Aytən Cavanşirin "Vəkil"i

Bu yazıya counter dəfə baxılıb

Ədəbi gəncliyin son uğurlarından biri kimi, heç şübhəsiz Aytən Cavanşirin "Vəkil" romanının adı hallanmalıdır.

Ümumiyyətlə, bu əsəri oxuyandan sonra hardasa 90 -cı illərin əvvəlindən qırılmış ədəbi ənənənin yeni bərpasını görməmək mümkün deyil.
Bu daha çox romanın dili ilə bağlıdır. Heç kəsə sirr deyil ki, sovet dövr Azərbaycan ədəbiyyatı çox  yüksək, bədii səviyyəyə malik idi. İstər-İstəməz formalaşmış , qəlibə düşmüş dil norması, üslub dövrdən-dövrə keçərək dili müəyyən bazis üzərində  inkişafa aparırdı. Məlum dövri dəyişiklik dilin ədəbiyyatdakı formasına da təsir göstərdi. Son illərin əksər  yazılarının dili bədiidən daha çox məişət səciyyəsi daşıyırıdı.
Amma, bəlkə  də son iki-üç ildə çap edilən əsərlərdən biri "Vəkil"dir ki, roman dilini ədəbiyyata qaytarmağa xidmət edib.
Aytənin rəvan və səlis dili "Vəkil" kimi oxunaqlı romanı ortaya çxardı.
Hər cür qabalıqdan, vulqar ifadədən kənarda dayanan mövzular o qədər mədəniyyətlə işlənib ki, ayırdığın zamanı aldığın zövqə görə qiymətləndirmək olar.
Romanın əsas hissəsini təşkil edən dialoqların heç birində ifadə təkrarlığı və məhdudluq yoxdur.
"Vəkil"in mövzusuna gəldikdə,acı həqiqətlərin yer aldığı , bağlı qapıların arxasında qurulan ssenarilər və  bir addım məsafədə görə bilmədiyimiz dəhşətli faktlar leytmotiv təşkil edir. Hüquqşunasın timsalında əslində sosial bir fərq, parçalanma və xalqdan ayrı bir dəstənin mövcudluğundan bəhs edilir.
Əsərin ibrətamiz tərəfi ondan ibarətdir ki, Milyonlara sahib olan bir çox insanlar, maksimum imkanların daxilində belə, həyatın son sözü qarşısında aciz qala bilirlər. Başqa bir tərəfdən isə, əsərdə varlı təbəqənin psixologiyasının zəif, yırtıcı tərəfləri açıq şəkildə göstərilib. Bir para insanların qudurğanlıq həddindəki səxavəti, başqa insanların talaeyini oyuncağa çevirməsi, rüşvət, insan alveri və bu günkü cəmiyyətin ən idbar üzü "Vəkil"də əsas məqamlardandır.
Cavidanın timsalında dünyanın əbədi xeyir-və şər mübarizəsinin simvlolizasiyası maraqlı sonluqla da bitir. Təəssüf ki, bəzən yaxşı qələbə çala bilməsə də əhəmiyyəti və özündən sonra qoyduğu ibrət müəyyən işə yaraya bilir.
"Vəkil"lə uğurlu bir başlanğıc edən Aytən xanıma bol-bol yaradıcılıq arzu edirik. Amma, heç bir halda "Vəkil"dən zəif əsər yazmayacağına ümid edirik.

Əziz Əlibəyli

Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ