Mərhəmət Əliyev - VƏHŞİLƏRİN DİŞİNDƏ
Bu yazıya
dəfə baxılıb
O, itləri qovurdu.... Ardınca düşən uşaqlara fikir vermədən,ətrafdakıların rəftarına reaksiya vermədən qovurdu.Artıq bütün küçə itləri tanıyırdı onu.Bu üst başı kirli-pasaqlı, saçları pırtlaşıq, həmiş cır-cındır içində olan qadını görəndə dərhal qaçıb gizlənməyə can atırdılar.Çünki qadın gördüyü itləri daş-qalaq edir, əlinə keçəni amansızcasına öldürürdü.O, hər gün belə edirdi.Zibilliklərdə, arxa küçələrdə it qovurdu. Onun nə üçün belə etdiyini çox az adam biirdi.... ...Həmişəki kimi yenə doğum evinin qarşısında xeyli adam vardı.Onlardan kimisi aldığı xoş xəbərin sevincini yaşayır, kimisi də belə xoş xəbər gözləyə-gözləyə həyacanla vurnuxurdu.İkinci mərtəbədəki ensiz pəncərədən bayırı seyr edən gəlin onların içində tanış çöhrə axtarırdı.Artıq bir həftəydi o, eyni mənzərəni seyr edirdi.Onun içində sevinc hissi ilə qəhər bir-birinə qarışmışdı.Dünyaya sağlam, nur topu kimi bir oğlan uşağı gətirmişdi.Bunagörə sevincinin həddi-hüdudu yox idi.O, övladı ilə bağlı əsrarəngiz xəyalar qurur,onun gələcəyi ilə bağlı düşünürdü.Kədərinin səbəbi isə başqaydı.Artıq doğum evinitərk etməliydi.Lakin həkimlər buraxmırdı.Xəstəxana xərclərini ödəməyi tələb edirdilər.Onun isə buna imkanı yox idi.Bir neçə ay əvvəl əri avtomobil qəzasında həlak olmuşdu.İndi anası ilə yaşayırdı.Hər gün yanına gələn anası ona təsəlli verir, birtəhər pulu tapacağına söz verirdi. O,bir neçə dəfə hkimə yalvarmışdı.İmkanı olan kimi pulu gətirəcəyinə söz verirdi.Həkim isə "elə bilirsiniz tək mənə çatır?" deyə inadından dönmürdü. O, pəncərədən baxırdı.Darvazadan girib çıxanların içində barı bircə nəfər də olsun yaxın -uzaq qohumunun olacağına ümüd edirdi.Nəzərlərini ətrafda dolandırdı.Xəstəxananın köhnə dəmir hasarı bir neçə yerdən sınmışdı. Kim istəyirdi hasardan asanlıqla keçirdi. Birdən ağlına fikirdən diksindi. Səhərə az qalırdı.O, ehtiyyatla çarpayısından qalxdı.Palatanın qapısın yavaşca açaraq dəhlizə çıxdı.Körpələr saxlanan otağa daxil oldu.Nəzarətçi tibb bacısı yatmışdı.Yavaş-yavaş körpələrin çarpayısına yaxınlaşaraq öz uşağını axtardı.Tapdı.Ehtiyyatla qucağına götürdü.Pilləkənlə aşağı düşmək istədi.Lakin fikrini dəyişdi.Qapıçı yatmış olardı.ancaq ola bilərdi ki, yanından keçəndə uşaq oyanıb ağlayaydı.Palatasına qayıtdı.Çantasını çıxardı.Uşağı ona qoydu. Sonra döşəkağını bir neçə zolaq cıraraq bir-birinə bağladı.Uşaq olan çantaya bağlayaraq pəncərədən aşağı salladı.Sonra otağı tərk edərək aşağı düşdü.Qapıçı nəsə qımıldandı.O ayaq saxladı.Bİr neçə dəqiqə gözlədi.Onun tam yatdığına əmin olduqdan sonra bayıra çıxdı.Ürəyi şiddətlə döyünürdü Uşağın yanına getmək üçün binanın başına dolanmalı oldu.Bu ona böyük bir şəhəri gəzmək kimi çətin gəlirdi.Yüyürə-yüyürə binanın o üzümə keçdi.Tini burulanda yerindəcə donub qaldı.Çantanın ətrafında on-on beş it zingildəyə zingildəyə nəyisə parçalayırdı... O, itlərin ayaqları altındakı qanlı uşaq bələyini görəndə dəhşətlə çığıraraq onların üstünə şığıdı....
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ