Azərbaycan Aydın Qadınlar Birliyinin idarə heyətinin
üzvü Nigar Börek: “Bizim üçün insanların ədəbiyyatımızı, tariximizı, ümümilli problemlərimizi
doğru bilmələri önəmlidir”.
Müsahibmiz Türkiyə Respublikasının İzmir şəhərində fəaliyyət
göstərən Azərbaycan Aydın Qadınlar Birliyinin idarə heyətinin üzvü Nigar
Börekdir.
- Nigar xanım, bildiyimizə görə qardaş ölkədə bu
yaxınlarda Azərbaycan Aydın Qadınlar Birliyi yaradılıb. Belə
bir təşkilatın yaradılmasında başlıca məqsəd nədir?
- Bildiyimiz kimi Azərbaycan xalqı hər sahədə
olduğu kimi elmi ilə də başqalarından seçilən bir millətdir. Amma təəssüflər
olsun ki, bunu qardaş ölkə Türkiyədə çox az insan bilir. Halbuki, mən hər zaman
deyirəm bizim 7 - ci sinfi bitirən insanımız belə ən az 5 roman oxuyub. Lakin
76 milyonluq Türkiyədə etiraf edək ki, hələdə bizi yaxşı tanımırlar. Odur ki,
biz burada yaşayan bir qurup Azərbaycanlı xanımlar belə bir qurup yaratdık.
Qurupumuzun rəhbəri 100 il öncə İrəvandan qacaraq Türkiyəy sığınmış Azərbaycan
türkü olan Türkiyədə doğulub boya başa çatmış, hazırda təqaütdə olan Cahidə müəllimədir.
Məqsədimiz isə Azərbaycanın dəyərlərini gücümüz catdıqı qədər burada
tanıtmakdır. Biz bu işlərə başlamazdan öncə İzmir, Ankara, Bursa və
İstanbuldakı əksər kitab satışı mağazalarında müşahidə apardık. İnanın erməni,
gürcü ədəbiyatçılarının romanlarına rast gəldik. Amma Azərbaycan yazarları yox
dərəcəsindəydi. Səbəbini də araşdırdık. Bəlli oldu ki, gürcü və erməni
diasporası özləri bu romanları tərcumə edib yayın evlərinə veriblər. Bu işi
Türkiyə dövləti görmür. Buradakı diaspora təşkilatları, iş adamları edirlər. Bundan
başqa gələcəkdə Türkiyəli aydın dostlarımız üçün tarixi səyahətlər və bu səyahətlər zamanı önəmli yazarlarımızla
onların görüşünü təşkil etməyi de düşünürük.
- Ümumiyyətlə, təşkilatınız əsasən hansı istiqamətlərdə
fəaliyyət göstərəcək?
- İndilik əsasən ədəbiyyatımızı və mədəniyyətimizi
tanıtmaqdır məqsəd. Gələcəkdə daha da fəaliyyətm dairəmizi genişləndirəcəyik. Hazırda
Azərbaycanın tanınmış yazarlarının yazılarını tərcümə edib buradakı qəzetlərdə
dərc etdiririk. Bundan başqa istər yaşlı nəsil olsun, istərsə də yeni nəsil ədəbiyyatçılarımız
olsun, onların çox dəyərli əsərləri var. Həmin əsərlərin Türkiyə türkcəsinə tərcümə
edib buradakı kitabxanalarda yayılmasını düşünürük. Həmin yazarlarımızla
buradakı oxucuların görüşünü təşkil etmək istəyirik.
-Bu təşkilatın Türkiyədə fəaliyyət göstərən digər
diaspora təşkilatları ilə əlaqələri hansı səviyyədədir?
– Türkiyədə
fəaliyyət göstərən bütün diaspora təşkilatları ilə əməkdaşlıq edəcəyik. Məsələn,
İzmirdə diaspora təşkilatı var. Azərbaycan Kültür Mərkəzi ilə də, Azərbaycan Kültür
evi ilə də, Dayanışma Dərnəyi ilə də hər zaman bir yerdəyik. Azərbaycan Türkləri
və Dost Dərnəklər Federasiyası başkanı İsa bəylə də yüksək səviyyədə görüşlərimiz
olur. TÜRK DÜNYASI İQTİSADİ ARAŞTIRMALAR TOPLULUĞU(TÜDİAT)da Dünya Azərbaycanlı
Gənclər Birliyi Mərkəzi Şurasının Üzvü Cavid Əliyevlə bu məsələdə her zaman
müzakirələr aparırıq. Onu da deyim ki, Cavid müəllim dəfələrlə bizi Türkiyədəki
yazarların tədbirlərinə dəvət edib və Azərbaycan ədəbiyyatımızın tanıdılması
üçün bu təşkilatlarla əməkdaşlıq etməyimizi tövsiyə edib. Bir sözlə
görüşdüyümmüz hər kəs məqsədimizi biləndə, yanımızda olduğunu söyləyir. Biz də
illərdir təcrübəsi olan, bir birinə münasibətlerinin necə olmasından asılı
olmayaraq hər bir qurumun qapısını döyüb, təcrübələrindən yararlanmağı
qarşımıza məqsəd qoymuşuq. Azərbaycan Aydın Qadınları üçün kimin hansı düşərgədə
olması yox, hər kəsin Azərbaycanlı olması önəmlidir. Bundan başqa biz Ertuğrul
Qazi, Boşnak, Manav, Alevi dərnəkləri ilə də əməkdaşlıq edirik. Bizim üçün
burada kimin hansı düşərgədə olması önəmli deyil. Bizim üçün bu düşərgələrin ədəbiyyatımızı,
tariximizı, ümümilli problemlərimizi doğru bilmələri önəmlidir.
- Siz eyni zamanda bir diaspor nümayəndəsi hesab
edilirsiniz. Türkiyədə Azərbaycan diasporunun vəziyyətini necə qiymətləndirirsiniz?
- Əslində bayram günü bu barədə danışmaq istəmirəm.
Hesab edirəm gələn il daha önəmli məsələlərə imza atılacaq. Aşura paylamaq, hansısa
bir bayramda bir araya gəlib oynamaqla diaspora formalaşmır. Əlbəttə, bu da
lazımdır. Amma daha vacib məsələlər var. Məsələn Azərbaycanın tək problem
Xocalı deyil. Xocalı faciəsinin ildönümündə Azərbaycan yada düşməməlidir.
Buranın insanı təkrarçılığı sevmir. Yazarlarımız unversitetlərə dəvət edib yeni
nələrləsə gənclərin diqqətini bizə yönəltməliyik. Təşkilatlanmaq çox mühimdir.
- Ümumilikdə, hazırda Azərbaycan diasporunun dünyadakı
fəaliyyətini necə dəyərləndirirsiniz?
- Son illərdə dünyadakı Azerbaycan diasporasının fəaliyyəti
aktivləşib. Və ötən illərlə müqayisədə qənaətbəxşdir. Amma bu bizi rahatlatmamalıdır.
Hesab edirəm ki, diaspora işi maddi maraqlara söykənməməlidir. Bu bir borc
olmalıdır. Yəni, biz Vətənimizə, millətimizə olan borcumuzu yerine yetirdiyimizi
düşünərək addım atmalıyıq. Məsələn, Hollandiyadakı diasporamızın son günlər
keçirdiyi tədbirleri missal kimi göstərə bilərik. Başqa ölkələrdəki diaspora təşkilatları
da həmçinin.
-Sizcə, diaspor sahəsində daha böyük uğurlara imza
atmaq üçün hansı işlər görülməlidir?
- İllərdir diaspora işi ilə məşğul olanlara məsləhət
vermək mənim həddim deyil. Amma mən hesab edirəm ki, bizim diaspora təşkilatları
olduqları yerdə təkcə Azərbaycanlılar üçün tədbir keçirməməlidir. Harda yaşamağımızdan
asılı olmayaraq həmin ölkənin sakinləri ilə sıx əməkdaşlıq etməlidir. Məsələn,
mən Türkiyədə yaşayan Azərbaycan türklərindən çox Anadolu Türkəri ilə dostluq
edirəm. Bilirsiniz ki, İzmirdə hakimiyyət Cümhuriyyət Xalq Partiyasındadır. Və
bu da o deməkdir ki, burada CHP daha gülcü və aktivdir. Mənim CHP Qadın təşkilatı
ilə çox yaxşı münasibətim var. Onlarla mütəmadi olaraq bir araya gəlirik. Azərbaycanın
Qarabağ problem ilə bağlı onlara geniş məlumat
verirəm. İnanın bizi dinləyən bu insanlar bəzən danışdıqlarımızdan təəccüblənirlər.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun Sarı Gəlinlə bağlı
yazdığı yazının Türkiyə türkcəsindəki variantını çıxardıb çevrəmizdəki Türklərə
payladıq. Oxuduqdan sonra əksəriyyət mənə ya facebook social şəbəkəsi, ya da
telefon vasitəsi ilə mesaj yazaraq niye Türkiyə televiziyalarında bunu göndərib
sizdən üzr istəmələrini tələb etmirsiniz deyirdilər. İndi yeni ildən sonra bu
aksiyaya başlamağı planlaşdırırıq. Bundan başqa MHP, AKP, İP-lə də əməkdaşlıq
edirik. Bütün QHT – lərə əməkdaşlıq məktubu göndərmişik. Onlar da sağ olsun
bizi toplantılarına çağırırlar. İki ay olmaz ki, işə başlamışıq. Amma artıq 17
- den çox tədbirə çağrılmışıq. Hər birində də ümumilli problemlərimizdən
danışmışıq. İnanın, qardaş dediyimiz Türkiyədə bizimlə bağlı çox az şey bilirlər.
Bunun da səbəbkarı özümüzük. Çünkü keçirdiyimiz tədbirlərdə ancaq özümüz
oluruq. Türküyəli qardaşlarımızı bu toplantılara cəlb etməliyik ki, onlar da öz
yaxınlarına danışsınlar bu barədə. Amma təəssüf ki, bəzi qurumlar sadəcə əyləncələr
təşkil etməklə, ya da ehsan verməklə işlərini bitmiş sayırlar. Bir də mənə elə
gəlir ki, bütün problemləri diasporanın üstünə atmamalıyıq. Hər şeydən əvvəl vətəndaş
olmalıyıq. Dörd il öncə FOX Tv Azərbaycanın dəyərli xanımlarıyndan biri ilə
bağlı bir xəbər vermişdi. Həmin vaxt biz MHP - li millət vəkili Əhməd Duran
Buluda etiraz məktubu verdik. O da sağ olsun, büdcənin müzakirəsi zamanı mətbuata
vəsaitin ayrılması ilə bağlı çıxışında bu məsələyə toxunaraq Azərbaycan
xanımları bizim bacımızıdr, onlara söz demək evdə anamıza, bacımıza söz demək mənasına
gəlir deyə sərt bir şəkildə etiraz etmişdi. Amma biz bunu mediada reklam olunaq
deyə etmədik. Vətəndaş olduğumuz üçün etdik. Diaspora sahəsində uğur əldə etməyimiz
üçün ilk növbədə Azərbaycanlı olmalıyıq. Amma təəssüf ki, burada da müxalifətə
və iqtidara bölünmüşük. Mən isə fərqliyəm. Hər iki düşərgəni sevirəm. Çünkü mən
Azərbaycanlıyam.
-Təşkilatınız Türkiyədə məskunlaşmış soydaşlarımızı
bir araya toplaya biləcəkmi?
- Biizm məqsədimiz Azərbaycanın mədəniyyətini,
tarixini, mənəvi dəyərlərini qorumaq və tanıtmaqdır. Yəni siyasi baxışından
asılı olmayaraq hər kəsin istədiyi şeyi eləyirik. Ona görə də belə bir problemimiz yoxdur. Burada hamı
bizim üzvümüzdür. Türkiyənin Mərsin şəhərində oxuyan bir tələbə qızımız var:
Naza Eminova. Düşünün, Qənirə Paşayevanın bir yazısı vardı sosial şəbəkədə. Mən
altına yazdım ki, bunu türkcəyə tərcümə edib yayacağam. Aradan 20 dəqiqə keçdi
baxdım ki, həmin yazını Naza xanım tərcümə edib mənə göndərib. Heç tanımadığım
bir gənc bir qızımız. Biz də o yazını burada qəzetdə yaydıq. Yəni ki, milli mənəvi
dəyərlər olanda bir olmaq da mümkündür. Üstəgəl məsələni ziyalılar olaraq
insanlara çatdıra bilsək, o zaman problem olmaz. Bizim insan inanmağı sevir.
İnanır və gəlir. Amma cahil, ağzının danışığın bilməyə, maddi maraqları özünden
öndə tutan birinin bu işdə olduğunu görəndə dərhal da ordan uzaqlaşır. Sonda
saytınız vasitəsi ilə Konak Bələdiyyə başkanı Hakan Tartana və Balcova bələdiyyə
başkanı Mehmet Ali Calkayaya təşəkkür edirəm. Hesab edirəm ki, Azərbaycan əsilli
vətəndaşlarımız və Azərbaycanı sevən hər kəs bu iki başkana da bələdiyyə seçkilərində
yenidən səs verəcəklər. İnanın, bizi bizim qədər sevirlər.
Söhbətləşdi: Oktay Hacımusalı
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ