Yarımçıq arzulu yağış..

Bu yazıya counter dəfə baxılıb

...Bu səhər oyandığımda təbiətin gözünü nəmli gördüm.Sən demə gecə ağlamışmış…
Hər yer su içindəydi tamam.Payızın əsərindən yarpaqlarını tökmüş ağaclar da,günəşin yalançı istisinə aldanıb torpağın üst qatına yaşılxalı sərmiş kiçik otlar da....
Ağacların qalın qabıqları rütubəti özünə çəkirdi bu səhər...Arazın sol sahilindəki Toğay meşəsindən gələn sərin nəmli meh bir neçə duyğularımı dağıtmışdı torpağa...
...əyilib onları yığa-yığa nələr...keçirdi gözlərimin önündən...
...Təbiətin özü də sevgisini bildirərək bu gecə diz çöküb ağlamışdı torpağın qarşısında...
...Əllərimə bir ovuc torpaq alıb qoxladım...ahhh,necə də həsrət qoxuyurdu...ayaqlarım altında qərar tutan torpaq...
...mənə görəmi???ya məndən yanamı???
...bilmirdim ki...
....Gecədən xeyli keçmışə kimi duyğulaırma sarılaraq oyaq qalmışdım...amma göylərin yer qarşısında sevgi etirafını duymamışdım....Yəqin məni yuxuya vermiş ki,əzabına daha bir əzab qatılmasın....
...Əlimdəki torpağı yerə ataraq çılpalqşmış nar ağacına yaxınlaşdım.Üstünü rütubətli otlar almış nar ağacı....mənim tale yollarıma bənzəyirdi...kökündə sevgi yaşadan amma üzəri ot basmış,dərd qaysaqlamış ürəyimə...
...eh nə isə...əllərinlə mamırını sığallayıb bir az daha döz nar ağacı..mənim təsəllim kimi-SƏNİN DƏ ÖMRÜNƏ YAZ GƏLƏCƏK BİR GÜN-deyə uzaqlaşdım oradan....
...

Nigar Məhərrəmli 29.11.2013.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ