandan yapışacam.
Bu məqamda
avtobusda əyləşənlərdən biri durub Cavada yer verdi.Artıq Şeytan Müşfiqin dərsini
vermişdi.Amma görünür Şeytan hələ kifayətlənmirdi.Ayağa qalxmış cavan bir xanım
idi.O, üzünü Müşfiqə çevirib ona tərəf yaxınlaşdı.Bu qadın Müşfiq ibtidai
sinifdə oxuyarkən onun ən çox sevdiyi sinif rəhbəri Fəridə xanım idi.Fəridə
xanım uşaqların hər birinə qarşı ayrı-ayrılıqda xüsusi diqqət göstərirdi.Müşfiq
hətta Fəridə müəllimənin ən sevimli şagirdlərindən biri idi.Fəridə müəllimə öləndə
Müşfiq çox ağlamışdı.Fəridə müəllimə maşın qəzası zamanı həlak olmuşdu.Fəridə
müəllimə öləndə Müşfiq 5-ci sinifdə oxuyurdu.Fəridə müəllimə Müşfiqə
yaxınlaşdı.Müşfiq yenə həyacanlı olduğu üçün dili topuq vururdu.Amma ən çox
sevdiyi müəlliməsini görmək onu sevindirmişdi.Müşfiq cəhd edib dedi:
-Fəridə
müəllimə, sisisisizsiz?
-Mənəm ,
Müşfiq, amma kaş burda olmazdım.
-Niyə?
-Mən axı
səni belə tərbiyə etməmişdim.Böyüklərə hörməti, kiçiklərə qayğını unutmusan.Kaş
bu səhnəni görməzdim.Mənim bütün əziyyətlərim puç oldu.Heç səndən gözləməzdim.
-Axı...
Müşfiq
heç nə deyə bilmədi.Nə təhsili vardı, nə də bu vəziyyətə haqq qazandıracaq səbəbi.Fəridə
müəllimə üzünü çevirib getdi və dayanacaqların birində avtobusdan endi.Müşfiq
artıq bezmişdi.Şeytanla zarafatın necə pis şey olduğunu anladı.Şeytan artıq ona
xəstəlik qazandırmışdı.Şəkəri artıq o qədər çox idi ki, ağzını açıb danışa
bilmirdi.Amma ürəyində yenə şeytanı söyürdü.Növbəti dayanacaqların birində bir
yaşlı qadın avtobusa mindi.Müşfiq gözlərinə inana bilmirdi.Bu qadın onun anası
Nəzakət xanım idi.Nəzakət xanım ürək çatışmazlığından vəfat etmişdi.Nəzakət
xanım bir il idi ki, ölmüşdü.Müşfiqin yarası hələ köz bağlamamışdı.Nəzakət
xanım Müşfiqə yaxınlaşanda o cəld ayağa durub anasını qucaqladı.Müşfiq
ağlayırdı.Anası isə onu qucaqlamadı.Müşfiqin yerində oturdu.Bu anda oyun sona
yetdi.Şeytan onun anası simasında yerindən durub bu sözləri gülərək dedi:
-Uduzdun,
insan oğlu.
Müşfiqin
halı isə pis idi.O, artıq uduzduğunu
anlasa da anasını qucaqlaması onu sakitləşdirirdi.Qəfldən Müşfiq yerə sərildi.Avtobusdakı
sərnişinlər onu xəstəxanaya çatdırdılar.Onun vəziyyəti çox gərgin idi.Şəkərin
miqdarı çox olduğundan Müşfiq komaya düşmüşdü.Şeytan öz pisliyindən qalmadı.O hər
zaman olduğu kimi öz nifrətini insan oğluna göstərdi.Müşfiq öz tamahına məğlub
oldu.O, Allahın verdiyi xəstəliyin əlacını Tanrının özündən istəmədi.Müşfiq həyat
imtahanından kəsildi.Bu imtahan onun “həyat məktəbi”-ndən qovulmasına gətirib
çıxardı.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ