Keşikçi ağaclar
Yaşadığımız binanın qarşısında bir park var, bu parkın içində bir
büst qoyulub. Həmişə məktəbə bu parkın içi ilə gedib gəlirdim. Hər gün büstün yanından keçirdim, amma büstün
üstündəki lövhədə yazılanlara fikir vermirdim.
Günlərin birində büstün yanında dayanıb onun kimə məxsus olduğunu bilmək
istədim. Bu, Ramiz Kərimovun büstüdür.
Sonra öyrəndim ki, o doğma Zərdabın
Şəftəxal kəndindəndir. Neftayırma zavodunda işləyirmiş. Zavodda olan yanğın
zamanı neçə işçini xilas edib, ancaq özü həlak olub.
Rayonda oxuduğum məktəb də Ramiz Kərimov küçəsində yerləşirdi.
...Hər gün o parkı, parkdakı ağacları görürəm. Mənə elə gəlir ki, parkdakı
ağaclar Ramiz Kərimovun ruhunun keşiyində durub...
22 noyabr, 2013
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ