ƏSƏD ŞƏKƏRLİ- Sənin üçün…

Bu yazıya counter dəfə baxılıb

Həsrət dolu baxışlar,
süzür narın narın,aram aram
yayağan yağışı...
damcılar bir -bir sirəmə durmuş...
sanki salamlayır,
sanki qarşılayır,
o baxışları...
elə bil bir tək sənin üçün ,
yağır yağan yağış...
boynunu bükmüş,
sap sarı yarpaqlarına ,
sarılmış, bürünmüş,
payız yağışından üşüyən,
hüzn dolu ağaclar da,
bir tək sənin üçün solmuş...
bir-bir, tək-tək,aram -aram,
bir birilərini itirən yarpaqlar...
tək -tək sevdiklərini itirən
insanlara bənzər...
sanki yasdadır ağaclar...
sızlayır, ağlayır,
saralmış yarpaqlar...
şirin xəyallara daldın eləmi ?
eh... gör bir haralara aparar,
xəyallar səni...
qəm çökür , qüssə çökür , hüzn çökür...
qəlbinə çisginli duman çökür elə bil...
yağır yağış,
bir tək sənin üçün,
yağan yağış.
təkliyində , tənhalığında,
bir tək sənin üçün
yağan yağış...
sanki səni yaşayır,
yağan yağış...
tənha yağış,
tək yağış,
yalqızlamış , darıxmış,
ürpək yağış...
dərdli , kədərli yağış...
dolub yağmış,
öz göz yaşlarında,
islanmış yağış...
yağır yağış,
bir tək sənin üçün yağan yağış...


*****



Bir uzaq şəhərdə
(Faiq Hüseynbeyliye)

Bir uzaq şəhərdə...
Elə dediyin kimidir,
buralar qardaş.
bir uzaq şəhərdə,
özgə bir şəhərin,
pəncərəsindən,
həsrət yağışına
baxıb durmuşam.
darıxan anamın yanaqlarında,
bir göz yaşı tək,
axıb durmuşam.
küçələr özgədir,
yollar özgədir.
kədərin rəngidir divarlarında.
məni qucaqlayan qollar özgədir,
dərdlərim at çapır dalanlarında...
elə dediyin kimidir ,
buralar qardaş.
həsrət dolu bom boz küçələr,
üzülər üzülər,
ümüdlər sanki.
burnunun ucunda,
göynəyə göynəyə
vətən görünər.
darıxar atdıqın addımlarında,
aldığın nəfəs də,
küsər , inciyər.
həsrəti gizlədər üz cizgilərin,
sızlayar ürəyin,
canın inləyər.
bir qərib şəhəri,
qərib şəhəri,
onsuz da anlamaz,
yolları səni.
küçəsi özgədi,
evi özgədi,
isitməz sarılan qolları səni...

******


Günah

Baxır gözlərimə günahın özü,
yandırır gözümü yaxır ilahi.
axır ürəyimə allahın sözü ,
sızır damla damla sızır ilahi.

bir dalğa yaşı tək ömür yaşadıq,
çatdımı sahilə bitər ömrümüz.
ilahi sənə hey günah daşıdıq,
demə günahlara yetər ömrümüz.

allahın yanına belə gedirik,
günahlar içində tərki ümmanıq.
kor-kor , gör-gör elə gedirik,
yenə də tanrıya ona gümanıq.



******


Aytel...
(İrade Aytelə)

İki nöqtə bir mötərizə,
bir qız sevgisiylə
bunu bəzəyə,
can verə,
həm nöqtə,
həm mötərizəyə.
vergülü nöqtəyə
bəyəndirə qız.
əl əyaq uydura ,
göz burun qoya,
vərəqin küncündə,
görüşdürən qız.
hələ səssiz səssiz,
gizli gizlicə,
təzə sevgililər tək,
utana utana,
öpüşdürən qız.
bir sevgi yaşadıb ,
həm öz içində,
həm də bu dünyayla
bölüşdürən qız.
necə də böyükdür,
sevgiyə bürülmüş ürəyin sənin.
necə də təmizdir ,
daşlardan süzülmüş ,
sözlərin sənin.
hisslərin ürpəkdir,
həssasdır , kövrekdir,
gözlərin sənin.
saçların bir dünya,
bir qucaq şeir,
bizdən əsirgəmə
qoyma darıxaq,
səndən umduğumuz,
bir sıcaq şeir...



***********



Boğulan hisslərim...
rengi qap qara,boğunuq...
qaldıqım balaca,kifsimiş,
bir otaqlı ev...
açıb buraxmışam hisslərimi...
ya pəncərəyə çırpınırlar ,
ya tavana...
tənginəfəs olub,
gəlib gözlərimin önündə durub,
mənə layla deyirlər...
artıq mənsiz alınmır,
artıq məndən ,
qurtulmayacaqlarını bilirlər...
darıxıram sıxılıram,
hərdən xəyallarımdan yıxılıram...
yorur məni ,
tənhalıqa qapılmış,
 duyğularım...
sanki həyatdan küsmüş,
özünə qəsd etmək istəyən ,
duyğularım...
islanmış,ürpək
bir budaqda oturub,
boynunu qısmış,
sərçənin həyatı,
yaşamı,
bəlkə mənim,
dərd sər dolu,
həyatımdan gözəldir,
ey tanrım...
qısqanıram ,
ona yazdıqlarını...
tanrım,
bir sərçə qədər
olmadımmı?
bir xoş misra da mənə yazardın...
elə dalqın beynimdə,
sənə ünvanlanmış,
sual kütləsi toğanaq edir,
tozanaq qopardır.
necə yetişdirim
özümü sənə,
de kimlə göndərim,
sözümü sənə.
bəlkə sualları
sərçəyə deyib,
bir xahiş eyləyib
yollayım sənə...


*****

Qərib

Yaddı baxışlar da , yaddı gülüşlər,
küçələr , döngələr , dalanlar yaddır.
heyat barmağına fırlayıb inan,
məni bir şəhərdən birinə atdı.

Bu həyat adlanmaz, ömür adlanmaz,
indi bu halıma ad axtarıram.
bir qərib şəhərin küçələrində,
özümə bənzəyən yad axtarıram.

Qonaqmı , qəribmi, kim ki bu adam?
özü özünü də anlamır, allah.
həyat dəyişdirir bir an içində,
aynada əksini tanımır , allah.

Səpir dərdlərini qərib şəhərə,
ya külək oynadır ya yağış yuyur.
dərindən ah çəkir həsrət püskürür,
elə hər ahında vətəni duyur...

*******

Amma yaşadın…


Bir gün gözlərini yum...
heç açmamaq arzusuyla...
tərk etsin dünya səni,
sən onu yox...
qoy gəlib səni ,
durğuzmaq istəsinlər.
su töksünlər üzünə,
silkeleyib , vursunlar...
bu dünyadan yadigar ,
bir iki şillə apar...
bağırıb ağlasınlar,
yumulmuş gözlərinə.
ölmüsən bilə bilə ,
buna inanmasınlar...
saçların yolub töksünlər ,
üzünə, üst başıva...
axı tükdən iyrəndiyini,
bilə bilə töksünlər üz gözuvə...
hələ əl qoluvu bağlasınlar,
qarılar aram aram
hönkürsünlər , iç vurub
səni ağlasınlar...
ürpəşib , iyrənsinlər səndən,
bir zaman üz gözüvü yalayan,
öpməkdən doymayan balaların,
indi səndən qrxsunlar...
dünən səni sevən kəslər,
sevə sevə duyan kəslər
ağzını da bağlasınlar.
birdən haylarına,
birdən vaylarına,
dönüb cavab verərsən...
əyaqını bağlasınlar ,
birdən durub gedərsən...
dəli olarlar...
uşaqlara göstermeyin...
qorxar...
dəli olar havalanar...
bir zaman dəli kimi sevdiyi,
atasını , anasını,
qardaçını , bacısını...
demək yalan imiş,
bu sevgi , bu istək,
bu eşq bu məhəbbət...
indi səndən qorxurlar,
indi çağırırsan,
sənə yaxın gəlmirlər,
indi səndən qorxurlar,
dəhşətli dərəcədə...
hələ yerin dibinə atıb,
üstünü örtəcəklər...
dərdin ağırlığında,
bir daş da qoyacaqlar
sinənin üstə...
tək qoyub gedəcəklər...
birdən durub gələrsən
arxalariynan...
sevdiklərini,
səni sevənləri dəli edərsən...
belə sevirdilər səni,
bunun üçün yaşadın,
öləcəyini bilə bilə...



Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ